Xaricdə Təhsil

CELT Colleges Xaricdə Təhsil Mərkəzi hər il dünyanın bir çox ölkəsinə Azərbaycan tələbələrini göndərir. Hər il İngiltərə, Amerika, AvropaTürkiyəyə yüzlərlə Azərbaycan məktəbi bitirənlərə universitet qazandırırq. Bir çox tələbəmiz CELT Təhsil Mərkəzlərində aldığı nəticə ilə tam təqaüd qazanaraq qəbul olmuşlar. Türkiyədə TİBB sahəsində ən çox bizim tələbələr qəbul olub və təqaüd qazanmışdir.

Hər Seçiminizdə Sizinləyik

Bir CELT Hekayəsi

Anar-gurbanzada-1

Anar Qurbanzadə

  • CELT İçəri şəhər
  • anar@celt.az
  • 012 492 68 53
İşlədiyi Ölkələr
Hamida-1

Həmidə Səfərova

  • CELT 28 may
  • hamida@celt.az
  • 012 441 36 65
İşlədiyi Ölkələr
Sekil farid

Fərid Kərimov

  • CELT İçəri Şəhər
  • turkiye@celt.az
  • (012) 492 68 53
İşlədiyi Ölkələr
baba

Baba Karimli

  • CELT Nizami
  • baba.karimli@celt.az
  • 012 436 86 87
İşlədiyi Ölkələr
WhatsApp Image 2020-01-29 at 09.02.00

Xanım Xəlilova

  • CELT Nərimanov
  • xanim@celt.az
  • 012 566 48 23
İşlədiyi Ölkələr

İngiltərə

WhatsApp Image 2020-01-24 at 13.50.53 (1)

Bəhruz Səfərov

  • CELT Sahil
  • sahil@celt.az
  • (012) 493 48 18
İşlədiyi Ölkələr
lacın

Laçın Hüseynov

  • CELT Elmlər
  • elmler@celt.az
  • 012 538 38 33
İşlədiyi Ölkələr

İngiltərə

CELT Tələbləri Dünyada

Bir CELT Hekayəsi

A. Qayıbova

CELT Colleges Centers

Qazandı:

  • SAT I 1480
  • No Essay

H. Bayramlı

CELT Colleges Centers

Qazandı:

  • IELTS 8.0
  • Leeds Universiteti

Nicat Xəlilov

CELT Colleges Centers

Qazandı:

  • SAT I 1340
  • UKVI IELTS 7.0
  • Manchester University

R. Tağızadə

CELT Colleges Centers

Qazandı:

  • SAT I 1420
  • TOEFL IBT 100
  • University of South Florida

Siz Necə Kömək Edə Bilərik?

Tez-tez Soruşulan Suallar

Artıq əvvəkli illərdən fərqli olaraq, indi bütün orta məkləbli tələbələrimiz Azərbaycan universitetlərinə hazırlaşmadan (yəni burdakı imtahanlara vaxt itirmədən) bir-başa xarici universitetlərdə təhsil almaq istəyirlər. Bu təşəbüsü genişləndirən və ictimailəşdirən CELT Xaricdə Təhsil mərkəzi sizin övladlarınızı bir-başa xarici universitetlərə hazırlaya və yerləşdirə bilər. Övladlarınız burada orta məktəbi bitirən kimi xarici universitetlərdə bir-başa oxumağa başlaya bilər.

Eyni zamanda İngilis dilinin inkişafına və digər beynəlxalq imtahanlara rahat hazırlaşmaqla xarici universitetdə oxumaqda çətinlik çəkməyəcəksiniz. Mərkəzimiz sizə xaricdə oxuyacağınız universitetlərlə bütün məsələlərlə bağlı dəstək olacaqdır. Yataqxana seçimi, viza məsələləri, valideynlərin sizə baş çəkməsi və sair.

Amerikada Təhsil. ABŞ və Kanada dünyanın ən öndə gedən universitetlərinə sahiblik edirlər. ABŞ-da olan universitetlərin demək olar ki dünya reytinqinə rəhbərlik edirlər. Amma Amerika Azərbaycana uzaq ölkədir və qəbul üçün əlavə olaraq GRE və ya GMAT istəməsi bu ölkəyə marağı azaldır amma gedən də var. Kanadaya gedən tələbələr Amerikadan daha çoxdur. Kanadada təhsil almaq üçün bir çox üstünlükləri var. Orda qalmaq və yaşamaq şansı, təhsil haqqının Amerikadan ucuz olamsı, bizim attestatla bir başa bakalavra qəbul etməsi və GRE və ya GMAT tələb etməməsi. Bu üstünlüklər Kanada da təshili daha maraqli edir.

Türkiyə Azərbaycanlı tələbələrin ən çox təhsil almağa getdiyi ölkədir. Bu baxımdan Azərbaycanlı tələbələr üçün Türkiyədə təhsil mövzusu önəmlidir. Türkiyə dövlət universitetlərində təhsil haqqı çox azdır. Tibb və diş həkimliyi istisna digər ixtisaslar 500-1000 manat arası dəyişir. Tibb və diş həkimliyi ixtisasları üzrə 1000-12.000 manat arasında olur. Xüsusilə Tibb və mühəndislik sahəsi üzrə Türkiyədə çox güclü universitetlər mövcuddur.

Dünya reytinqində Koç, Sabancı, Bilkent, ODTÜ, Hacettepe, İstanbul Teknik kimi güclü universitetləri vardır. CELT Colleges olaraq Türkiyənin bir çox universitetilə əməkdaşlıq edirik və hər il 300+ tələbə göndəririk Türkiyəyə. Əgər siz də Türkiyədə təhsilinizi davam etdirmək istəyirsinizsə, bizə müraciət edə bilərsiz

Xaricdə Bakalavr pilləsinə qəbul tələbələrin ən məşhur olan dərəcədir. Bakalavr Təhsili əksər Avropa ölkələrində normal əyani şəkildə olmaqla 3 il təşkil edir. Amerika ölkələrində isə əsasən 4 il və bəzən 5 beş ildə ola bilər. Azərbaycanlı gənclərin ən böyük soruşduqları suallardan biri bir-başa bakalavr pilləsinə Avropa və Amerika universitetlərinə bir-başa bakalavr pilləsinə qəbul prosesi və qaydaları ilə bağlıdır.

Amerika universitetlərinin bakalavr pilləsinə normalda Azərbaycan orta məktəb attestatı ilə bir-başa qəbul olmaq mümkündür ingilis dili və məntiq imtahanlarını çıxmaq şərti ilə lakin Avropada bakalavr pilləsi 3 il təşkil etdiyindən çox az ölkələr (daha çox şərqi Avropa ölkələri) Azərbaycan orta məktəb sertifikatı ilə bir-başa bakalavr pilləsi üçün qəbula icazə verir. Azərbaycandan qərbi Avropa ölkələrinə isə bir-başa bakalavra qəbul olmaq üçün bir necə qəbul prosesindən istifadə oluna bilər. Hal-hazırda 4 qəbul forması daha real sayılır.

  1. Azərbaycanda bir və ya iki il universitet təhsili almaq
  2. Azərbaycanda texnokomu və kolleci bitirmək
  3. Avorpada bir il Baza Təhsili almaq
  4. Avropa məktəblərində son illəri bitirmək

Əgər bu təhsil növlərindən biri sizdə varsa, istənilən Avropa və Amerika universitetinə bir-başa bakalavr pilləsinə müraciət edə bilərsiniz.

Magistr pilləsi birinci təhsildən sonra yəni bakalavr təhsilindən sonra olan təhsil dərəcəsidir. Xaricdə magistr pilləsini oxumaq daha əlverişli və daha rahatdır.

Beləliklə Azərbaycanda bakalavr pilləsini bitirən və ya axırıncı universitet kursunda oxuyan istənilən tələbə istənilən xarici ölkədə magistr pilləsinə müraciət edə bilər. Lakin bəzi Avropa universitetləri bakalavr pilləsini bitirdikdən sonra müraciət etməyə icazə verir. Yəni bakalavr diplomunuz olmadan qəbul üçün sənədləri qəbul etmir.

Avropada magistr təhsili əsasən Böyük Britaniya, Niderland Krallığı və İrlandiyada əksər proqramların müddəti bir il təşkil edir yəni 12 ay müddətində bütün proqramı bitirirsiniz. Amma digər ölkələrdə demək olar ki, bütün proqramlar 1.5 və ya 2 il davam edir. Bura yuxarida vurğulanan ölkələrdən başqa bütün ölkələr daxildir.

Lakin tələbələr mümkün qədər tez müraciət etməli və ingilis dili və digər lazım olan imtahanlara öncə hazırlaşmalı və müraciət müddətində bütün sənədləri olmalıdır.

Dünyada hər ölkənin orta məktəb sistemi fərqli olduğu üçün Azərbaycan orta məktəblərindən bir-başa xarici universitetlərin ilkin pilləsinə yəni bakalavr dərəcəsinə qəbul olmaq üçün bəzən baza təhsili (foundation year) almalı olursunuz. Bunun bir neçə səbəbi var.Həmin ölkələrdə orta məktəb illlərinin sayının bizim məktəb illərindən çox olması (məsələn: 12, 13 illik orta məktəblər), onlarda orta məktəbin bizim orta məktəb təhsilindən yüksək kefiyyətə malik olması və sair.

Baza təhsili daha çox Böyük Britaniyada məşhurdur və Azərbaycandan Orta Təhsil Haqqinda Attestat sertifikatı olanlar mütləq orada bir il xaricdə baza təhsili almalıdırlar və sonra 3 illik bakalavr təhsilinə qəbul ola bilərlər. Eyni zamanda Baza təhsil tipli proqramlar digər avropa ölkələrində də mövcuddur və Amerika Birləşmiş Ştatlarında yayılmağa başlamışdır.

Əgər övladınızı 18 yaşı tamam olmayıbsa, valideynlər narahat olmasın. Biz xidmət olaraq, sizin övladınızın orada qayğısına qalacayıq və sizə aylıq olaraq övladınızın təhsil və davamiyyəti ilə bağlı sizə hesabat təqdim edəcəyik.