Türkiyədə diş həkimliyi ixtisasına qəbul olmaq çox valideynin və şagirdin arzusudur. Bu bloq yazımızda sizə Türkiyədə diş həkimliyi ixtisası üzrə hansı universitetdə təhsil ala bilərsiniz? qəbul şərtləri nələrdir? illik təhsil haqqı nə qədərdir və s kimi suallarınıza cavab tapacaqsınız.

Türkiyədə diş həkimliyi ixtisası 5 il davam edir. Tələbənin təhsil aldığı müddət ərzində oxuduğu universitetin müqaviləsi olduğu xəstəxanalarda dərsdən sonra təcrübə keçməsi vacib məsələlərdən biridir. Təcürbə imkanının çox olması tələbənin diş həkimliyini nəzəri cəhətdən əlavə həmdə praktiki olaraq bu sahəni mənimsəməsinə gətirib çıxarır. Türkiyədə diş həkimliyini oxuduqdan sonra siz istər magistratura istərsədə rezidentura təhsili almağa şans qazanırsınız. Bu zaman diş həkimliyinin nisbətən dar ixtisası üzrə ixtisaslaşmış olursunuz məsələn ağız və çənə cərrahiyyəsi kimi sahələr üzrə təhsilinizin üst pilləsini davam etdirə bilərsiniz.

Türkiyədə diş həkimliyi təhsilini digər ölkələrdən fərqləndirən əsas cəhət isə sizə birinci kursdan başlayaraq ancaq ixtisas yönümlü fənnlər tədris olunur məsələn sizə “politologiya, mülki müdafiə” kimi fənnlər tədris olunmayacaq 🙂 Türkiyədə diş həkimliyi ixtisasının digərlərindən fərqləndirən əsas cəhət isə bütün fənnlərin bir birinə bağlı olmasıdır əgər siz bir fənndən kəsilirsinizsə o zaman həmin fənni yenidən oxuyub imtahan vermisiniz digər yerlərdəki kimi, sizin 1 fənndən kəsilməniz sizin həmin kursu təkrar yenidən oxumalısınız.

Amma valideynlər və şagirdlər bir məsələni də nəzərə alsınlar ki, əgər Türkiyədə diş həkimliyi üzrə təhsil almaq qərarına gəlibsinizsə, çalışın orta məktəbdə tədris olunan kimya, fizika, biologiya fənnlərindən güclü oxuyasınız əgər zəif olsanız universitet oxuyarkən çətinlikləriniz də çox olacaq.

 

İndi keçək əsas məsələyə Türkiyədə diş həkimliyi ixtisasını həm ingilis dilində həmdə türk dilində ala bilərsiniz. Bizim məsləhətimiz ola bilər ki, siz türkcə yox ingiliscə təhsil almağı seçəsiniz. Niyəsini izah edim? çünki bütün beynəlxalq araşdırmalar ilk ingiliscə baş verir və daha sonra türkcəyə bir müddət sonra tərcümə olunur əgər siz ingiliscə təhsil alsanız bu elmi nəaliyyətlərdən tez xəbərdar olarsınız, digər bir məsələ internetdə ixtisasınız üzrə araşdırma aparsanız ingilis dilində N sayda məlumat var, başqa üstün cəhəti isə yeni çıxan kitablar, dərs vəsaitləri bütün dünyada ingiliscə çap olunur, başqa bir üstün cəhəti isə siz ingiliscə təhsilinizi başa vursanız həm digər ölkələrdə rahat təhsilinizi davam etdirə bilərsiniz həmçinin işləyə bilərsiniz. Bəs gəlin görək türk dilində təhsil alsanız hansı ölkələrə çıxışınız olacaq? cavab sadədir ancaq Özbəkistan, Türkmənistan və Azərbaycan kimi olan türk dilli ölkələrlə məhdudlaşırsınız 🙂 . İngilis diliniz olsa isə Amerikadan tutmuş Afrikaya kimi hər yer sizin üzünüzə açıqdır.

 

İnanıramki sizin də diqqətini çəkən əsas ingilis dilində təhsil verən universitetlər oldu 🙂 ona görədə ancaq ingiliscə diş həkimliyi harda təhsil ala bilərsiniz o universitetlərin adını açıqlayaq.

İlk öncə başlayaq dövlət universitetlərindən 🙂 İzmir Katip Çelebi Universiteti (bu arada İzmir şəhəri Türkiyənin ən yaşanılası şəhəridir seçim etsəniz peşman olmazsınız 🙂 ) , Maraqlı bir nəticəni sizə qeyd edim ki, Türkiyədə tibb sahəsində tanınmış universitetlərdən olan Ankara, Hacettepe, İstanbul (Cerrahpaşa) kimi universitetlər ancaq tibb sahəsində təhsil ingiliscədir. Bu universitetlərdə diş həkimliyi ixtisası türkcə tədris olunur. Əgər tibb ixtisasını ingiliscə oxumaq istəyirsinizsə gedin yox əgər diş həkimliyi ixtisasını ingiliscə oxuyacaqsınızsa və dövlət universiteti düşünürsünüzsə tək şansınız İzmir Katip Çelebi Universitetidir. Burda təhsil haqq 3500 TL yəni 1000 dollardır. Qəbul üçün SAT və ya YÖS, dil sertifikatı isə Toefl tələb olunur (unutmayın Türkiyədə İELTS qəbul OLUNMUR 🙂 ) əgər dil sertifikatınız və dil biliyiniz yoxdursa siz universitetin nəzdində 1 illik dil hazırlığı keçirsiniz bu zaman təhsiliniz 5 il deyil 6 il olacaq. Yox əgər dil bilirsinizsə Toefl sertifikatınız yoxdursa bu zaman universitet sizə şans verir ki universitet daxili dil imtahanına girəsiniz, əgər bu imtahanı keçsəniz birinci kursdan başlaya bilərsiniz.

İndi isə keçək özəl universitetlərə ingilisdə diş həkimliyi: Medipol, Okan, Yeditepe kimi cəmi 3 universitetdə mövcuddur. Bu universitetlərə qəbul üçün yenə amma SAT və Toefl lazımdır. Özəl universitetlər YÖS imtahanı ilə qəbul aparmır. Əgər SAT balınız varsa dil sertifikatı olaraq sizdən Toefl tələb olunur (unutmayın Türkiyədə İELTS qəbul OLUNMUR 🙂 ) əgər dil sertifikatınız və dil biliyiniz yoxdursa siz universitetin nəzdində 1 illik dil hazırlığı keçirsiniz bu zaman təhsiliniz 5 il deyil 6 il olacaq. Yox əgər dil bilirsinizsə Toefl sertifikatınız yoxdursa bu zaman universitet sizə şans verir ki universitet daxili dil imtahanına girəsiniz, əgər bu imtahanı keçsəniz birinci kursdan başlaya bilərsiniz. Özəl universitetlərdə illik təhsil haqqı 15 min dollar civarındadır. CELT şirkətinin bu universitetlərlə müqaviləsi olduğu üçün sizə endirim təklif edə bilərik.

Digər bloq yazılarımızı bu LİNKDƏN oxuya bilərsiniz.

Uğurlar!

 

Əlaqə: (050) 503 59 39

Mail: turkiye@celt.az

Ünvan: İstiqlaliyyət 59. İqtisad Universiteti ilə üzbəüz.

 

4 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla