YÖS ( Yabancı Öğrenci Sınavı ) bu imtahan Türkiyə vətəndaşlığı olmayan, Türkiyədə yaşamayan xarici tələbələr üçün Universitetlərə qəbul imtahandır . YÖS imtahanı Türkiyədə yalnız bakalavr təhsili üçündür.
YÖS imtahanını hər il müxtəlif tarixlərdə universitet nümayəndələri tərəfindən Bakıda keçirilir. Bu səbəbdən hər Universitetin öz YÖS imtahan vaxtı, qəbul şərti və keçid balı var. Sadaladıqlarımızı nəzərə alaraq, siz ilk öncə təhsil almaq istədiyiniz Universitetin saytını ziyarət edib YÖS imtahanıyla qəbulun olub – olmadığı, nə zaman keçirlidiyi, keçid balı barədə məlumatı dəqiqləşdirməlisiz.
YÖS imtahan 2 hissədən ibarət olur:
- Məntiq və Riyaziyyat
- Türk dili
Məntiq və Riyaziyyat bölməsində ümumi 80 sual olur.
90 dəqiqə imtahan vaxt verilməklə 45 sual Məntiqdən, 35 sual isə Riyaziyyat bölməsindən olur.
Türk dili imtahanının keçirilməsi isə, təhsil almaq istəyən xarici vətəndaşın türk dilinə olan biliyinin nə dərəcədə olduğunun yoxlanılmasıdı. Çünki dərslər türk dilində keçirilir Universitetlərdə. Bu imtahan bölümünə isə 60 dəqiqə vaxt verilir.
Salam. Yös kurslarının hər birinin-2 nəfərlik qrup, 3nəfərlik qrup və individual qoymətlərini öyrənə bilərəm?
Salam, YÖS kursu sentyabr ayından aktiv olacaq
Salam xahis edirem cavablayin.Türkiyədə hansi tibb üniverstetlerinə yös imtani ilə qəbul olmaq olar?Ve minimum keçid balı nə qədər olmalidir?
Salam, Hacettepe, Gazi, Kocaeli, Yıldırım Beyazit istisna digər universitetlər mümkün olar. 100 üzərindən 95 olmalıdır yaxşı universitetlər üçün
salam yos hazırlıqları hansı filiallarınızda mövcuddur?
Salam, YÖS hazırlıqları növbəti ildən olacaq
salam . yos ile hansi memarliq universitetine daxil olmaq olar? en yuksek bal?????
Bütün ama eyni zamanda qabliyyət imtahanı da verməlisiniz.
Salam Istanbul universitetine YÖS ile imtahan verirler?
Birde Istanbul universitetinin fakultelerininkecid bali ne qederdi( idarecilik fakultesi)
Umumiyyetle Azerbaycanda oldugu kimi ballara esasen odenisli yaxud odenişsiz oxumaq olur?yoxsa ne qeder toplayirsansa topla yene de odenişli olur
Salam. Bəli YÖS qəbul edir. Onu saytlarından ya da ofisimizdən soruşun. Xeyir hamı ödənişlidir. O ancaq Bakıdadır)))
salam. sizce turkiyenin dovlet universitetinde tıp’ı (mes.:Hacettepe university) yos ile imtahan verib turkce oxumaq daha yaxsidir yoxsa sat ile verib inglisce mi?
Salam,
Hacettepe YÖS qəbul etmir. ÜMumiyyətlə prestijli universitetlər SAT qəbul edir. Hər iki imtahanda türkcə oxuya bilərsiniz.Amma ingiliscə oxumaq həmişə daha ajantajlıdır
Salam. Deyilənə görə bu YÖS imtahanın da Türk dili imtahanı verirsən universitetə başlamazdan əvvəl əgər keçsən birbaşa dərslərə başlayırsan yox keçməsən bir illik türk dili öyrənirsən ödənişli kursda. Belə birşey var ? Cavabınızı gözlüyürəm. Təşəkkürlər.
Salam,
Bəli doğrudur, türk dili imtahanı mütləqdir, əgər türkcə oxumaq istəsəniz. İngiliscə oxumaq istəsəniz buna ehtiyac yoxdur