Dərəcə: Master of  Science

Ixtisas:  Master  of  Arts  and  Master of  Social  Science  in  European  Studies

Dil: İngilis dili

Dil  tələbləri:  İELTS  6.5 ;  TOEFL IBT  90 

Başlama  tarixi: Oktyabr 

Müraciət  üçün  son  tarix:  15  may

Akademik tələblər:  Bakalavr diplomu və qiymət cədvəli

Tədris  müddəti:  Dörd  semestr (24 ay ).

Qiymətləndirmə  forması:  Yazılı    şifahi imtahanlar, kurs işləri., layihə tapşırıqları.

Təhsil haqqı:  Yoxdur

Yaşayış  xərcləri:  1 ayda  təxminən 650  avro

İş imkanları: Bir qayda olaraq beynəlxalq tələbələr ildə 90 tam və ya 180 yarım iş günü ərzində  işləyə bilər.

Magistratura  haqqında:    Bu proqram  siyasi və iqtisadi nəzəriyyələr, Avropa hüquq bazaları, humanitar  və sosial elmlər, Avropa regional innovasiya siyasəti, idarəetmə və s. kimi aspektləri əhatə edir                     

Şəhər  haqqında –  90.000-dən artıq əhalisi olan Flensburq, Almaniyanın şimalında, Danimarka yaxınlığında yerləşir. Dəniz sahilində qərarlaşması buranı başqa dövlətlərlə sıx ticarət əlaqələri qurmağa sövq edir. Şəhər çox qədimi tarixə  malikdir. Çoxsaylı  heykəllər, muzeylər, parklar, qalereyalar bura gələn qonaqların zövqünü oxşayır.  Məşhur “Motorolla” firması dünyada  ilk  dəfə  GSM  standartı  ilə telefonları məhz  Flensburqda  istehsal edib.

Flensburq universiteti  Almaniyanın qabaqcıl təhsil mərkəzlərindən sayılır. Burada  400-dən çox müəllim-professor heyəti    200 nəfər daimi mühazirəçi çalışır.  4 200  tələbəsi olan universitet,  tələbələrə  əla infrastrukturu  olan kampuslarda yaşamağı təklif edir.  Burada geniş park sahəsi,     idman və fitnes mərkəzləri, yəməkxana, kafelər, kitabxana və  hətta  uşaq bağçası  fəaliyyət göstərir. 

2 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla