Xaricdə təhsil almaq istəyirəm. Nə etməliyəm?

Bəzi şagirdlərdə xaricdə təhsil almaq ibtidai siniflərdən arzu edilib, planlaşdırılsa da, əksər hallarda tələbələr 9-10-cu siniflərdə xaricdə təhsil almaq qərarına gəlirlər. Və bu vaxt belə bir qərar üçün tam doğru vaxtdır. Çünki 11-ci sinifin sonunda imtahan verəcək olan tələbələrin10-cu sinifdən, bəzi hallarda 9-cu sinifdən hazırlıqlara başlaması məqsədəuyğundur.

Qərara gəldik. Yaxşı, bəs indi nə edək, necə edək?

Birinci növbədə tələbə hansı ixtisas üzrə təhsil alacağını dəqiqləşdirməlidir. Məktəb yaş dövrlərində ixtisas seçimində bir qədər dəyişkənlik olur. Şagirdlər tez-tez müxtəlif ixtisaslara meyl edirlər. İxtisas seçimi edərkən şagirdin şəxsi marağı mütləq şəkildə nəzərə alınmaqla dövrün və gələcəyin ixtisaslarına yönəlmək vacibdir. Məzun olduqdan sonra ixtisasa uyğun kariyera aspektlərini və tələbənin öz ixtisasına uyğun işləmək istəyini də nəzərə almaq lazımdır.

İxtisası dəqiqləşdirdikdən sonra həmin sahədə ən güclü olan ölkələri müəyyənləşdirmək və onlar arasından seçim etmək lazımdır. Seçim zamanı bir ölkə ilə kifayətlənmək məcburiyyətində deyilsiniz. Belə ki eyni zamanda bir neçə ölkəyə müraciət etmək olar. Təhsil almaq üçün xarici ölkələrə müraciət edən tələbələrin ölkələrə əsasən müəyyən imtahan nəticələri olmalıdır. Belə ki bakalavr pilləsində ingilis dilində təhsil almaq üçün Amerika, Kanada, Türkiyə kimi ölkələrdə SAT imtahan nəticəsi tələb edilir. Avropanın əksər ölkələrində isə IELTS imtahanı ilə qəbul əldə etmək mümkündür. Qeyd olunan imtahan nəticələrindən öncə isə tələbələrin məktəb qiymətləri qəbula əhəmiyyətli dərəcədə təsir edir. Əgər şagird seçim etdiyi ölkənin dilində təhsil alacaqsa bu halda həmin dili bildiyini təsdiqləyən sertifikat təqdim etməlidir. Bakalavr pilləsinə müraciət edilən zaman həmin ölkədə 11 və ya 12 illik orta təhsil sisteminin olmasını dəqiqləşdirmək lazımdır. Əgər orta məktəb sistemi 12 illikdirsə, Azərbaycanda 11 illik orta məktəb təhsili almış şagirdlər bakalavr pilləsinə birbaşa qəbul ola bilmirlər.

Magistratura pilləsi üçün bakalavr pilləsinin qiymətləri əsas götürülmək şərti ilə Amerika, Türkiyə kimi ölkələrdə ingilis dilində təhsil üçün TOEFL imtahanı,  Avropanın geri qalan hissəsində isə IELTS imtahanı nəticəsi lazımdır. Lakin bəzi universitetlər əsas qəbul şərti kimi GMAT və ya GRE imtahanlarının nəticəsini tələb edir. Magistratura pilləsində də yenə tələbə gedəcəyi ölkənin dilində təhsil almaq istəyirsə müvafiq dil imtahanından keçməlidir.

Müvafiq imtahan nəticələrini əldə etdikdən sonra universitetlərin qəbul tarixlərini izləmək lazımdır. Belə ki, müxtəlif universitetlər müxtəlif vaxtlarda sənəd qəbulu üçün vaxt elan edirlər. Tələbələr qəbul üçün lazım olan sənədlərin siyahısını əldə etməli və qeydiyyat bitmədən müraciət etməlidirlər.

Xanım Xəlilova                                       

CELT Xətai

xanim@celt.az

012 496 45 76

050 588 15 18

2 thoughts on “Xaricdə təhsil almaq istəyirəm. Nə etməliyəm?”

  1. Salam hər vaxtiniz xeyr. Mən 1 ci kursu bitirdim və 2 ci kursam artiq . Univeristeti bitirdikdən sonra gələcəkdə xaricə getmək istəyirəm. Amma bunun üçün ingilis dilimi inkişaf elətdirmək istəyirəm. Sizin kursa nə zaman başlayım? Neçənci kursdan? Və effekti olacaqmı? Və ödəniş kursa başlamaqla bağlı məlumatlandirardiniz zəhmət olmasa…

    1. Salam. Bizim ofislərə yaxınlaşıb ya da zəng edib məlumat ala bilərsiniz. Öncə testdən keçəcəksiniz ki sizə doğru proqram tətbiq edilsin.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username