Xaricdə təhsil müddətində, sizin üçün təklif olunan bir çox qonaqlama imkanları tapa bilərsiniz. Bu seçimlər, təhsil alacağınız universitetin yataqxana və ya rezidensiyasının olub olmamasından, təhsil alacağınız şəhərdən və yaşayış üçün ayıracağınız büdcədən asılı olacaqdır.

Hər hansı bir universitetə qəbul üçün müraciət edərkən qonaqlamaya ehtiyac olduğunu bildirmək vacibdir (əgər universitet bu xidməti təklif edirsə). Daha bir vacib məsələ: universitetə qəbul olan kimi, müvafiq şəhərdə qonaqlama imkanları və növlərini axtarmağa başlamaq lazımdır.

Rezidensiyalar

Rezidensiyalar yeni insanlarla tanış olmaq və dostluqlar qurmaq üçün ideal yerdir. Bunlar bir çox növ otaqlara: tək nəfərlik, studio və bir neçə nəfərlə bölüşmək mümkün olan otaqlara bölünmüş coxbloklu binalardır. Otaqlarda əşyalar adətən yazı masası, yataq, stul və şkafdan ibarədət olur.

Bir çox rezidensiyalarda kafelər, idman zalları mövcuddur.

Evlər

Adətən tələbələr təhsilin birinci ili və ya semesterində universitet həyatına və yeni şəhərə daha tez uyğunlaşmaq üçün rezidensiyada yaşamağı üstün tutsalar da növbəti il və ya semesterdə evdə yaşamağa üstünlük verirlər. Ev kirayə götürmək üçün mütləq kirayə müqaviləsi bağlamaq və 3 aylıq deposit ödənişi etmək lazım olacaqdır. Müqaviləni imzalamamışdan öncə şərtlərlə detallı şəkildə tanış olmaq mütləqdir. Bu qonaqlama növü bir çox ölkələrdə ən bahalı qonaqlama növü hesab oluna bilər. Lakin evi bir neçə nəfərlə bölüşmək imkanı da vardır ki bununla da kirayə ödənişlərini minimuma endirmək mümkündür.

Daha bir önəmli məqam isə, ev seçərkən mütləq əşyaları olan evlərə baxmaq lazımdır. Əks halda size ev üçün bütün əşyaları özünüz almalı olacaqsız.

Tələbə yataqxanaları

Xaricdə təhsil dövründə daha bir qonaqlama imkanı yerli tələbə yataqxanalarıdır. Bu yataqxanalar adətən universitetlə əlaqəli olan başqa bir qurum tərəfindən idarə olunur.

Adətən, bu yataqxanaların otaqları əşyalarla təmin olunmuş olur və çox münasib qiymətə olur.

 

Ümumilikdə isə ölkələrə görə üstünlük  veriləcək qonaqlama növləri də dəyişir. Məsələn, təhsil üçün İngiltərə seçildiyi halda ən münasib və rahat qonaqlama növü rezidensiya olacaqdır. Universitetlər də adətən rezidensiyada xarici tələbələr üçün lazımi sayda otaqlar ayırırlar.

Almaniyada isə tələbə yataqxanasında qeydiyyata düşmək nisbətən çətin olacaqdır, bu rezidensiyaların ödənişlərin münasib olmasına və qeydiyyatın çoxluğuna görədir. Almaniyada daha münasib qonaqlama növü evlərdir.

Polşa, Macarıstan, Latviya, Litva kimi ölkələrdə isə yataqxanalar qiymət cəhətdən həm çox münasib həm də qeydiyyata düşmək rahatdır.

 

 

Xaricdə təhsillə bağlı ətraflı məlumat və müraciət üçün:

CELT Colleges 28 May

Tel: (+994 12) 441 36 65

Mob: (+994 70) 270 75 57

28-may@celt.az

www.celt.az

Ünvan: 104-122 Rəşid Behbudov küçəsi,

Bakı, Azərbaycan AZ1014

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla