Dərəcə:   Magistr of  Laws 

Ixtisas:  Master in  Comparative Law

Dil : İngilis dili

Dil tələbləri:   İELTS  6.5 ; TOEFL IBT  90   

Başlama   tarixi:  Yay semesteri –  1 fevral ;  Qış semesteri – 1 sentyabr 

Müraciət  üçün son tarix:    Yay semester  -31 avqust ;  Qış semester – 31 mart

Akademik tələblər:  Bakalavr diplomu və qiymət cədvəli

Tədris  müddəti:   Dörd  semestr (24 ay ).

Qiymətləndirmə  forması:   Yazılı  və şifahi imtahanlar, təqdimatlar,  kurs işləri., layihə tapşırıqları, magistr dissertasiyası.

Təhsil  haqqı:  Hər  il  üçün- 2.000 avro.

Yaşayış  xərcləri:  1 ayda  təxminən 700  avro

İş  imkanları:  Bir qayda olaraq beynəlxalq tələbələr ildə 90 tam və ya 180 yarım iş günü ərzində  işləyə bilər.

Magistratura  haqqında :  Bu proqramda  beynəlxalq baxımdan ailə və  uşaq hüquqları, onların sosial təhlükəsizlik aspektləri (səhiyyə, təhsil və s.), yetkinlik yaşına çatmayanlarla bağlı hüquqi qanunlar və s. kimi mövzular əhatə  olunur.

Şəhər  haqqında  78 .000 -ə yaxın əhalisi olan Giessen, Frankfurtdan  50 km məsafədə,  Almaniyanın şimalında yerləşir. Şəhər bir neçə çay və göllərlə  əhatə olunub ki, onlardan ən irisi  Lahn çayıdır. Bu çay şəhəri iki yerə – şərq və qərb  hissələrinə ayırıb. Müharibə vaxtı tamamilə dağıdılan şəhər,  demək olar ki, yenidən inşa olaraq müasir bir yaşayış sahəsinə çevrilmişdir

Haqlı olaraq “gənclər” şəhəri adını daşıyan Giessendə təxminən 24.000 tələbə təhsil alır. Təxminən 8 .500-ə yaxın əməkdaşı olan  Universitet  humanitar və sosial  elmlər üzrə Almaniyada çox məşhurdur. Təsadüfü  deyil  ki, tələbələrin bir çoxu bu fənnlərdən təhsil alır. Universitetin  2 500 nəfərlik müasir tələblərə cavab verən kampusu mövcuddur. Istəmədiyiniz halda  bir çox otaq  və ya  mənzillər kirayə təklif edilir.      

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla