Xaricdə təhsil alarkən işləmək

Maraqlı bir haldır ki, günümüzdə hansı azyaşlı uşağı və ya tələbəni dindirsən hədəf olaraq özünə ya universitetə qəbul olmağı seçir ya da universitetdən məzun olmağı. Belə ki bu bir tərəfdən müsbət hal da olsa, yəni gənclərin ən azından təhsillə bağlı marağını göstərsə də, bir tərəfdən isə onların bəlirlədiyi hədəfləri müəyyən bir çərçivəyə salaraq kiçiltməkdədir. Daha aydın olmaq lazımdırsa gənclər universitetə qəbul olub və ya bitirdikən sonrakı addımlarını çox da düşünmürlər. Yalnız və yalnız məzun olduqdan sonrakı müddətdə gələcək həyat və kariyeraları barədə düşünməyə başlayırlar bu isə bir çox halda zaman itkisindən başqa bir məna vermir.

Xüsusi ilə də xaricə gedən tələbələrin bu yazını diqqətlə oxuması məsləhət görüləndir. Çünki onlar üçün tələbə vaxtından işə başlamağın təcrübə yığmaqdan da əlavə maddi dəstək olduğunu da unutmayaq. Belə ki nəzərə alsaq ki bir çox Avropa ölkələrində, eləcə də Kanada və ABŞ kimi ölkələrdə yaşayış xərcləri Azərbaycanla müqayisədə daha yüksəkdir, bu ölkələrə gedən tələbələr üçün iş tapmaq və təcrübə qazanmaq həm maddi cəhətdən həm də təcrübə baxımından çox önəmlidir.

Əgər xaricdə oxuyarkən işləməklə maraqlanırsınızsa, bilməli olduğunuz əsas faktorlardan biri hansı ölkələrin tələbələrə oxuyarkən işləmə icazəsi verdiyini bilməniz və hansı şərtlərin tələb edilməsidir.

Gəlin görək hansı 5 ölkədə həm oxuyub həmdə işləmək şansınız var və tələblər nədir:

  1. Amerika Birləşmiş Ştatları

Əgər F-1 vizanızı almısınızsa, hansı ki ABŞ-da dil məktəblərində, orta məktəblərdə, universitetlərdə və başqa təhsil mərkəzlərində full-time tədris görən tələbələrə verilir, siz On-Campus dediyimiz yəni həmin təhsil mərkəzinin içərisində dərs ili müddətində həftə ərzində maksimum 20 saat olmaq üzrə, tətil müddətində isə həftləlik 40 saata qədər işləmə icazəniz var. Bu icazə sizlərə təhsil mərkəziniz üçün xidmət göstərən fərqli müəssisələr üçün də şəraiti yaradır ( kafeteriya , kitabxana, komputer mərkəzləri və s.)

F-1 vizanız ilə Amerika Birləşmiş Ştatları İmmiqrasiya Orqanının icazəsi olmadan kampusdan kənar işləmək hüququnuz yoxdur. Bu icazəni isə yalnız təhsilə başladıqdan ən az 1 il sora almaq mümün ola bilər. Təbii ki işləyəcəyiniz sahə təhsil sahənizə uyğundursa.

 

 

2. Birləşmiş Krallıq 

Əgər Birləşmiş Krallıqda təhsil alacaqsınızsa, bilməlisiniz ki burada yalnız və yalnız Tier 4 Vizası olan tələbələrə iş icazəsi verilir. Tier 4 Birləşmiş Krallıq ölkələrində 6 ay və daha uzun müddət üçün təhsil alacaq tələbələrə verilən vizadır. Yadda saxlamaq lazımdır ki, UK də işləmək icazəsi oxuyacağınız müəssisədən və sahədən asılıdır. Əgər təhsil almaq istədiyiniz proqram dövlət tərəfindən maliyyələşdirilən bir müəssisədirsə və ya ali təhsil dərəcəsi vermək imkanı varsa sizə iş icazəsi verilir. Təklid edilən iş saatları keçdiyiniz kurs növünə görə 10 və 20 saat arasında dəyişməkdədir. Tətil müddətində isə hər bir iş icazəsi olan tələbəyə 40 saat işləmək imkanı verilir.

 

 

3. Avstraliya  

Əgər bu ölkədə işləmək arzusundasınızsa, tələbə vizası sizlərə dərs vaxtı 2 həftə ərzində 40 saat işləmək, tətil vaxtı isə full-time yəni bütün gün ərzində işləmək şansı verir. Qeyd etmək lazımdırki, Avstraliyada iş taparkən sizin iş verəniniz sizə iş şəraitiniz və saatlıq maaşınızı özündə qeyd edən rəsmi müqavilənizi təqdim etməlidir. Avstraliyada minimal əmək haqqı dövlət tərəfindən təyin olunur. Belə ki, işə başlamazdan öncə hansı minimal məbləğin sizə daha sərfəli olacağı barədə araşdırma etməyiniz məsləhət görülür.

 

 

4. Fransa   

Fransada təhsil alan bir tələbə kimi əgər yaşayış icazəsi verən kartınız varsa və siz Social Security System-ə bağlı olma şansı verən bir müəssisədə təhsil alırsınızsa sizin həm kampus daxili həm də xarici işləmə imkanınız var. Fransada təhsil alan beynəlxalq bir tələbəyə illik 964 saat işləmək icazəsi verilir. Təhsil müddətində part-time, tətil müddətində isə full-time işləmə imkanınız var, təbii ki bu da maksimum işləmə saatlarını keçməmə şərti ilə. Fransada minimal saatlıq maaş 9.40 avrodur. Nəzərə almalısınız ki, gəlirinizin 20 faizi vergi üçün çıxılacaqdır.

 

 

5. Almaniya   

Almaniyada oxuyarkən illik 120 saat full-time 240 saat isə part-time işləmək hüququnuz var. Baxmayaraq ki, bu ölkə üçün minimal maaş anlayışı deyilən bir ifadə yoxdur, ortalama saatlıq maaşınız 6-10 avro arası dəyişməkdədir. Əgər daha çox iş saatı istəyirsinizsə Federal Employment Agency adlanan qurumla yanaşı miqrasiya orqanlarına da müraciət etməlisiniz. İcazə verilən 120 gündən daha artıq müddətdə iş axtarırsınızsa təhsil alığınız müəssisədə işləməyə məcbursunuz. Bunun üçün isə yerli orqanlardan iş icazəsi almaq lazım gəlir. Əgər Almaniyada təhsiliniz sadəcə dil tədrisi ilə bağlıdırsa yalnız tətil günlərində işləməyə icazə verildiyini unutmayın.

 

 

Ünvan:  Nərimanov rayonu, Təbriz küç. 100A

Tel:   (012) 566 48 23

         (050) 787 57 66

email:   baba.karimli@celt.az

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More