Avropa tələbələr üçün yaşayış xərcləri ölkələrdən və şəhərlərdən asılı olaraq kəskin şəkildə dəyişə bilir. Qeyd olunan ölkə və şəhərlər barədə məlumata nəzər yetirdikdə bunu aydın şəkildə görmək mümkündür.

Avstriya ümumilikdə bahalı yer hesab oluna bilər lakin, əgər tələbəsinizsə münasib qiymətə yaşayış imkanları mövcuddur. Vyanada tələbələr üçün bir otağın ödənişi aylıq təxmini €250 –dur və təbii ki əgər iki nəfərlik otaq seçsəniz bu ödəniş daha az olacaqdır. Graz şəhərində (Avstriyanın 2-ci böyük şəhəri) xarici tələbələr üçün bir otağın ödənişi aylıq €160 – €400 arası dəyişir.

Hollandıyanın paytaxtı  Amsterdam Avropanın ən bahalı 38-ci şəhəridir və təbii ki ölkə də yaşayış üçün bahalı hesab olunur. Yaşamın çox baha olmasına baxmayaraq Amsterdamda hər keçən gün böyüyən tələbə auditoriyası vardır. Bu şəhərdə tələbələr üçün bir otağın ödənişi €300-dan başlayıb şəhərin daha məşhur və mərkəzi yerlərində €600-ya qədər arta bilir.

Fransaya nəzər saldıqda isə, Paris bu yaxınlarda QS siyahısında dünyanın ən yaxşı tələbə şəhəri kimi qiymətləndirilmişdir. Bununla bərabər, şəhər avropanın yaşayış üçün ən bahalı 10-cu şəhəri hesab olunur. Parisdə iki nəfərlik evlərdə bir otağın qiyməti aylıq €500-dan başlayır. Təhsil haqqının az olmasını nəzərə aldıqda bu şəhərlərdə yaşamağa və təhsil almağa dəyər. Fransanın digər şəhərləri, məsələn Nantes, Lille və Lyon(hansı ki avropanın ən bahalı 93cu bahalı şəhəri hesab olunur) Parisə nisbətən təhsil və yaşayış üçün daha münasib hesab olunur.

İtaliya: Roma yaşayış xərclərinə  görə 14-cü yerdə olmağına baxmayaraq, Neapol 105-ci bahalı şəhər olaraq sıralanıb – beləliklə İtaliyada yaşayış xərclərinə görə şəhərlər arasında çox böyük fərq vardır. İtaliyanın cənubunda yerləşən şəhərlər şimal şəhərlərinə nisbətən daha bahalı hesab olunur. Romada tələbələr üçün otaqların ödənişləri yerləşnəsindən asılı olaraq aylıq €300-€600 arası dəyişir.

Litva yaşayış üçün elə də bahalı hesab olunmur. Litvanın tələbə dostu paytaxtı Vilnüsdə otaqların ödənişləri €90-dan başlayaraq €250-ya qədər olur və şəhər özü Avropanın 102-ci bahalı şəhəridir.

Almaniyada tələbələr üçün yaşayış xərcləri əhəmiyyətli dərəcədə fərqlənir. Məsələn, tələbə Leipzigdə aylıq sadəcə €165-ya normal şəraitli bir otaq kirayə götürə biləcəyi halda, Berlin, Münhen, Frankfurt kimi şəhərlərdə bu ödəniş aylıq €300-dan başlayaraq €600-ya qədər artacaq.

Norveçin paytaxtı Oslo Avropanın yaşam üçün ən bahalı şəhərləri siyahısında 7-ci yerdədir. Burada ərzaq da çox bahalıdır, lakin təhsilin ödənişsiz olduğu nəzərə alındıqda təhsil üçün Oslonu seçmək məqsədəuyğun ola bilər. Burada tələbələr üçün otaqların ödənişləri 2200 NOK və ya €220-dan başlayır.

Polşanın bütün şəhərləri yaşam xərclərinə görə 125 şəhərlik siyahıda son 50 şəhər arasında yer alır. Bu da daha çox insanın təhsil üçün Polşanı seçməsinin əsas səbəblərindən biridir.Təhsil haqqının əhəmiyyətli dərəcədə az olması və Krakovda tələbələr üçün otaqların ödənişlərinin sadəcə €150-dan başlamasını nəzərə aldıqda Avropa mədəniyyəti və təhsil təcrübəsini az büdcə ilə yaşamaq istəyənlər üçün Polşa yaxşı seçim ola bilər.

İspaniya şəhərləri Avropanın ən gözəl şəhərləri sırasındadır və Valensiya ən münasib, Madrid isə yaşam üçün ən bahalı olmaqla şəhərlər yaşam xərclərinə görə fərqlənir. Bunu da qeyd etmək lazımdır ki, Madrid çox bahalı şəhər olmasına baxmayaraq burada tələbə üçün €200 kimi çox münasib bir ödənişə tələbə otaqları tapmaq da mümkündür.

Avropanın ən bahalı şəhərləri arasında 9-cu yerdə olan paytaxt Stokholm ilə İsveç yaşamaq üçün heç də ucuz ölkə hesab olunmur. Burada tələbələr üçün otaqların aylıq ödənişləri isə ölkə standartlarına görə bir qədər aşağı qiymətdən- €400-dan başlayır.

İsveçrə avropada yaşamaq üçün ən bahalı yer hesab olunur: Zürih Avropanın ən bahalı şəhərləri sırasında ilk və Cenevrə isə növbəti sıradadır. Zürihdə 2 nəfərlik evdə tələbə otağının ödənişi minimum €500-dan başlayır.

 

Ümumilikdə isə, təhsil müddətində olan yaşam xərcləri ölkə və şəhərlə paralel olaraq qonaqlama növlərindən asılı olaraq da kəskin şəkildə dəyişə bilir.  Bu barədə növbəti yazıda detallı məlumat əldə etmə imkanınız olacaqdır.

 

 

Xaricdə təhsillə bağlı ətraflı məlumat və müraciət üçün:

CELT Colleges 28 May

Tel: (+994 12) 441 36 65

Mob: (+994 70) 270 75 57

28-may@celt.az

www.celt.az

Ünvan: 104-122 Rəşid Behbudov küçəsi,

Bakı, Azərbaycan AZ1014

4 Comments

    • Salam, Ölkə olaraq Almaniya, Hollandiya Avropanın ən öndə gedənləridir. Şəhər seçimi daha çox sizə və universitet seçiminə bağlıdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla