Work and Travel ilə səmərəli yay tətili

Hər bir tələbə yay tətilini səmərəli şəkildə keçirmək istəyir. Bunun üçün tələbələr müxtəlif proqramlarda iştirak etməklə yay tətili keçirirlər. Üç ay ərzində vaxtını səmərəsiz keçirməyən tələbələr üçün “Work and Travel” ən yaxşı proqramdır.  “Work and Travel” proqramı ABŞ-ın Dövlət Departamentinin iştirakıyla yaradılmış “Cultural Exchange Programs” kimi tanınmış beynəlxalq mübadilə proqramlarından biridir.

Proqram 1957-ci ildə yaradılmışdı və illərdi ki, tələbələr arasında böyük marağa səbəb olur. Hər il dünyanın bütün nöqtələrindən yüz minlərlə tələbə bu proqramla Amerikada həm yay tətillərini keçirir, həm ingilis dili biliklərini inkişaf etdirir, həm də maddi ehtiyaclarını təmin etmiş olurlar.

Tələbə adını qazanmış istənilən şəxs (IV kurs tələbələri istisna olmaqla) bu proqramda iştirak edə bilər. Proqram çox geniş və hərtərəflidir. Sənə təklif olunan bu səyahət növü bütün dünyada Summer Work & Travel kimi tanınır. Maraqlıdır, proqramın 53 il ərzində bu qədər dəyişkən dövrdə hələ də maraqlı və cazibədar qalması nəyin sayəsində mümkün olub?

  1. Yeni, tanımadığın ölkədə sərbəstliyi, rahatlığı və bol şanslarla dolu iş
  2. Amerikan həyatının əsl azadlığını hiss etmək
  3. Dünyanın bütün nöqtələrindən gələn tələbələrlə dostlaşmaq
  4. Dünya görünüşünü və kommunikativ keyfiyyətlərini artırmaq
  5. İlk başlanğıc kapitalını qazanmaq
  6. Həyat prinsiplərini və prioritetlərini yenidən qiymətləndirmək
  7. İngilisdilli mühitdə olmağının sayəsində ingilis dili biliklərini artırmaq
  8. Unudulmaz attraksionlarda, əyləncə parklarında olmaq
  9. Öz gözlərinlə Azadlıq Heykəlini, Bruklin körpüsünü, Kapitoliy binasını, Disneylendı, Niaqara şəlaləsini və s. görmək imkanı
  10. Bütün gələcək illəriniz üçün pozitiv emosiyalarla dolu xatirələr və təəssüratlar əldə etmək imkanı

Work and Travel proqramının üstünlüklərini saymaqla bitməz…

Bunu sən W&T proqramında keçən illərdə iştirak etmiş və unudulmaz tətil keçirmiş başqa tələbələrimizin bu proqram barədə yazdığları çoxsaylı məqalə və feedback-larından öyrənə bilərsən.

Siz proqram müddətində öz dünya görünüşünüzün nə dərəcədə dəyişdiyini hiss edəcəksiniz. Öz dəyərli vaxtınızı dəyərli yerlərdə keçirin.

Aydar Qulamov

CELT Colleges (Baş Ofis)

Məmməd Əfəndiyev küç. 6

İçəri şəhər metrosu ( Axundov Bağı)

Tel: 012 492 6853

47 thoughts on “Work and Travel ilə səmərəli yay tətili”

  1. Salam xahish edirem cavablandirasiniz WAT proqraminda ishtirak etmek ucun universitet telebesi olsan bele minimum yash heddi 18dir??

      1. the cover has led to a few demises, i don’t think it is a curse just bad winitrg, if SI picked the team that was not going to fail they would not look like a curse. Poor judgment by SI staffers. (pap on the cover, just another example of bad decisions)There was never a curse of the bambino, that was a made up load of crap by red sox fans so they had something to blame for their loosing ways. it could not have been an actual curse, curses never end.