Xaricdə tələbələrin qala biləcəyi yer alternativləri

Xaricdə təhsil almaq istəyən tələbələri ən çox düşündürən suallardan biri də məhz onların qalacağı yer ilə bağlıdır. Daha öncə olmadığı, yaşamadığı bir şəhərdə tanımadığı insanlarla əhatələnəcək olan hər tələbə həm təhlükəsiz, həm də rahat yer seçmək istəyər. Beləliklə, xaricdə təhsil zamanı tələbələrin yaşayış yerlərini aşağıdakı kimi qruplaşdırdıq.

Tələbə yataqxanaları

Tələbə yataqxanalarında həm təhlükəsizlik baxımından, həm rahatlıq baxımından tələbələrə uyğundur. Yataqxanalarda tələbələrin giriş-çıxış saatı rəhbərlik tərəfindən əvvəlcədən müəyyənləşdirilir. Yataqxanalar tək nəfərlik, cüt nəfərlik, ya da ikidən daha çox qala biləcəyi otaqlar təklif edir. Əlbəttə, uyğun olaraq ödənişlər də dəyişir. Tələbə yataqxana sistemi hər ölkədə fərqlidir. Belə ki, qonşu ölkə Türkiyədə dövlət yataqxanalarında qalmaq olduqca qəlizdir. Bunun üçün siz təqaüd qazanmalısınız. Əks halda xarici ölkə vətəndaşları rahatlıqla dövlət tələbə yataqxanalarına yerləşdirilə bilməz. Amma bununla yanaşı burada çoxlu özəl yataqxana fəaliyyət göstərir. Özəl yataqxanalar fərqli qiymətlər təklif edir. Bu yataqxanalar adətən universitetlərə yaxın yerləşir və tələbə oxuduğu universitetə getmək üçün çox zaman sərf etmir. Qiymət aralığı şəhərdən-şəhərə, hətta eyni şəhərdə səmtdən-səmtə görə dəyişə bilər. Yataqxana ünsiyyətcil, əyləncə sevən tələbələr üçün maraqlıdır. Çünki yataqxanada həmyaşıdlarınızla əyləncəli zaman keçirə bilərsiz, bu da sizin tələbə həyatınızı daha maraqlı edər.

Kirayə evlər

Bəzən tələbələr daha sərbəst, daha geniş yerdə qalmaq üçün yataqxanalardan imtina edirlər. Belə olduqda onlar kirayə evdə qalmaq yolunu seçirlər. Kirayə evlərdə təkbaşına qalmaq tələbə büdcəsini aşar, buna görə tələbələr adətən özlərinə ev yoldaşı tapıb bütün xərclərdə ortaq olurlar. Kirayə evlərdə tələbələrin istəklərinə görə bir otaqda ya da ayrı-ayrı otaqlarda qala bilərlər. Kirayə evlər də həm yerləşdiyi yer, həm otaq sayısına görə qiymət fərqliliyi göstərir.

Apart tələbə evləri

Bu evlər ilk baxışda tələbə evlərinə oxşasa da, apart evlərdə hər kəsin öz otağı və ayrı qapısı olur. Sadəcə bu evlərdə, mətbəx, ayaqyolu və vanna otağı ortaqdır.Belə evlərin ən müsbət cəhəti odur ki, başqa ölkədən gələn tələbələrin seçimi daha çox bu evlər olur və sizin tanış ola biləcəyiniz çox sayda xarici tələbə dostlarınız olacaq.

Ailə yanında qalmaq

Bu daha çox xaricə qısa müddətli dil kurslarına gedən tələbələrin seçimi olur. Onlar həmin ölkə vətəndaşlarının evində qalmaqla həm dil biliklərini təkmilləşdirə bilər, həm də fərqli bir ölkə nümayəndəsinin həyat tərzi ilə tanış ola bilərlər. Burada tələbələr səhər, günorta və axşam yeməklərini o ailə ilə birlikdə yeyirlər. Bu tip evlər daha çox İngiltərə, Amerika, Kanada kimi ölkələrdə qısamüddət üçün gedən tələbələr üçün təklif olunur. Ümumiyyətlə, yuxarıda sadalanan yerlərin heç biri digərindən çox ucuz ya da çox baha deyil. Diqqət etməli olduğunuz, sizin necə ortamı sevməyinizdir. Məsələn, nə qədər sosial insansınız, səhərlər tez ya gec qalxırsınız, axşamlar gəzməyimi yatmağımı sevirsiniz. Əgər şən, ünsiyyətcil mühitdə yaşamaq istəyirsizsə, yataqxanada qalmağı seçə bilərsiz. Yataqxanada siz özünüz heç bir təmizlik işi görmürsünüz. Bütün təmizlik yataqxana xidmətinə daxildir. Eləcə də, yemək hazırlamağa zaman ayırmaq istəmirsinizsə, yataqxana sizi həm səhər, həm axşam yeməyi ilə təmin edəcəkdir.Əgər həm əylənmək, həm də bəzən tək qala bilmək tərəfdarısınızsa, onda apart tələbə evləri seçə bilərsiz. Burada fərqli ölkələrdən gənclərlə tanış olub maraqlı aktivitələrə qatıla bilərsiz. Əgər siz sadəcə geniş bir evdə qalmaq və ev paylaşmaq istəyirsizsə, o zaman kirayə evlərdə qala bilərsiz. Amma bu zaman üstünüzə düşən məsuliyyəti də gözardı etməməlisiniz. Çünki tələbə ikən həm dərslərə zaman ayırmaq, həm ev işləri bəzən tələbələr üçün çətin gələ bilər.

Seciminiz nə olursa olsun CELT Colleges Elmlər ofisinin xaricdə təhsil komandası Sizə dəstək olmağa hazırdı.

 

Günel Qulamova
Tel: (+994) 12 538 38 33
Mob: (+994) 55 737 83 06
E-mail:gulamova@celt.az
CELT COLLEGES ELMLER





Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next