Xaricdə necə təhsil ala bilərəm?

Saytımızda xaricdə təhsilə aid çoxlu yazılarımız olsa da bir çox insanların bizdən soruşduğu ən çox suallardan biri də “Xaricdə necə təhsil ala bilərəm?” sualıdır. Biz də bunu nəzərə alaraq bu mövzuda yazı yazmağı düşündük.

Xaricdə təhsil almaq demək olar ki, hər bir gəncin istəyidir. Bu həm digər bir ölkəni görmək arzusundan, həm də təhsillərini daha da yaxşı universitetlərdə davam etdirmək istəyindən irəli gəlir.

Bakalavr üzrə təhsil almaq

Xaricdə bakalavr üzrə təhsil almaq üçün bir neçə yollar mümkündür. Bu baxımdan ölkələri iki qrupa bölməik olar:

  1. Azərbaycanda 11-ci sinfi bitirib birbaşa qəbul edən ölkələr
  2. Azərbaycanda 11-ci sinfi bitirib kurs keçdikdən sonra qəbul edən ölkələr

Yəni bəzi ölkələr var ki, şagirdlər 11-ci sinfi bitirdikdən sonra imtahan verib birbaşa həmin ölkənin universitetlərinə qəbul ola bilər. Bura aşağıdakı ölkələr daxildir:

  1. Türkiyə
  2. Amerika Birləşmiş Ştatları
  3. Kanada
  4. Bəzi hallarda Hollandiya

İkinci qrupa aid olan ölkələr isə Azərbaycanda 11-ci sinfi bitirən şagirdləri birbaşa qəbul etmir. Çünki həmin ölkələrdə orta məktəb 12 və yaxud da 13 illikdir. Bunun üçün ya həmin ölkədə 1 illik “Foundation” proqramını keçməlisiz ya da Azərbaycanda 1 il və yaxud da 2 il bakalavr təhsili almalısınız.

Bakalavr təhsil almaq üçün hansı imtahanlar tələb olunur?

Bu sual da bizə ən çox ünvanlanan suallardandır. Ümumiyyətlə, xaricdə təhsil almaq üçün əsasən TOEFL və IELTS imtahanları tələb olunur.Bu imtahanlar yalnız ingilis dilində təhsil almaq istəyənlər üçün nəzərdə tutulmuşdur. Siz avropa ölkələrində təhsil almaq üçün bu imtahanlardan keçmək məcburiyyətindəsiniz. Ola bilər bəzi universitetlər olsun ki, bu imtahanları tələb etməsin.Yəni universitet özünün tələb etdiyi imtahanla qəbul etsin tələbəni.

Amma bəzi ölkələr var ki, bu imtahanları deyil, başqa imtahanlar tələb edir. Məsələn, Türkiyə. Türkiyə universitetlərinə qəbul olmaq üçün SAT imtahanı tələb olunur. SAT bütün Türkiyə universitetləri üçün keçərlidir. TOEFL və IELTS isə yalnız Türkiyənin özəl universitetləri üçün keçərlidir. SAT imtahanını bəzən ABŞ və Kanada universitetləri də tələb edirlər.

Magistr təhsili almaq

Xaricdə Magistr təhsili almaq üçün müəyyən imtahanlar tələb olunur. Hal-hazırda bir çox  gənclər magistr təhsillərini xaricdə davam etdirməyi üstün tuturlar. Bu səbəbdən də magistr üzrə təhsil alanların sayı bakalavr üzrə təhsil alanların sayından xeyli çoxdur.

Xaricdə magistr təhsili almaq üçün ilk öncə bakalavr diplomu olmalıdır. Bu diplom olduqdan sonra müəyyən imtahanlar tələb olunur. Yenə də ingilis dili üzrə təhsil almaq istəyənlər TOEFL və IELTS imtahnlarından keçməlidirlər. Türkiyə üçün ALES imtahanı tələb olunur. Türkiyənin özəl universitetləri üçün isə TOEFL və IELTS də keçərlidir. Bəzi ABŞ və Kanada universitetləri GMAT və GRE  imtahanları da tələb edirlər.

Xaricdə Magistr təhsili üçün ixtisasım bakalavr ixtisası ilə eyni olmalıdır?

Bu bir qədər mürəkkəb məsələdir. İxtisas təbii ki,bakalavr ixtisası eyni olmalı və yaxud da yaxın ixtisas olmalıdır. Məsələn, Humanitar elmlər üzrə təhsil alan tələbə, dəqiq elmlər  üzrə təhsil ala bilməz. Bu həm də onun oxuması üçün çətin  olar. Bu səbəbdən də Xaricdə magistr təhsil almaq istəyənlər bakalavr ixtisasına yaxın və yaxud da eyni ixtisası seçməlidirlər. İstisna hallar ola bilər ki, bakalavr ixtisasınız başqadır və siz magistr üzrə başqa ixtisas üzrə təhsil almısınız. Bu ola bilər,amma bunu bəzi universitetlər qəbul edir. Bu universitetlər isə məsləhətli universitetlər deyil.

Ümid edirik ki,Xaricdə təhsil almaq arzusunda olanlar üçün yazdığımız məlumatlar kifayət qədərdir və bu onlara köməklik edəcək.

Ünvan:

1.Rəşid Behbudov 56, Xarici dillər universitetinin yanı

012 441 36 65, 055 760 76 76

2.Məmməd Əfəndiyev küç. 6

İçəri şəhər metrosu ( Axundov Bağı)

Tel: (012) 492 6853 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla