Bu gün sizə vaxtın idarə edilməsindən danışacayıq. Düşünürəm ki, bu hər kəsin böyük problemlərindən biridir. Planlı olmaq və planlı şəkildə günü idarə etmək çox çətin məsələdir. Bu məqsədlə belə qərara gəldik ki, sizə vaxtınızı səmərəli idarə etməniz üçün bloq yazaq… Qeyd edim ki, bu bloqlar silsilə şəkildə hər həftə yayımlanacaqdır. Yəni Siz ümumi anlamda vaxtın idarə edilməsindən deyil, həyatda hər bir insanın etməli olduğu vacib amillərin vaxta görə planlaşdırılmasından danışacağıq

Hər kəs bilməlidir ki, bir insanın əlində ən dəyərli və qiymətsiz varlıq Vaxtdır. Yəni biz vaxtdan səmərəli istifadə edib onu düzgün idarə etməyi bacarsaq biz istədiyimiz hər bir şeyə nail ola bilərik.

Bu gün biz sizə xarici dil öyrədnikdə tez bir zamanda necə effekt görə biləcəyimizdən və həmçinin vaxtımızı dil öyrənməyə necə sərf edəcəyimizdən danışacağıq.

      Deməli dediyimiz kimi vaxt bizim əlimizdə ən dəyərli varlıqdır. Hansı ki, biz hal-hazırda yaşadığımız günü səmərəli yaşamalı və  görməli olduğumuz işləri vaxtında və dəqiq görməliyik.

Siz ingilis dilini öyrənirsiniz. Celt-də həftədə 3 dəfə ingilis dili dərsiniz var. Bu dərslərdə sizin danışıq, anlama, oxuma, yazma bacarıqları öyrədilir. Bundan başqa siz dərslərlə yanaşı evdə olarkəndə ingilis dilinə vaxt ayırmalısınız və keçirilən dərsləri təkrarlamalısınız. Bu zaman Siz nə etməlisiniz? Siz ilk öncə gününüzü bölüşdürməlisiniz. Məsələn həftənin 5 günü səhər saat 9-dan günorta saat 14:00-a kimi dərsdə olursunuz. Daha sonra evə gəlirsiniz. Evə gələrkən yolda 1 saata yaxın vaxtınız itir. Deməli Siz gün ərzində ilk öncə sərf etdiyiniz vaxtı ilə itirdiyiniz vaxtları dəqiqləşdirib onların həcmini bilməlisiniz. İtirdiyiniz vaxtlarıdan isə maksimum səmərəli yararlanmağa çalışmalısınız. Necə? Məsələn hər gün dərsdən evə gələrkən avtobusda ya metroda 1 saata yaxın vaxtı ingilis dili eşitmə anlama qabiliyyətinizi artırmanız üçün ingilis dilli dialoqlara yaxud audio kitablara qulaq asa bilərsiniz. Əminəm ki, bir çoxunuz avtobusda musiqiyə qulaq asırsınız. Lakin dinlədiyiniz musiqini dediyim kimi hər hansı ingilis dilli audio kitaba ya diaoqlara qulaq asmağa sərf etsəniz bu daha səmərəli olar.

Planlaşdırdığımız kimi Celtdə ingilis dili dərslərimiz həftədə 3 dəfə 3 saat təşkil edir. Həftənin 5 günü isə biz ümumilikdə 12 saat vaxtı avtobus və metrolarda ingilis dilində dialoqlara, audio kitablara qulaq asmaqla keçiririk və yaxud da ingilis dilində kitablar oxumaqla keçiririk. Daha sonra gün ərzində 1 saat ingilis dili dərslərimizi hazırlamağa sərf edirik. Həftə sonu isə ingilis dilli subtitrlı 2 filmə baxırıq.  O zaman biz həftə ərzində necə saat ingilis dilinə sərf etmiş oluruq? Ümumilikdə 29 saat!

      Gəlin indi müqayisə edək. Siz həftədə 3 gün olmaqla 9 saat ingilis dili dərslərinə sərf edirsiniz və həftənin 5 günü 1 saaat ingilis dili tapşırıqlarını öyrənməyə, yeni sözlər öyrənməyə sərf edirsiniz.  Burdan o görünür ki, toplam olaraq həftədə 14 saat ingilis dilinə sərf edirsiniz. Lakin yuxarıda qeyd etdiyim planlı şəkildə vaxtdan tam səmərəli istifadə etməklə həftə ərzində 29 saat ingilis dili öyrənməyə sərf edəcəksiniz. Hansıki qeyd edilən metodla ingilis dilinə Siz əvvəlkindən təxmini 2 dəfə çox vaxt sərf etməklə, ingilis dilini öyrənmənizdə 2 dəfə artıq naliyyətə sahib olacaqsınız.

Odur ki, hər kəsi xarici dilləri xüsusi ilə ingilis dilini öyrənməyə dəvət edirəm. İngilis dilini Celt ilə öyrənin ki, bu dili daha yaxşı mənimsəyəsiniz. İngilis dili kursları haqqında buradan keçid edərək məlumat əldə edə bilərsiniz.

Bu ingilis dili öyrənərkən vaxtınızı səmərəli idarə etməniz haqda ilk bloq idi. Davamı olacaqdır…

Bizi izləyin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla