Almaniyada universitetlər azad əyalət təhsil sisteminin bir hissəsidir və burada çox az özəl universitet və kollec var. İndiki vaxtda Alman dövlət universitetlərinin çoxu orijinal Humboldt vizionunda çox tipik Amerika universitetlərinə bənzəməkdədir.

Almaniyada universitet tələbələri əksəriyyəti oxuyacaqları proqramları və professorları araşdırma və öyrətmə mövzularına özləri qərar verirlər. Bu seçməli sistem əksəriyyətlə tələbələr məzun olmadan əvvəl bir çox ilini universitetdə xərcləməsinin qarşısını alır. Birlikdə oxuyub birlikdə məzun olan tələbələr sabit olduğu bir sinif yoxdur. Şagirdlər öz istəklərinə və universitetlərin güclərinə görə oxuduqları məktəbləri dəyişdirə bilərlər. Alman universitetlərindəki bu hərəkətliliyin mənası, ABŞ, İngiltrə və ya Fransada olmayan bir azadlığın göstəricisidir.

Ümumiyyətlə Almaniya ideyalar ölkəsidir. Burada təhsilə, elmə və elmi tədqiqatlara hər zaman xüsusi diqqət ayrılıb. Ölkədə 50 mindən çox orta məktəb, 3000 mindən artıq gimnaziya mövcuddur.  Bu tədris müəssisələrində 12 milyondan çox şagird təhsil alır. 370 ali təhsil müəssisəsi, o cümlədən elmlər namizədi hazırlayan 140 universitet və təxminən 200 ixtisaslaşmış ali təhsil ocağı fəaliyyət göstərir. Bundan əlavə, ölkədə 63 özəl universitet və 40-dan artıq dini təmayüllü ali məktəb var. Ölkənin demək olar ki, hər bir iri şəhərində ali təhsil müəssisəsi mövcuddur. Təhsil sistemi mərkəzləşmiş qaydada idarə olunmur. Federal torpaqların hər birinin müvafiq idarəetmə strukturları fəaliyyət göstərir. Bu səbəbdən ölkənin, müxtəlif əyalətlərində təhsilalma şərtləri və təhsil proqramları arasında fərqlər mövcuddur.

Hazırda Almaniyada təqribən 370 ali təhsil müəssisəsi, o cümlədən elmlər namizədi hazırlayan 140 universitet və təxminən 200 ixtisaslaşdırılmış ali təhsil ocağı fəaliyyət göstərir. Bundan əlavə, ölkədə 63 özəl universitet və 40-dan artıq dini təmayüllü ali məktəb var. Universitetlərin böyük əksəriyyəti dövlətə məxsusdur və vətəndaşlığından, eləcə də milli mənsubiyyətindən asılı olmayaraq bütün tələbələr üçün açıqdır.

Almaniya universitetləri 12500-dən artıq müxtəlif ixtisas üzrə təhsil təklif edirlər. Təkliflərin əksəriyyəti əcnəbi tələbələr üçün nəzərdə tutulub. Bundan başqa, ötən illər ərzində çoxlu sayda strukturlaşdırılmış və əcnəbi tələbələr üçün ideal şərtlərə malik aspirant proqramları yaradılıb.

Almaniyanın ən qədim universiteti 1386-cı ildə yaradılmış Karl Ruprext adına Heydelberq Universitetidir. Tələbələrinin sayına görə ölkənin ən böyük  universiteti Lüdviq – Maksimilian adına Münhen Universitetidir ki, burada  44400 tələbə təhsil alır. Ən güclü elmi-tədqiqat potensialına malik universitet isə Axen şəhərində yerləşən Reyn-Vestfal Ali Texniki Məktəbidir.

Almaniya universitetləri (“vahid elmi tədqiqatlar və tədris” prinsipinə əsasən) yalnız ali təhsil müəssisəsi deyil, həmçinin qabaqcıl elmi tədqiqatlar mərkəzidir. Ölkə daxilində və xaricində alimlərlə elmi tədqiqat müəssisələri arasındakı sıx əməkdaşlıq bunun üçün geniş imkanlar yaradır. Ali təhsil məktəbləri dövlətdən, fondlardan və üçüncü şəxslərdən (elmi tədqiqatların sifarişçilərindən) maliyyə vəsaitləri alırlar. Universitetlərin fakültə və kafedraları əsasən aşağıdakı ixtisaslar üzrə ixtisaslaşıblar: tibb, təbiət və texniki elmlər, incəsənət və humanitar elmlər, hüquqşünaslıq, ilahiyyat, iqtisadiyyat, sosial elmlər, kənd təsərrüfatı və meşəçilik.

Klassik universitetlər sırf elmə üstünlük verərək qədim dünya tarixindən iqtisadiyyata qədər bütün növ ixtisaslar təklif etdiyi halda, texniki universitetlər daha çox mühəndislik və təbiət elmlərinin öyrənilməsinə diqqət ayırırlar. Texniki universitetlər alman mühəndislik sənətinin əsas mərkəzi kimi böyük nüfuza malikdirlər.  Bu universitetlərə daha çox əcnəbi tələbələr maraq göstərirlər.

Beynəlxalq elmi əməkdaşlıq 

Almaniyada elmin beynəlmiləlləşdirilməsi sahəsində əldə edilmiş uğur universitetlərin, elmi-tədqiqat müəssisələrinin və siyasətçilərin birgə səylərinin məhsuludur. Dəstək məqsədyönlü layihələrin, təqaüdlərin və həvəsləndirici mükafatların yardımı ilə beynəlxalq tələbə, aspirant və alim mübadiləsinə göstərilir. Bu tədbirlər təhsildə nailiyyətlərin artırılması və əcnəbi tələbələrin sosial inteqrasiyası üzrə proqramlarla daha da möhkəmləndirilir. Almaniya universitetləri böyük uğurla dünyanın hər yerindən tələbə və gənc alimləri cəlb edirlər. Bu işdə xaricdəki alman məktəbi sistemi və alman universitetlərinin xarici ölkələrin ali məktəbləri ilə əməkdaşlığı mühüm rol oynayır. Bu qəbildən olan təşəbbüslərin reallaşmasında dünya üzrə tələbə və alim mübadiləsinə dəstək olan Alman Akademik Mübadilə Xidmətinin (DAAD) fəaliyyəti də danılmazdır. DAAD-ın 100-dən çox ölkədə nümayəndəliyi və ya Keçmiş Təqaüdçülər Cəmiyyəti fəaliyyət göstərir. Bu qurum həmçinin alman universitetlərində yüzlərlə xarici dil (əsasən ingilis) kurslarının açılmasında iştirak edir.

Aleksandr Humbolt adına Fond da beynəlxalq elmi əməkdaşlığa yardım göstərən əsas təşkilatlardan biridir. 2009-cu ildən başlanılan “xarici elmi siyasət sahəsində təşəbbüs” sayəsində federal xarici işlər nazirliyi elmi mübadilə üzrə mövcud vasitələri möhkəmləndirir və yeni tədbirlər hesabına onları genişləndirir. Xaricdə yaradılmış Almaniya Elm və İnnovasiya Evləri isə alman elminin inkişafına daha əlverişli şərait yaradır.

Almaniya universitetlərinin dəstəyi ilə xaricdə tərəfdaş müəssisələrlə birgə nümunəvi elmi tədqiqatlar və təlim mərkəzləri yaradılır. Bundan əlavə, əcnəbi tələbələrə təqaüdlərin verilməsi üzrə təkliflər artır və dünyada alman dilinin öyrənilməsi üçün yaxşı şərait yaradılır.

Almaniyanın Nobel mükafatı laureatları  

Almaniyanın 80 Nobel mükafatı laureatından 68-i bu mükafatı təbiət elmləri və tibb sahəsindəki xidmətlərinə görə alıb. Fizika sahəsində ilk Nobel mükafatına Konrad Rentgen “şüalanmanın yeni növünə görə” layiq görülüb. Növbəti laureatlar Robert Kox, Maks Plank, Albert Eynşteyn və Verner Heyzenberq olublar. Bu ən yüksək elmi mükafatı alan sonuncu alman alimləri isə Kristiane Nüssleyn – Volhard, Harald zur Hausen (tibb sahəsi üzrə),  Horst Ştörmer, Herbert Kremer, Volfqanq Ketterle, Teodor Henş, Peter Grünberq (fizika sahəsi üzrə) və Gerhard Ertldir (kimya sahəsi üzrə).


[recent_products per_page=”12″ columns=”4″ orderby=”date” order=”desc”]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla