Xaricdə oxumaq üçün Kimlər təqaüd ala bilər?

bigstock-Crisis-stamp-51064444Dünyada məzənnə böhranı olmadan öncə Azərbaycanda təqaüd proqramına çox da fikir verən yox idi. Çünki dollar o qədər ucuz idi ki, eyni ilə funt və avro, hər kəs Azərbaycanda kiçik biznesə sahib olmaqla xaricdə uşaqlarını rahatlıqla oxuda bilirdi. Üstəgəl, dövlət və SOCAR kifayət qədər təqaüd təşkil edirdi və xaricdə oxumaq əksər tələbələr üçün adi hal almışdı. Dövlət təqaüdünü sınamayan yox idi çünki çox da böyük tələblər yox idi və ordan müsahibədən keçə bilməyənlər demək olar ki əksər hallarda öz hesablarına xaricə oxumağa gedirdi .

Doğrusu bu işlə neçə ildir məşğuluq, amma mən indiyə kimi Türkiyə Bursları deyə bir proqramın olduğunu belə bilmirdim. Səbəb isə aydın idi. Türkiyə ən axırıncı sırada dururdu. Hamı birlikdə Avropaya getməyi arzulayırdı. Bir çox hallarda da səbəsiz. Amma son hadisələr hər şeyi dəyişdi. Avro iki manata yaxın, Funt 2 manatdan baha və dollar 1 manatdan baha olduğu halda, eyni zamanda dövlət təqaüdü bu il təxirə salması, SOCAR-dan demək olar ki səs-sorağın olmaması tələbələrin Avropa arzularını çox uzaqlaşdırdı.

İndi isə hər kəsin getmək üçün bir yolu var: təqaüd, Burs və Scholarship tapıb nəyinsə hesabına xaricdə oxumaq! Hətta Türkiyə Burslarının çox güman ki, Suriya qaçqınlarına üstünlük verməsi səbəbindən Azərbaycanlıların sayını azaltması son ümidi də daha da uzaqlaşdırmış oldu.

Amma heç kəs indiyə kimi özünə sual etmir ki görəsən təqaüd nə məqsədlə verilir və əsas meyarlar (kriteriyalar) hansılardır.


Təqaüdün Növləri:

downloadNeed-based Scholarships. Ehtiyac əsasında verilən təqaüdlər. Dünyada demək olar ki hər ölkədə mövcüddür, amma nümunə olaraq İtaliyanın adını çəkmək olar. İtaliya höküməti valideynlərin ehtiyaclarını nəzərə alaraq tələbələrə minimum təqaüd təyin edir. Bəzi ölkələr bunu xarici tələbələrə aid etsə də çoxu öz vətəndaşları üçün edir. Məsələn: qaçqın statusu olanlar təhsil xərcindən xaric idi. Azərbaycanda bundan istifadə edənlər var amma yalnış istifadə edənlər də çoxdur. Ona görə də son zamanlar İtalyan səfiliyi tələbə vizalarına rədd cavabları verməyə başladı. Səbəb bunu niyə verdiklərini heç bir tələbə araşdırmır. Təhsil Nazirliyinin və Türkiyə Burslarının təqaüdü merit-based sisteminə oxşasa da prinsipcə need-based kateqoriyasına daxildir. Çünki onlar daha çox ehtiyacdan doğur.

Merit-based Scholarships. Bu tipli təqaüdlər dünyada demək olar ki çoxluq təşkil edir. Bu təqaüdü almaq üçün tələblərin çox yüksək GPA (ortalama bal) balına nail olması, yəni əlaçı tələbə olması, yüksək test nəticələri (TQDK, SAT, IELTS, TOEFL, GRE, GMAT) olması və xüsüsi istedadlarının olmasını nəzərə alaraq onlara təaqüd verilir. Mən şəxsən özüm də bu tipli təqaüd ilə ABŞ-da magistr təhsili almışam. Orda Graduate Assistant adlı təqaüd olur. Bunun üçün həm Amerikalılar, həm də xaricilər yarışır. Əsas odur ki, sizi köməkçi götürəcək professorun onun işinə uyğun olması lazımdır. Ona kömək lazımdır hər hansı sahədə və əgər siz o sahədə güclü bacarığa sahibsinizsə, sizi qəbul edə bilər. Onlar üçün tənbəl Amerikalıdansa, iş görəcək xarici tələbə daha önəmlidir. Mən SPSS proqramını yaxşı bildiyim üçün bu sahədə təqaüd ala bildim.

University-based Scholarships. Az da olsa universitetlər xüsusi sahələr üzrlə təqaüdlər elan edirlər. Bu bir neçə yönümlü ola bilər. Həmin proqramı məşhurlaşdırmaq üçün, ya da xüsusi istedlarıları həmin proqrama cəlb etmək üçün. Məsələn University of Southampton Management üzrə vaxtı ilə IELTS 6.5 toplayan və GPA 80-dən yuxarı olan tələbələ 8 min funta yaxın təqaüd verirdi. Amma bundan çox az tələbə yararlandı. Çünki hər kəs tam təqaüd istəyir. Amma İngiltərə universitetləri öz hesablarına formalaşır və tam təqaüd çox azdır çünki universitet pulsuz işləyə bilməz. Britaniya universitetləri Avropa birliyi və öz vətəndəşları üçün ödənişlər az olduğu üçün bütün gəlirlərini xarici tələbədən əldə edirlər. Amma yarı təqaüdlər və ya tam ödənişi ləğv edən təqaüdlər var, amma rəqabət də çoxdur.

Qalan təqaüd tipləri çox da Azərbaycanda keçərli deyil və az saydadır. Məsələn Scholarships for Women, Athletic Scholarships, Scholarships for Minorities, Creative Scholarships və sair. Amma əsas məsələ bunları necə əldə etməkdir və düzgün təqaüdlərə baş vurmaqdır.

img1875210İlk olaraq qeyd etmək lazımdır ki, Bakalavr üzrə təqaüdlər çox azdır. Bunun üçün təqaüd axtarmağa belə dəyməz. Artıq Təhsil Nazirliyi də bunu etməyəcək və Türkiyə Burslarının da çox bakalavr tələbsi alacağına inanmıram. Çünki buna ehtiyac yoxdur. Bakalavr pilləsini bitirən tələbə heç ixtisaslaşmış dərəcə qazanmır yəni natamam ali təhsil diplomunu alır. Buna da davamlı olaraq heç kim pul yatırmaq istəmir . Ehtiyac üzündən müəyyən müddət olur və sonra dayandırılır. Məqsədsiz, yəni ehtiyacdan təqaüd verənlər xaric. Məsələn Səudi Ərəbistan və bunu kimi neftlə dolu olan ölkələr.

Magistr üçün mütləq təqaüdün növünə, topladığınız bala, ixtisasın uyğunluğuna və Azərbaycan üçün keçərli olduğuna baxmaq lazımdır. Məsələn İtaliyada IELTS olmadan, GPA nəzərə alınmadan bir saxta gəlir mənbəyi göstərməklə təqaüd almağa cəhd edənlərin nəticəsi bəllidir. Səfirlik bunu anladı və önünü kəsdi. Çünki burda məntiq yoxdur. İtaliya höküməti İngilis dilində bilməyən, Azərbaycanda universiteti zəif oxuyan tələbəyə niyə təqaüd versin? Səbəb?. Burda 5 min manat ödəyib arxa qapıdan alınan təqaüdlər bir ildən sonra onsuz da olmayacaq. Yenə öz hesabınıza oxumuş olacaqsınız ya da unversiteti yarıda qoyub bir il İtaliyada kef etdim deyib geri dönəcəksinz.

Təəssüf ki, bizdə təqüd almaq yalnış anlaşılır. Təqaüdü arxa qapıdan almaq da sadəcə məntiqsizlikdir və təhsil haqqı 50 mindirsə ondan 20 min təqaüd vermək normaldır amma əgər realdırsa. Yəni real təhsil haqqı 30 mindirsə onun üstünə 20 min qoyub sonra tələbəyə də 20 min təqaüd vermək kimi. Normalda xaricdə təhsil işçiləri təqaüd verə bilməz. Çünki belə bir proqram yoxdur amma təssüflər olsun ki, buna aldananlar var.

Belə şeylərə aldanmaq lazım deyil əsas sizin büdcənizə uyğun olkə seçməlisiniz və reallığı qəbul edib oxumalısınız. Çünki bundan sonra nə manat baha olacaq, nə dövlət çox təqaüd verəcək, nə də Türkiyə çox yer ayıracaq. Azərbaycanda təqaüd anlayışının ilkin mərhələsi bitibdir və məqsəd aydın idi. Tələbələrin xaricdə oxumağa marağını artırmaq. Amma təssüflər olsun ki, bəzi şirkətlər bunu yalnış tərəfə çəkməklə insanları aldadırlar. İndi isə ikinci mərhələ gələn ildən tətbiqə keçəcək. Hədəf daha real və MERİT-BASED əsasında tələbələrə təqaüd ayırmaq. Əminəm ki, bu mərhələdə təqaüd alan tələbələr heç vaxt işsiz qalmayacaq. Hər şey məqsədli olsa sadəcə min tələbədən 600 deyil 100 tələbə təqaüd alacaq və bu da real olacaq.

 

29 thoughts on “Xaricdə oxumaq üçün Kimlər təqaüd ala bilər?”

  1. Salam. Mən Avropada təqaüd proqramı ilə musiqi (fortepiano) üzrə magistr təhsili almaq istəyirəm. bakalavr GPA 93 dür. İELTS 6.0 . Nə qədər şansım var? hansı universitetər təqaüd proqramı ilə musiqi təhsili verir? zəhmət olmasa bu barədə məlumat verərdiz

    1. Men 9cu sinifem hazırlaşıb xarice getmey isteyirem pulsuz tehsil oxumaq isteyirem bunun üçün ne lazımdır ve mümkündürmü?

  2. Salam, mənim GPA balım 78+, İELTS 7.0 bu nəticəylə Avropada təqaüdlə təhsil ala bilərəm? İqtisadiyyat üzrə hansı ölkələr yaxşıdı? Birdə hansı tarixdən sizə müraciət edə bilərəm əgər təqaüd proqramı alınırsa?

    1. təqaüd yoxdur. ama pulsuz ya da az ödənişli təhsil mümkündür ama 78 gpa özü azdır almaniya çox zaman qəbul etmir.

  3. Salam azerbaycanda 1 il bakalvr oxuyub almanyada gedib təzdən başlamaq olar ? 1 il oxuyana Gpa nəticəsi verirlər azerbaycanda ?

  4. Salam mən xaricdə burs şəklində təhsil almaq istəyirəm. Lakin bunun üçün hara baş vuracağımı bilmirəm. 10 cu sinifəm hal hazırda 11 ci sinifdə baş vurmağı düşünürəm. Deyilən təhsilim deuilən kriterlə uyğundur. Dərlərimdən 9 il əlaçı olmuşam sadəcə olaraq keçən il imtahandan 4 olma səbə bi ilə yaşıl atestat aldım. Rəsm rəqs idmanla məşgul olmuşam. Bunu həqiqətən çox istəyirəm sadəcə imkan yetmədiyi üçün alımır.ona görədə burs axtarıram. Zəhmət olmasa köməy edərdiz bu barədə.

  5. Salam, türkiyədə burslu təhsil üçün tələb olunan GPA tam olaraq nədir? Yəni araşdırma edirəm bir sayt deyrki 4 ilin obşi ortalaması, başqa bir saytdada sonuncu ilin ortalasdır. Zəhmət olmasa buna aydınlıq gətirərsiniz. Öncədən təşəkkürlər)))))

    1. Salam. GPA 4 ilin ortalamasıdır. Təqaüdü gəldikdə Türkiyə sadəcə GPA baxmır. Müsahibə və sair bir çox mərhələ var. Əlavə məlumat üçün ofisimizə zəng edin. 012 492 6853

  6. Salam men mecburi kockunem ve bunu tesdiq eden senedimde var.Almaniyada magistr oxumaq isteyirem.Orada dovlet universitetinde odenisli oxuya bilerem?yoxsa odenisli yalniz ozel universitetlerdi?
    Ve birde odenisli oxudugum halda dovlet yardim edecek mene?yəni tehsil haqqimi ve s.
    Cavablandirsaniz cox sevinerdim.Indiden tesekkurler.

    1. Salam. Köçkün olmanız Bakıda fərqlidir ama xaricdə fərq etmir. Almaniyada normal təhsil ya pulsuzdur ya da çox aşağıdır. Qəbul üçün IELTS 6.5 və bakalavr diplomu lazımdır. Dövlət yardımı yoxdur təssüf ki.

  7. Bir də universitetdə idman, rəqs və s xidmətlər üçün əlavə ödəniş alınır?Və kanada/Amerikadakı universitetlərdə dil problemi məs,dərs izah olunarkən sözləri “tuta bilməmək”kimi hallar yaşamamaq üçün universitet hər hansı yardım göstərir xaricilər üçün?

      1. Salam universitetin 1 ci kursundan Azərbaycandakı universiteti təhsilini dondurub, Xaricə Ielts və Sat verməklə getmək mümkündürmü? Prosesi izah edərdiniz zehmet olmasa birinci üni deki təhsili dondurmalıyam yoxsa necə ( həmçinin əsgərlik problemi də olmadan)

  8. Salam mən 9-cu sinifdə oxuyuram. Və xaricdə oxumaq istəyirəm . Maarifləndirmə işləri aparılmadığından çox abituriyentlər bu haqda məlumatsızdır. Çox Xaiş edirəm məlumatlandırasınız.
    1)USA da oxumaq üçün nə qədər pul lazımdır?Minimum nə qədər və hansı universitetdə?
    2)9da DIM imtahanını verdikdən sonra 11də yerli universitetə qəbul olmaq üçün də imtahan verəcəyik?yəni kanada və amerika kimi ölkələrdə təhsil almaq üçün 11i qurtardıqdan sonra birbaşa qəbul mövcuddur ?
    3)İELTS SAT nəticəsi yox lakin ingilis dili səviyyəsi yüksək olarsa IELTS/SAT tələb edən universitetlərə qəbul olmaq olarmı?
    4)Amerika/Kanadada universitetə daxil olmaq üçün 11 də ilk hansı addım atılmalıdır?
    CAVABINIZ ÜÇÜN ÇOX SAĞ OLUN.

    1. Salam.

      1. Təhsil haqqı 20 mindən (dollar) başlayır.
      2. DIM imtahanın xaric üçün heç bir anlamı yoxdur.
      3. Kanada və ABŞ üçün xeyir ama bəzi avropanın özəl unilər imtahan edib güzəşt edə bilər
      4. SAT, TOEFL lazımdır və attestat