ÜZ yoxsa KİTAB? (Facebook)

Mən bu gün sizlərə insan üzü və yaxud hər hansı kitablardan yox, məhz çox insanın demək olar ki, hamımızın həyatının bir parçası olan sosial şəbəkədən facebook-dan danışacağam.

Düşünməyin ki, onun zərərindən və yaxud hər hansı asıllığından danışacam. Xeyr! Sadəcə Facebook-un yaranmasından və onun yaranmasının qəribəliyindən və gənc olaraq mənim həyatımda onun rolundan danışacağam…

Yadımdadır 2004 yaxud 2005-ci il idi. Bu zamanlar sosial şəbəkələrdən “Odnoklassniki”, “MailAgent” kimi sosial şəbəkələr gənclər arasında şox məşhur idi. O zamanlar demək olar ki, heç kəsin evində kompyuter yox idi. İnternet klublar yeni istifadəyə verilməyə başlamışdı və uşaqda, böyükdə gənclərdə bu çox böyük maraq doğururdu. Mənim kompyuterlə tanışlığım 2000-ci ildən başlamışdı, budakı atamın sayəsində…Lakin qəribədir ki, indi atama bəzi amilləri mən aydınlaşdırıram 🙂  Zaman dəyişir…

Deməli 2004-cü ildə Mark Cukerberg adlı gənc ( hal-hazırda 29 yaşı var)  Harvard Universitetində təhsil alarkən qonşuları Eduardo, Dastin və Kris adlı qaqaşlarla birgə “Facebook” şəbəkəsinin yaratmaq qərarına gəldilər. İlkin olaraq veb sayt kimi yaradılan və “TheFacebook” kimi adlanan sosial şəbəkə yalnız Harvard universitetinin tələbələrinin istifadəsinə verilir. Daha sonra Boston və digər bir çox universitetlərinin tələbələri uçün istifadəyə verilən bu veb sayt 2006-cı ilin sentyabrından etibarən 13 yaşı tamam olmuş bütün internet istifadəçilərinin istifadəsinə verildi. Hal-hazırda 1.2 mlrd-dan çox aktiv istifadəçi bazasına malik bu sosial şəbəkə dünyanın ən böyük sosial şəbəkəsidir.

Markın “facebook” – u yaradarkən 20 yaşı olub. Digər dostları da elə 20-21 yaşlarında olublar. Düşünürəm ki, görəsən Mark “facebook”-u yaratmağı düşünərkən və gözəl gələcəyini qurarkən mən nə edirdim? Yəqin ki, ya haradasa gəzirdim, yaxuddakı hansısa kinoya filmə baxıb xəyallar qururdum…

Mark 20 yaşında olarkən BÖYÜK, mən 20 yaşım olanda yəqin ki, UŞAQ idim..  🙂

Yəqin ki, o dövürdə bu fərq Amerika ilə Azərbaycan arasındakı saat fərqinə görə yaxudda sivilizasiya fərqinə görə idi….  Amma hal-hazırda Amerika ilə böyük saat fərqimiz olsada ümumilikdə informasiya mübadiləsində yəni sivilizasiya fərqi demək olarkı yoxdur. Yəni istənilən Azərbaycan gənci, Amerika gəncləri qədər və ya onlardan da daha artıq savadlı, istedadlı və innovativ ola bilər…

Yadımdan çıxmamış vurğulayım ki, saat fərqində Amerika bizdən 11 saat geridə qalır…

Qayıdaq mövzumuzun əsas hissəsinə…

Deməli iki söz birləşməsindən əmələ gələn bu sosial şəbəkənin adını azərbaycan dilində “üz” və “kitab” sözlərinə ayrı – ayrılıqda tərcümə etmək olar. Bəlkə də Mark sosial şəbəkəyə bu adı verdikdə insanların gələcəkdə üzləri olacaq və bir növ internetdə virtual aləmdə şəxsiyyətlərini təsdiq edəcək dərəcədə aktual olacaq bu sosial şəbəkənin sadəcə insanın virtual aləmdə üzü yox, real aləmdə də elmini, biliyini, dünya görüşünü artırmağa xidmət edəcəyi prinsipindən irəli gələrək “üz” (face) sözünü tək qoymayaraq, “kitab” (book) sözünü də ona əlavə etmişdir. İlk yarandığı gündən məqsədi universitet tələbələrinə xidmət göstərən bu veb səhifənin elə ilk məqsədi insanları birgə ünsiyyət qurmağa, paylaşmağa və biliklərinin artırmağa çağırmaq olmuşdur.

Yadımdadır ilk olaraq Azərbaycanda bu sosial şəbəkə haqda həmyaşıdlarımızla danışdıqda bu sosial şəbəkədə insanları axtarmaq, kiməsə yazmağın çətin olduğu və yalnız dostluğunda olan insanlara yaza bilmə səbəbindən gənclərin maraq dairəsində deyildi. Lakin bir müddətdən sonra demək olar ki, bütün gənclər bu sosial şəbəkəyə çox maraq göstərdilər ki. Nəticədə də hal-hazırda nəinki gənclərin, hər bir insanın bu sosial şəbəkədə aktiv və yaxud deaktiv səhifələri vardır.

Əslində bu sosial şəbəkənin əsas məqsədi yalnız yazışıb, dostluq yaratmaq  yox,  dinindən, irqindən, milliyətindən asılı olmayaraq bütün insanların bir şəbəkədə ünsiyyət qurub bir-biriləri ilə biliklərini, dünya görüşlərinin, dəyərlərini, mədəniyyətlərini paylaşmaqdır. Yəni hər bir insan bu sosial şəbəkədən yaxşı mənada yararlanmalıdır. O sosial şəbəkə ki, hər bir insanın virtual İD-sidir…

Sonda onu da qeyd etmək istərdim ki, və məlumat olaraq bildirmək istərdim ki, iş görüşməsinə getdikdə, hər hansı bir işə qəbul üçün müraciət etdikdə, universitetə qəbul üçün müraciət etdikdə facebook şəbəkəsində siz axtarışa verilirsiniz və facebook səhifəniz müəyyən insanlar tərəfindən nəzərdən keçirilir. Yəni sizin facebook səhifəniz bir növ sizin virtual CV-nizdir.

Odur ki, bu CV-nizi hər zaman ciddi və dəyərli saxlayın… 🙂

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next