Lap qədimdən bu günə kimi müəllimlik sənəti həmişə sevilmiş və bu gündə sevilməkdədir. İllər keçdikcə cəmiyyətdə savadlı,intelektual müəllimlər ortaya çıxmış və öz sənətlərində müvəffəqiyyətlər qazanmışlar. Təsadüfi deyil ki, müəllimi ikinci valideyn adlandırırlar. Bu gün Azərbaycanda yerli müəllimlərlə yanaşı, xarici müəllimlər dərslər tədris edirlər. XXI əsrdən başlayaraq müxtəlif universitetlər, məktəblər xaricdən ölkəyə müəllim dəvət etməyə başladılar. Bunu səbəbi hər hansısa sahə  üzrə kadr azlığının az olmasından irəli gəlirdi. Amma başqa məqamları da vardır. Bu yazıda xarici müəllimlə yerli müəllim arasında fərqli və ortaq xüsusiyyətləri şərh etməyə çalışacağam.

Yerli müəllimlərin dərs tədrisi

Əslində ilk baxşıdan baxdıqda yerli müəllimin dərsi heç də digər müəllimlərin dərsindən fərqlənmir. Bu sahədə yerli müəllimlər iki qrupa bölmək olar:

1.Bu kimi müəllimlər yalnız nə vaxtsa öyrəndikləri ilə kifayətlənib, öyrəməyə cəhd etmirlər

2. Bu qrupa daxil müəllimlər isə həmişə axtarışda olan müəllimlərdir. Müasir texnologiyalardan istifadə edən, çoxlu ədəbiyyatlar oxuyan, dünya dili olan ingilis və rus dillərində müxtəlif ədəbiyyatların oxuyan və s. Bir sözlə bu müəllimlər intelektual müəllimdirlər.

Digər tərəfdən bəzi müəllimlər Sovet təhsil sistemində nə öyrəniblərsə, onları tətbiq etməyə çalışırlar. Bu bəzi ixtisaslarda mümkün ola bilər. Amma bir çox ixtisaslarda bu mümkün deyil. Bu səbəbdən də həmin dərslər çox keyfiyyətsiz olur. Məsələn, dil dərsində bu kimi metodu tətbiq etmək olmur. Çünki bildiyimiz kimi dil həmişə dəyişikliyə uğrayan  ünsiyyət vasitəsidir. Deməli dil haqqında 20 il əvvəl öyrəndiyi biliyi bu günümüzdə tətbiq etmək mükün deyil. Bu elə sahədir ki, həmişə yenilik tələb edir.

Bugünkü dərslərə nəzər yetirsək görərik ki, dərslərin bir çoxu passiv qismən də avtiv metodla tədris olunur. Amma əsas metodlardan biri olan interaktiv metod çox az müəllim tərəfindən tətbiq olunur.

Xarici müəllimlərin dərs tədrisi

Əlbəttə ki, xarici müəllimlərin həm müsbət cəhətləri, həm də mənfi cəhətləri mövcuddur. Hər xaricdən gələn müəllim yaxşı müəllim ola bilməz. Xarici müəllimlərin dərsləri adətən, interaktiv şəkildə keçirilir. Çünki onlar təhsil alanda belə interaktiv şəkildə dərslər alıblar. Xarici müəllimlərin əksəriyyətinin  ingilis dili və ya digər dillərin bilmələri onların daha geniş bir çərçivədə tədqiqat aparmaq imkanını, informasiyalar əldə etmələri üçün, Dünyanın aparıcı kitablarınnı oxumaq üçün geniş imkanları vardır. Bu cəhətdən də onlar informasiya tapmaqda elə də çətinlik çəkmirlər.

Xarici müəllim yoxsa yerli müəllim?

Bu suala cavablandırmaq bir qədər çətindir. Əlbəttə ki, həm xarici müəllimlər, həm də yerli müəllimlər spesifik xüsusiyyətlərə malikdirlər. Əslində ixitsasdan asılı olaraq bu dəyişə bilər. Məsələn, ingilis dili dərsini tədris etmək üçün xarici müəllimlə keçmək daha əhəmiyyətlidir. Çünki xaricdən dəvət olunmuş  müəllimlər əsasən ingilis dilli ölkələrdən olur və yaxud da ingilis dilini mükəmmək bilirlər. Bu baxımdan ingilis dili dərslərində xarici müəllimin təsiri əsas rol oynayır.

Digər bir tərəfdən xarici müəlimin dərsində yerli müəllimin dərsinə nisbətən sərbəstlik olur. Tələbə sıxılmır. Bundan başqa yerli müəllimlərin tədrisində aktiv metod daha çox istifadə olunursa, xarici müəllimlərdə interaktiv metod üstünlük təşkil edir. Tələbələr daha çox xarici müəllimlərə üstünlük verirlər. Bu gün Azərbaycanda çoxlu xarici müəllimlər vardır. Və onlar əsasən ingilis dili dərslərini tədris etməklə məşğuldurlar.

Təhsil sahəsində bir sıra uğurlu addımlar atan CELT Colleges, müəllim seçimində də uğurlu layihələr həyata keçirir. CELT Colleges təhsil mərkəzində yerli müəllimlər yanaşı, xarici müəllimlər də çalışır. Xarici müəllimlər əsasən TOEFL,IELTS, Conversation Club və s. digər dərslər tədris edirlər. Əgər siz də ABŞ, Böyük Britaniya digər ölkələrdən gəlmiş  müəllimlərin dərslərində olmaq istəyirsinizsə, CELT Colleges təhsil mərkəzində  xarici müəllimlə keçirilən dərslərdə iştirak edə bilərsiniz.

CELT Gənclik

Tel: 012 415 99 40

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla