Avropanın ən güclü ölkəsi olan, Avropanın mərkəzində yerləşən Almaniya yaşam üçün öz sakinlərinə əvəzsiz üstünlüklər yaradır . Almaniyadakı universitetlərin bir çoxları hər zaman dünya reytinqlərlərində ilk sıralarda yer alırlar. Hazırda elm sahəsində avropanın ən öndə gedən qurumlarında işləmək Almaniyada daha rahatdır.

Kimlər Almaniyada Master oxuya bilər?

Almaniyada magistratura oxumağın əsas şərti arzu olunan master proqramına uyğun bir bakalavr proqramının məzunu olmaqdır. Burada həm ingilis, həm də alman dillərində müxtəlif magistratura proqramları mövcuddur. Bəzi hallarda isə bu dillərin hər ikisi tələb olunur. İngilis dilini sübut edən sertifikatlardan əsasən TOEFL və İELTS sertifikatları qəbul edilir. Əgər bakalavr tam olaraq ingiliscə keçilibsə, bu halda bir çox universitet ingilis dilinin sübutu üçün sertifikat tələb etmir. Alman dili üçün isə TestDaF, DSH, Goethe institut diplom və sertifikatlarından hər hansı biri lazımdı. Dil səviyyəsi isə proqramdan və universitetdən asılı olaraq dəyişir. Bir sıra hallarda, əsasən texniki fənnlər haqqında olan master proqramları üçün GMATGRE kimi sertifikatlar da tələb olunur. Alman universitetlərində magistratura 1 yaxud 2 il davam edir (2 yaxud 4 semestr).
Almaniyada magistratura oxumağın ən üstün cəhəti odur ki, siz burada oxumaqla bütün dünyada tanınan diplom əldə etmiş olacaq və universitetlərin prestiji yüksək olduğundan inanılmaz dərəcədə iş imkanlarını qarşınızda açmış olacaqsınız. Almaniyada 400-dən artıq universitet bir-birindən fərqli yüzlərlə master proqramı təklif edir.

Almaniyada magistr oxumaq istəyən şəxslərin yığmalı oldu sənədlər:

  • B2 səviyyəsini təsdiq edən Beynəlxalq Dil Sertifikatı (ingilis dilində bakalavr oxuyan tələbələr bir çox universitetlərə ingilis dilində oxuduqlarına dair arayış da təqdim edə bilərlər)
  • Bakalavr diplomu və Universitetdə neçənci kursda oxuduğuna dair arayış
  • Transcriptin tərcümə və təsdiqi (ingilis dilindədirsə ehtiyac yoxdur)
  • Xarici Pasportun nüsxəsi
  • Europass formatda CV
  • Motivasiya məktubu
  • Tövsiyyə məktubu (2 ədəd)
  • 3×4 şəkil (2 ədəd)
    Qeyd: Bəzi hallarda əlavə sənəd də tələb oluna bilər.

Günel Qulamova
CELT Colleges Elmlər
(IELTS / TOEFL / SAT preparation center) 
Mob: (+994) 55 737 83 06
Office: (+994) 12 538 38 33
Email: 
gulamova@celt.az




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla