Ana dilimiz azərbaycan dili olsa da həm xaricə inteqrasiya etmək, həm də ölkə daxilindəki işlərimiz üçün müxtəlif xarici dilləri öyrənirik. Bu dillərdən biri də ingilis dilidir. Amma təkcə biz azərbaycanlılar deyil, bizdən başqa milyonlarla insan da ingilis dilini öyrənməyə can atır. Belə olduğu halda, ana dili müxtəlif olan insanların ingilis dilini birlikdə öyrənməsinin çətinlik yaradıb-yaratmaması sualı meydana çıxır. Elə bizim tələbələrimizin xahişləri arasında da ən çox rastımıza çıxan bu olur ki, “Övladım rus sektorunda təhsil alır. Xahiş edirəm, müəllim və qrup seçərkən bunu nəzərə alın.”

Sualın isə yalnız bir cavabı var: “Əlbəttə ki, yox”. Təcrübə və peşəkar yanaşma sübut edir ki, tələbələr arasında vahid ortaq dil olduğu zaman dil öyrənənlərin ana dili və milliyyətinin müxtəlif olması əhəmiyyətli deyil. Burada hansısa bir çətinliklə üzləşməmək üçün dərslər tamamilə ingilis dilində keçirilməlidir. Bunun üçün isə dərsi tədris edən müəllimdən ingilis dilində yüksək peşəkarlıq tələb edilir. Tələbə başlanğıc səviyyədə belə olsa, dərs mühiti tam ingilis dilində danışıqla keçirilməlidir. Bu sayədə tələbənin yeni dilə adaptasiyası daha tez başlayır. Ətrafda daha çox ingilis dili eşitmək daha çox dinləmə deməkdir. Daha çox dinlədikdə isə dil bizə doğmalaşır və bir müddət sonra bizdə avtomatik cavab reaksiyası formalaşır. İlkin mərhələdə tələbələr yeni bir dili anlamaqda çətinlik çəkə bilər. Erkən yaşlarda isə bu problem demək olar ki, heç müşahidə edilmir. İnformasiya ilə dolu olmayan uşaq beyni verilən materialı dərhal mənimsəmək qabiliyyətinə malik olur. Böyük yaş qruplarında isə beyin daha əvvəl ona tanış olmayan informasiyanı qəbul etdiyi üçün öyrəşdiyi dildən başqa bir dili mənimsəmək onda çaşqınlıq yaradır. Bu baxımdan müəllim dili tədris etmək üçün vizual materiallarla yanaşı mimika və jestlərdən də istifadə edə bilər. Belə olduğu halda isə köhnə metod olan tərcümə metodu istifadə edilmir. Xarici metodistlər də sübut edir ki, hansısa bir dildə uzunmüddətli təlim bir müddət sonra həmin dildə düşünməyə gətirib çıxarır.

Hər bir halda, nəzərə almaq lazımdır ki, tamamilə yeni bir dili mənimsəmək üçün ən azı bir il vaxt tələb olunur.

CELT Narimanov

xanim@celt.az                                                            

012-566-48-23

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla