Viza ilə bağlı suallar.

Viza ilə bağlı suallar və cavablar

– Salam, mənim adım Muraddır. Mən soruşmaq istəyirdim ki, universitetə başlamamışdan öncə vizaya istənilən vaxtı müraciət edə bilərəmmi və İngiltərə üçün viza turist vizası ilə eynidirmi?

        (cavab) Salam Murad bəy ilk öncə qeyd etmək istərdim ki, Böyük Britaniya universitetlərində tələbə vizası turist vizasından fərqlidir. Tələbə vizası TİER 4 viza adlanır və siz bunun üçün ilk öncə universitetdən qəbul almalısınız. UKVİ tənzimləmələrinə görə qəbul aldıqdan sonra CAS letter dediyimiz bir məktub əldə etməlisiniz. Əks halda vizaya müraciət edə bilmirsiniz. Belə ki, vizaya müraciət etməzdən ən az 1-2 ay öncədən sizə lazımi sənədləri əldə etdiyinizdən əmin olun. Ən önəmlisi sizin xərclərinizi qarşılayacaq məbləğin bank hesabınızda göstərildiyindən əmin olmağınız tövsiyyə edilir. Əks halda viza müddəti gəlib çatdıqda sənədləşmədə sıxıntılar yaşaya bilərsiniz.

  • Salam. Almaniyada təhsil almaq üçün bank hesabındakı məbləği nə vaxt çıxarda bilərəm?

(cavab) Salam. Siz əgər Almaniyada tələbə olmaq istəyirsinizsə Milli Vizaya müraciət etməlisiniz. Bank hesabınızdakı məbləği bir başa çıxartmağınız mümkün olmayacaqdır. Çünki siz təhsil alacağınız müddətdəki yaşayış xərclərini Alman bankına qoyursunuz. Bu hesab BLOCKED ACCOUNT adlanır və 1 il hər ay yalnız müəyyən miqdarda pul çıxartmağınıza icazə verilir. Belə ki, Almaniyada təhsil almaq haqqında düşünürsünüzsə, nəzər alın ki Alman bankında 10.000 avrodan yüksək məbləğ sizin block hesabınızda olmalıdır.

  • Vizadan rədd cavabı aldığımda universitetə ödədiyim məbləğ geri qaytarılırmı?

(cavab) Salam. Bu ölkədən ölkəyə dəyişə bilər. Əksər hallarda universitetlər sizdən vizadan öncə deposit məbləğinin ödənməsini tələb edirlər. Bu deposit çox vaxt təhsil haqqının 10 faizi ətrafındə olur. Əgər ödədiyiniz məbləğ depositdirsə bu halda universitet sizə həmin məbləği geri qaytarmayacaq. Əgər təhsil haqqını tam şəkildə ödəmisinizsə 80-90 faiz məbləğdə pulunuz geri qaytarılacaqdır. Yenə də ətraflı məlumat almaq üçün ofisimizə zəng etməyiniz xahiş olunur.

  • Salam. Mən Gürcüstan vətəndaşıyam. Avropada təhsil almaq üçün tələbə vizası əldə etməliyəm?

(cavab) Salam. Siz Gürcüstan vətəndaşı olaraq tələbə vizasına müraciət etmək məcburiyyətində deyilsiniz. Bir çox Avropa ölkəsi sizə həmin vizanı əldə etmədən bir başa Residence Permit (yaşayış icazəsi) almağa icazə verəcək. Lakin nəzərə alın ki, həmin icazəni almaq üçün demək olar ki, viza almaq üçün tələb olunan bütün sənədlər yenə də sizdən tələb olunacaq. Daha əmin olmaq istəyirsinizsə müraciətdən öncə təhsil alacağınız ölkənin və universitetin adını bizə bildirsəniz, sizə daha yaxından köməklik göstərə bilərik.

  • Salam. Adım Yavərdir. Mənim 18 yaşım olmayıb. Bu halda Türkiyədə təhsil ala bilərəm? Oturum üçün özüm müraciət edə bilirəm?

(cavab) Yavər bəy salam. Əgər 18 yaşınız olmayıbda doğum haqqında şəhadətnamənizi və valideynlərin Türkiyədə oxumaq, yaşamaq, və müvəqqəti oturum almaq üçün icazə sənədini almağı unutmayın. Qeyd edək ki sənədlər apostil olunmalıdır.

Sizə viza ilə bağlı tez-tez soruşulan suallardan bir neçəsini təqdim etdik. Əgər sizing də hər hansı sualınız varsa CELT Colleges Nizami ofisi əlaqə saxlaya bilərsiniz. Komandamız sizə ən sürətli şəkildə cavab verəcəkdir. CELT Colleges Nizamidə sizlərə universitet qəbulu, viza proseduru və yataqxana tapılması ilə bağlı lazımi dəstəyi ala bilərsiniz.

Baba.karimli@celt.az

(012) 436 86 87

(050) 787 57 66

3 thoughts on “Viza ilə bağlı suallar.”

  1. salam əgər Azərbaycan vətəndaşının Türkiyədə 3 ay vizasız qalma vaxtı hələ bitməyibsə Azərbaycana qayıdıb eyni gün yenidən Türkiyəyə dönüş edə bilərmi?

  2. Salam . Viza üçün indi intervyu tələb olunur . İngiliscəsi zəif olanlar rədd cavabı ala bilər? .təhsil vizasından gedir sohbət

    1. İngilis dilində oxumağa gedirsə ingiliscəsi necə zəif olar əgər dil kursuna getmirsə. Burda çok nuans var və sual çox genişdir. Hər ölkə fərqlidir ona görə sualı daha net vermək lazımdır.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next