Yaşadığımız dövrdə uşaqların insan həyatında, ümumilikdə cəmiyyətimizdə mühüm rolu vardır. Bu günün uşağı gələcəyin şagirdi, tələbəsi, ziyalısı, yazarı və s. ola bilər. Uşaqların necə inkişaf edəcəyi ilk öncə onları əhatə edən mühitlə əlaqədardır. Yaxşı mühitə düşən uşaq istər -istəməz normal olaraq formalaşır.

Məktəbəqədər təhsilin əhəmiyyəti

Bütün dünyada olduğu kimi ölkəmizdə də məktəbəqədər təhsil geniş yayılmışdır. Məktəbəqədər təhsil uşaqların məktəbə hazırlıqlarını və digər məsələləri özündə birləşdirir. Bir sıra dərsliklərdən, o cümlədən kiçik yaşlı uşaqlara uyğun plakatlardan, müxtəlif şəkilli kitablardan və digər  əyani vəsaitlərdən  istifadə etməklə müxtəlif dərslər keçirilir. Məktəbəqədər təhsil uşaqların istər  intellektual, istərsə də fiziki və psixoloji inkişafında, onlarda mədəni keyfiyyətlərin, müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq hisslərinin və həyati bacarıqların formalaşmasında mühüm rol oynayır.

Məktəbəqədər təhsildə nələr öyrədilir?

Bu təhsil uşaqlar üçün nəzərdə tutulduğundan az və kiçik həcmli mətnlərdən, əsasən də şəkilli materiallardan istifadə edilir. Artıq İngilis dili dərsləri birinci sinifdən tətbiq olunmağa başlayıb. Bu da ilk dəfə dərsə gedən şagird üçün bir sıra çətinliklər yaradır. İngilis dili yanaşı, Rus dili, ana dili, riyaziyyat dərsləri keçirilir.  Bunun üçün məktəbəqədər təhsilin şagirdlərə bu yolda əvəzsiz rolu vardır. Bundan əlavə Azərbaycanda uşaq baxçaları ilə bərabər bir sıra tədris mərkəzləri də vardır. Övladlarınızı hansı mərkəzə göndərmək daha çox sizin seçiminizdir lakin onu da unutmamaq lazımdır ki, orada uşaqlarınıza təhsil verə biləcək, çoxlu əyani vasitələrlə uşaqları öyrədə bilən tədris sistemi olması lazımdır.

Musiqi dərsləri, professional tədris vəsaitləri, rəsm çəkilişləri, ingilis dilinin şəkillərlə mənimsənilməsi sizin övladlarınızın gələcəkdə daha yetkin biliyə malik olaraq məktəbə getməsi və həmin tədris mərkəzində başqalarından seçilməsi onun gələcəkdə parlaq böyüməsinin nəticəsi olacaqdır.

Bütün bunlarla bərabər uşaqlar hətta məktəbə başladıqları müddətdə də hazırlıq sistemlərindən istifadə etməlidir. Bütün şagirdlər eyni bacarığa və eyni biliyə malik ola bilməzlər. Hər bir tələbənin anlayış metodu bir-birindən fərqlidir. Buna görə də məktəb sistemində şagirdlər hər biliyi tam qavramaqda çətinlik çəkirlər. O zaman sizin köməyinizə xüsusi mərkəzlər gəlir. Orada 20 nəfərlik qrupdan fərqli olaraq xüsusi mərkəzlərdə sizin uşaqlarınız daha çox diqqət görəcəklər və xüsusi biliklərini inkişaf etdirəcəklər. Bunların balacalarımız üçün bir neçə əhmiyyəti vardır. Nümunə olaraq deyə bilərəm ki, hər sahədə bir addım önd getməklə vaxtdan səmərəli istifadə edərək daha çox biliklər əldə edəcəklər.

Son zamanlar CELT KİDS mərkəzində aparılan bir nəticəni bölüşmək istərdim. Hal-hazırda çoxlu tələbələri olan CELT Kids balacalar arasında ümümi qiymətləndirmə keçirdi. Nəticənin maraqlı cəhəti o idi ki, mərkəzdə xüsusi hazırlıq keçən tələbələr bütün istiqmətlərdə üstünlük təşkil edirdilər. Məntiq, ümumi anlyış, ingilis və rus dili və musiqi sahəsində uşaqların bacarıqları, tez cavabdehliyi, sərbəst hərəkətləri onlar daha rahat irəli addım atmağa imkan verir. Bu bir daha təsdiq edir ki, balacaların valideynlərinin məşğul olduğu bir vaxtda xüsusi diqqətə ehtiyacı vardır.

Təhminə Doruk

Ofis Menecer

CELT Kids

Təbriz pros. 100 A

Nərimanov metrosunun yanında

 

Tel: 012 566 4823

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla