Avropanın düz mərkəzində yerləşən bu şəhərə addım atan kimi burada təhsil almaq üçün bütün şəraitin və müxtəlif yerlərdən gələn qonaqların olduğunu hiss etmək mümkündür. Polşanın Avropa Birliyinə və Avropada Ali Təhsil Komissiyasına üzv olması Varşavada alacağınız diplomun dünya çapında akkreditasiyasına şübhə yaratmır. Varşavada bütün ixtisaslar üzrə xüsusi olaraq ixtisaslaşmış universitetlər var. Gəlin onlara nəzər salaq:

Əgər humanitar yönümlü ixtisaslar oxuyacaqsıınızsa şübhəsiz seçiminiz Warsaw University olmalıdır. 1816-cı ildə yaradılmış universitet yarandığı andan etibarən dayanmadan inkişaf edib və elə buna görə də hal-hazırda əksər araşdırmaçı və inkişafda olan universitetlərlə rəqabətdədir. Lakin Varşavada humanitar sahələrdə təkcə Varşava universitetində deyil, həmçinin, Wysznski, Maria Grzegorzewska, Warsaw School of Social Sciences and Humanities, Collegium Civitas universitetlərində də təhsil ala bilərsiniz.

Əgər siz texnika və ya mühəndislik sahəsində təhsil alacaqsınızsa bu halda sizin üçün ən ideal seçim tətbiqi elmlər və mühəndislik sahələrində həm bakalavr, həm magistartura pillələrində təhsil təklif edən Warsaw University of Technology olacaq. The Polish-Japanese Institute of Information Technology isə IT sahəsində kifayət qədər güclü təhsil təklif edir. Texniki kurrikulumuna görə Ali Təhsil Komisiyasının tövsiyyə etdiyi digər bir universitet Military University of Technology-dir.

Əgər sizin marağınızı sosial elmlər cəlb edirsə Varşava universitetində hüquq, Lazarski universitetində isə hüquqla yanaşı biznes, beynəlxalq münasibətlər ixtisaslarını seçə bilərsiniz. Qeyd edilən ixtisaslar həmçinin The Warsaw School of Social Sciences and Humanities, Collegium Civitas, Cardinal Stefan Wyszynski, Warsaw university of Life Sciences universitetlərində də mövcuddur.

Əgər siz gələcəyin biznesmeni, iqtisadçısı və ya menecerisinizsə, onda birbaşa istiqamət götürün iqtisadiyyat və menecment sahələrində Polşanın ən qədim universiteti olan Warsaw School of Economics-ə. Beynəlxalq səviyyədə tanınan özəl biznes universiteti Kozminski mərkəzi və şərqi Avropada AACSB, EQUİS və AMBA tərəfindən akkreditə edilmiş yeganə universitetdir. Bundan başqa, universitet Financial Times sıralamasında da yer alır.

Əgər sizdə yaxşı incəsənət qabiliyyəti varsa siz mütləq gənc musiqiçilərin “Məkkə”si kimi qiymətləndirilən Fryderyk Chopin University of Music universitetinə qatılmalısınız. Dünya çapında məşhurlaşan məzunları ilə fəxr edən Academy of Fine Arts və aktyor, rejissor və teatr mütəxəssisləri yetişdirən Alexander Zelwerowicz Theatre Academy də bu qəbildəndirlər.

Əgər həkimlik, stomatologiya və ya əczaçılıq varsa planınızda, beynəlxalq standartlı tibb təhsili verən Medical University of Warsaw universitetini seçməlisiniz.

Təbiət elmləri sahəsində 200 illik təcrübəsi olan Warsaw Unıversity of Life Sciences yaxşı seçim ola bilər.

Yox, əgər siz idman sahəsində irəliləməyi qarşınıza məqsəd qoymusunuzsa Josef Pilsudski University of Phsical Education in Warsaw universitetinin gözləntilərinizi doğruldacağından tam əmin ola biləsiniz.

Xanım Xəlilova                                       

CELT Narimanov

012-566-48-23

xanim@celt.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla