Xaricdə Dil Kursları – Yay Məktəbləri

Yay məktəbləri əsasən yay tətili zamanı bütün dünyada universitetlər, kolleclər və özəl məktəblər tərəfindən təklif olunur və 2 həftədən 12 həftəyə qədər davam edə bilər. Yay məktəblərində iştirak edəcəyiniz kursun məzmunu da istəyə görə dəyişə bilər; bəzi proqramlarda seçdiyiniz bir mövzu ilə əlaqəli dərslər olacaq, digərləri isə İngilis dili biliklərinin inkişaf etdirilməsinə yönəldiləcək. Dərs vaxtının xaricində, yay məktəblərinin, siz ziyarət etdiyiniz ölkənin məşhur yerlərini görməyə, digər tələbələrlə dostlaşmağa və ən əsası isə əylənməyə imkan verən standartlardan kənar bir proqramı var.

Yay məktəblərində təklif olunan kurslar və proqramlar yaş qruplarına görə dəyişir. 10-16 yaş arası olan gənclər üçün təklif olunan proqramlar adətən universitet kampuslarında təşkil olunan proqramlardır. Proqramda iştirak edən tələbə universitet yataqxanasında qonaqlayır, dəsrlər universitetlərin tərkibində keçirilir, qidalanma və sosial əyləncələr universitet kampusunda həyata keçirilir. Tələbələr 18 yaşını tamamlamamış olduğu üçün bütün proqram, social əyləncələr və gəzintilər məktəbin nəzarəti altında olur.

Bu yaş qrupunda olan tələbələr üçün təklif olunan kurslar da müxtəlif olur:

  • Ümumi İngilis dili (həftəlik 15 saat dil kursu)
  • Ümumi İngilis dili + idman proqramları (futbol, basketbol, üzgüçülük və s.)
  • Ümumi İngilis dili + incəsənət proqramları (rəssamlıq, rejissorluq, aktyorluq və s.)

16 yaş və 16 yaşdan yuxarı olan iştirakçılar üçün təklif olunan proqramlar isə daha sərbəst seçimlidir və il boyü istənilən tarixdə proqrmalarda iştirak etmək mümkündür. Tələbə qonaqlama növünü öz istəyinə görə gedəcəyi şəhərin müxtəlif ərazilərindəki rezidensiya və ya yerli ailə ilə qonaqlama olaraq seçə bilər.

Kurs növləri:

  • Ümumi İngilis dili (həftəlik 15 saat dil kursu)
  • İntensiv İngilis dili (həftəlik 20+ saat dil kursu)
  • Akademik İngilis dili
  • IELTS\TOEFL İmtahan hazırlıqları
  • Biznes İngilis dili
  • Müxtəlif sahələrə aid ixtisasartırma kursları

Qonaqlama növləri:

  • Ailə yanı
  • Rezidensiya
  • Universitet yataqxanası

Qeyd olunan bütün proqramların sonunda əldə edəcəyiniz beynəlxalq dərəcəli sertifikatlar proqramın digər üstünlüklərindən biridir.

Bundan əlavə yaxşı bir yay məktəbində iştirak etməyin bir çox sosial, mədəni və akademik faydalar var ki, bunların hamısını bir məqalədə siyahıya salmaq çətindir.

İngilis dilində biliklərin inkişaf etdirilməsi –  yay məktəbi proqramında iştirakın əsas səbəblərindən biri gələcəkdə ingilis dilli bir universitetə müraciət etmək üçün ingilis dili biliklərini, əsas da şifahi bacarıqlarını inkişaf etdirməkdir. Yay məktəbi İngilis dili biliklərinin inkişafında daha çox lüğət bazasının artması, İngilis dilində dinləmə və danışma bacarıqların daha səlisləşməsində özünü göstərir.

Unikal təhsil mühiti – Yay məktəbi çox xüsusi təhsil mühiti təklif edir. Yay məktəbində, siz normal təhsil müddətindən uzaq və sizin kimi əylənərək öyrənmək istəyən digər insanlarla əhatə olunacaqsız.

Yeni dostlar  – Yay məktəbinin əsas sosial faydalardan biri də çox sayda yeni dostlar qazanmaqdır. Kiçik tədris qrupları ilə dərs zamanı və ya sosial əyləncələr zamanı müxtəlif ölkələrdən yeni dostlar qazanmaq imkanınınız olacaq. Bundan əlavə, yay məktəbləri  dünyanın müxtəlif yerlərindən olan tələbələrin iştirakı ilə, kosmopolit bir mühit və bir çox millətlərin insanları ilə yaranan dostluqlara səbəb olur.

Sosial bacarıqları inkişafı – Yay məktəbləri adətən kiçik qruplarda təhsil təklif etdiyi üçün, hətta daha utancaq tələbələrin danışa biləcəyi və fikirlərini qrup müzakirəsi zamanı təqdim edə biləcəyi bir mühit yaradır. Bununla da əksər dil öyrənən tələbələrdə olan İngilis dilində danışma kmpleksindən azad olmaq daha rahat olacaqdır.

Sosial fəaliyyətlər və gəzintilər – Yay məktəbi xarici ölkədə turist olma şansı ilə akademik təhsili birləşdirmək, onun mədəniyyəti haqqında öyrənmə və dəyərli həyat təcrübəsi qazanmaq üçün fövqəladə bir imkandır. Kurslarda iştirak etdiyiniz müddətdə həm proqramı seçdiyiniz şəhəri həm də ətraf şəhərləri gəzmək imkanınız olacaqdır.

 

Yay məktəbi necə tapmaq və seçim etmək olar?

Dünyanın ən yaxşı qurumları tərəfindən təqdim olunan yay məktəblərinin sayı sürətlə artır, onların hər biri müxtəlif növ kurslar təşkil edir. Seçim edərkən sizə ən çox lazım olan və CV-nizdə yer almasını istədiyiniz kurs növünü və mədəniyyəti, təhsil mühiti ilə tanış olmaq istədiyiniz ölkəni və gəzmək, görmək istədiyiniz şəhəri seçə bilərsiniz.

Son illərdə tələbələrin ən çox maraq göstədiyi ölkələr və şəhərlər:

  • Birləşmiş Kralllıq – London, Oxford, Mançester
  • Amerika Birləşmiş Ştatları – Nyu York, Los Anceles, Boston, Miami
  • Çexiya – Praqa

Yay məktəbləri üçün ödənişi kurs növü, müddəti, qonaqlama yeri və şəhərə əsasən dəyişir.

Yay məktəbləri üçün müraciət müddəti, adətən, hər il mart və aprel ayları arasında başlayır və kurs başlama tarixinə qədər davam edir. Amma viza proseduru müəyyən bir vaxt tələb etdiyi üçün proqrama qatılmaq istədiyiniz tarixdən minimum 1 ay əvvəl müraciət etmək məqsədəuyğun olar.

 

Yay məktəbləri və xaricdə dil kursları ilə bağlı ətraflı məlumat və müraciət üçün:

CELT Colleges 28 May

Tel: (+994 12) 441 36 65

Mob: (+994 70) 270 75 57

28-may@celt.az

elgunk12.sg-host.com

Ünvan: 104-122 Rəşid Behbudov küçəsi,

Bakı, Azərbaycan AZ1014

30 thoughts on “Xaricdə Dil Kursları – Yay Məktəbləri”

  1. Salam men ispan dili orqenmek ucun mexicoda orqenmek isdeyirem bu mumkundur?ve men ingliz dilinde bilmirem,rus turk ana dili var,bu mumkundur?32 yawim var

  2. Salam.meselen noyabr -dekabr aylarinda bele xaricde kurs teshkil etmek olarmi ? meselen 2 heftelik. Qeyd edim ki, tələbə və ya şagird deyilem 27 yashim var

  3. Salam ,oglum 6- ci sinifi bitirir. indi gondermek isteyirem yay mektebine. ingilis dili seviyyesi ise asagidir yani mekteb seviyyesi. mumkundurmu bu halda? ofise getmeden burda melumat almaq imkanim var?

  4. Salam Çexiyada 1 həftəlik yay düşərgəsinin qiymətini bilmək olar? Və bilet,viza qiymətə daxildir? Zəhmət olmasa məlumatlandırardınız.

  5. Salam. Yay məktəbləri haqqında məlumat almaq istəyirdim. Əsasən ümumi ingilis dili, biznes ingilis dili və ielts/ TOEFL kursları haqqında məlumat versəz sevinərəm. Bura tam olaraq nələr daxildi, qiymətləri və müddəti. Öncədən təşəkkürlər:)

  6. Salam. Xericde sirf ingilis dili oyrenmey kurslari movguddurmu. Meselen bir Ingilis ailesinde 1 ayliq yashamaq kimi meselen? Заранее благодарью

  7. Salam men ozum Amerikada yasayiram. Qardasimin qizi ucun 2019-cu il yay aylarinda Newyorkda kurs maraqlaniram.8 heftelik kursun qiymetini oyrenmek isteyirdim. Qalmaq yeri ve s.var. Sadece kursun qiymeti ve lazim olan senedleri oyrenmek isteyirem. Evvelceden tesekkur.

    1. Salam. Qiymətini xüsusi hesablamaq lazımdır. Bunun üçün 28 May və ya Baksovet ofisinə zəng edin zəhmət olmasa.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next