Bugünkü gündə bir çox gənc ətrafında gördüyü reklam afişaları, dost-tanışının məsləhəti və sosial mediada yayımlanan həvəsləndirici şəkillərlə xaricdə təhsil almaq fikrinə düşür.“Hamı xaricdə oxumağa gedir, mən də istəyirəm, niyə mən də getməyim, həm başqa ölkəni gəzərəm, fərqli yeni insanlarla tanış olaram” kimi fikirlərlə yola çıxan bir çox gənc, təhsilə başlamadan bitirməyə və geri qayıtmağa məcbur olur. Bəzən ailələr həm maddi baxımdan, həm övladını tək başqa ölkəyə göndərmək istəmədiyi üçün bu iş sizin üçün çətinləşir.

Bu kimi problemlərlə qarşılaşmamaq üçün ,sizə bir neçə məsləhətimiz var!

1.Öncəliklə, internetdə bir az araşdırma edin.Əlbəttə, xaricdə oxumağın üstünlüklərindən biri fərqli yerlər kəşf etmək, doyunca gəzmək və şəkil çəkdirməkdir, amma təbii ki bu işin əsas məqsədi daha yaxşı təhsil almaqdır. Buna görə xaricdə oxumaq istəyirsinizsə, yaxşı universitetlər axtarıb tapın, məlumatları qeyd edin. Nəzərə alın ki, o universitetdə oxuya-oxuya da gəzə bilərsiz, amma ən azından getməyinizə dəymiş olacaq. Bu məlumatlarla ailənizi razı salmaq daha asan olacaq, artıq sizin bu işdə ciddi olduğunuzu və çox istədiyinizi göstərmiş olursunuz. Belə olduğu halda onların hər hansı bir sualını da rahatlıqla cavablayacaqsınız.
2.Alternativləri dəyərləndirin.Bugün tək bir universitet və tək bir ixtisas deyə bir anlayış yoxdur. Çox sayda universitet, fərqli ixtisas seçimləri var. Buna görə araşdırma apararkən nə istədiyinizi əvvəlcədən müəyyənləşdirin, öz imkanınıza uyğun universitet seçimləri edin və ailənizin də qarşısına fərqli seçimləri qoyun.

3.İşinizi düzqün qurun.Universitetdə oxumaq əladır, amma bu mövzuda ən önəmli sual işin maddi tərəfidir. Ailənizin yanında bu haqda söhbət açarkən onlara universitetin illik təhsil haqqı, təqaüd imkanları haqqında dolğun məlumat verin. Çalışın, təqaüd haqqında ətraflı məlumat toplaıyb düzgün məlumata sahib olasınız ki ailənizin maddiyyatla bağlı suallarınızı cavablandırarkən səhvə yol verməyəsiz.
4.Suallara cavab tapın.
Övladını xarici ölkəyə göndərmək təbii ki elə də asan deyil. Ona görə bu mövzu ilə bağlı yarana biləcək bütün mümkün sualları, məsələn, qalacağınız yer, gedəcəyiniz ölkə haqqında və bu kimi digər sualları da göz ardı etməyin. Universitetinizlə bağlı tam doğru məlumatları universitetin rəsmi saytından əldə edə bilərsiniz.

Bu işin mütəxəssisi ilə görüşün.

Xaricdə təhsil yeni trend deyil. İllərdir insanlar ölkə xaricində təhsil almağa can atmış və nail olmuşlar. Əmin ola bilərsiniz ki, bu kimi mövzularda ailəsi belə həssas yanaşan sadəcə sizin ailəniz deyil. Ona görə də bu işi bilən insanlara həvvalə edin.CELT COLLEGES ELMLƏR -xaricdə təhsil şöbəsinə yaxınlaşıb ödənişsiz, sizə lazımi məlumatları bizim mütəxəsislərdən əldə edə bilərsiniz.Professional biri ilə bu mövzu haqqında danışmaq valideynlərinizidə rahatladacaq. Valideynlərinizi narahat edən bütün suallara ən xırda detalı ilə biz CELT ELMLƏR olaraq böyük məmnuniyyətlə cavablandırarıq.

Xaricdə təhsil almlaq fürsətinizi əldən vermiyin!

Günel Qulamova
(+994) 012 538 38 33
(+994) 55 737 83 06
Email:gulamova@celt.az
CELT COLLEGES ELMLER

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla