Xaricdə kimlər oxuya bilər?

Salam,

Bü gün bayram olmasına baxmayaraq yeni yazı yazmağı düşündüm. Xaricə təhsilə maraq artdıqca soruşulan suallar və problemlər də çoxalır. Bu gün burada suallara ümumi cavab verməyi düşünürəm.

İlk öncə hər kəs xaricdə oxumaq məcburiyyətində deyil. Xaricdə oxumasanız belə Azərbaycanda iş tapmaq mümkündür. Və təbii ki xaricdə oxuyub iş tapa bilməyənlərdə az deyil.

Xaricdə oxumaq kimlər üçün daha əlverişlidir?

1. Xaricdə öz hesabına öxuya bilər tələbələr. Yəni ölkədən asılı olaraq ildə ən azı 8 min manat ödəyə bilən insanlar mərkəzi avropa ölkələrindən başlaya bilərlər. Xaricdə oxumaq əsla və əsla pulsuz deyil. Bu düşüncə çoxlarında yalnız anlaşılır. Ona görə sual yazmamışdan öncə xaricdə oxumaq imkanlarınızı düşünməniz lazımdır.

Təbii ki, xaricdə Azərbaycan dilində oxumayacaqsınız. Əsasən ingilis dilində, Rus, Türk, Alman dillərində oxuya bilərsiniz. Ya bu dili öz heabınıza həmin ölkədə öyrnmək ya da, burada öyrənib sonra orda bir-başa oxuya bilərsiniz. Kimsə İmtahansız və Dil sertifikatı tələb etməyən universitet axtarirsa yanilır. Belə bir anlayış yoxdur. Agentlərin sizi aldatmalarına inanmayın. Dil sertifikatı yoxdursa, orada bir il dili öyrənib universitetə başlaya bilərsiniz. İmtahan gəldikdə Avropa ölkələrində (italiyanı çıxmaqla) çox vaxtı imtahanla qəbul olunmursunuz. Bunun əvəzinə attestat ballarınız, qiymətləriniz, uğurlarınız, motivasiya, referans kimi sənədlər tələb olunur və bunun əsasında qəbul olunursunuz.

2. Təhsil Nazirliyinin Dövlət Təqaüd Proqramı ilə oxumaq istəyənlər. TN sizə bu imkanı yaradır amm bu təbii ki hamı üçün deyil. Hər kəs istəsə belə bu proqramdan yararlana bilməz. TN öz qəbul qaydaları var.

  • TQDK balınız yaxşı olmalıdır
  • Universitetdən şərti qəbul almalısınız
  • Dil sertifikatınız olmalıdır
  • Azərbaycanda qiymətləriniz yaxşı olmalıdır
  • Universitet dövlət siyahısında olmalıdır
  • İxtisaslar dövlət proritet seçdiyi ixtisas və ona aid olmalıdır

Və təbii ki bunlar əsas tələblərdir. Konkret detallı məlumat üçün TN xaricdə təhsil saytına baxın. Mən çoxlu suallar alıram bu barədə məslən tərcüməçilik və dilçilik ixtisasları ilə bağlı. Amma bunlar dövlət siyahısında yoxdur və heç vat olmayıb. Buna baxmadan mənə verilən suallara cavab verməyə məcbur deyiləm. Biz təhsil nazirliyi deyilik və onlarla heç bir əlaqəmiz yoxdur. Biz sadəcə təhsil almaq istəyən tələbələrə kömək etmək istəyirik amma TN saytına baxmağa tənbəllik edənlərə də bizdən cavab gözləməsinlər.

Azərbaycanlılar üçün əsasən bu imkanlar mövcüddur. Qaldı ki digər ölkələrin təqaüd proqramlarına onlar çox vaxtı bizim tələblər üçün uyğun deyil. Çünli Azərbaycan universitetləri o qədər də yaxşı tanınmır. Təqaüd istəyən tələbələrinin çoxunun nə təcrübəsi nə də iş stajı var və heç sertifikatları belə yoxdur. Bu məntiqlə niyə təqaüd üçün müraciət edirlər bilmirəm. Həmişə demişəm Azərbaycanlılar üçün ən asan təqaüd DÖVLƏT təqaüddüdür. Bundan asanlı yoxdur. Biz zaman zaman təqaüdlər çap edirik amma onlar ya müəyyən qədər özü maliyyələşdirib sonrasını özləri ödəyə bilən tələbələrdir ya da çox yüksək bilik, və iş təcrübəsinə malik olan tələbələrdir.

Əgər GPA aşağıdırsa, IELTS balı zəifdirsə və bununla belə PULSUZ, TƏQÜDLÜ oxumaq istəyirsinizsə bu sadəcə illuziyadır. Hansı  məntiqli universitet zəif tələbəyə PULSUZ təhsil verər? yəni bu onların nəyinə lazımdır ki?

Ona görə sizə bolluca yalan danışan agentlərə inanmayın. Hər kəs xəyyalların gerçək olmaısını istər amma reallıqlar həmişə nəzərə alınmalıdır. Reallıqlarını nəzərə alın ki, sonra pulunuz xəyyalara xərclənməsin.

1 thought on “Xaricdə kimlər oxuya bilər?”

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit