Türkiyənin ən güclü dövlət universitetlərindən olan Boğaziçi Universitetinə qəbul şərtləri və illik təhsil haqqılar barəsində sizə məlumat vermək istərdik. Boğaziçi Universiteti qəbul şərtləri ən sərt olan universitetlərdən biridir. Çünki Boğaziçi tələbəsi olmaq hər tələbəyə nəsib olmur. Beynəlxalq standartlarda təhsil verən bu universitetin təhsil dili ingiliscədir. Universitetdə 60 dan çox bakalavr və magistratura ixtisasları mövcuddur.

Boğaziçi Universiteti hər ixtisas üzrə 3-5 xarici tələbə qəbul etməkdədir. Nəzərə alsaq ki buraya bütün dünyadan tələbələr müraciət edir o zaman siz düşünün rəqabət qabiliyyəti nə qədər çox olacaq və minlərlər müraciət edən tələbə arasından seçilməklə universitetə qəbul olmaq nə qədər mümkündür. İlk öncə bakalavr təhsili necə almaq olar? qəbul şərtləri necədir? illik təhsil haqqı? qəbul tarixləri? bunlar haqqında sual tələbələrdə çox rast gəlinir.

Boğaziçi Universitetində təhsil almaq istəyən tələbələr məqsədlərini öncədən müəyyən edib bura hazırlaşmalıdırlar. Bəzi tələbələr Türkiyənin universitetlərinin YÖS (yabancı öğrenci sınavı) ilə qəbulunu düşünürsə burada yanlışlıq edirlər. Çünki Boğaziçi Universiteti YÖS imtahanı ilə deyil SAT imtahanı ilə qəbul aparır. SAT imtahanından 1600 ballıq sistemdən 1300 dən çox bal toplasanız və riyaziyyat balınız yüksəkdirsə sizin universitetə qəbul olma şansınız var deməkdir. Bəzi hallarda isə TQDK imtahanı ilə qəbul ola bilərsiniz. TQDK imtahanından 600 balı keçən tələbələrin qəbul olma şansı yüksəkdir.

Əgər sizin TQDK və ya SAT balınız yüksəkdirsə bu sizin qəbul olmanıza zəmanət verməz çünki rəqabət güclüdür və universitetə yüksək nəaliyyətləri olan tələbələr müraciət edir. Sizin imtahanlardan əlavə digər göstəriciləriniz də universitet üçün vacibdir Məsələn sizin olimpiada nəticələriniz, xarici tədbirlərdə iştiraktınız, sosial fəaliyyətdə aktivliyiniz, GPA balınız da burada böyük rol oynayır. Müraciət edərkən özünüzə aid nə ki yüksək göstəriciləriniz varsa onu universitetə qeyd etməniz sizin seçim şansınızı artıra bilər.

Bundan əlavə universitet sizi ya Türkiyəyə yada skype vasitəsi ilə müsahibəyə dəvət edə bilərlər. Bu müsahibə nəticənizdə böyük rol oynayacaq. Sizin əlavə olaraq referans məktubuna və motivasiya məktubunuza baxılacaq. Bundan əlavə 9-10-11 ci sinif qiymət cədvəlinizdəki balınız da çox önəmlidir.

Bəs siz seçildiniz qazandınız universiteti. Bu halda birinci kursdanmı başlayacaqsınız yoxsa hazırlıqmı oxuyacaqsınız? bu sualda tələbələrdə çox maraq doğurur. Qeyd etmək istəyirik ki, Boğaziçi Universitetində təhsil dili ingiliscədir. Əgər sizin ingilis dilini sübut edən beynəlxalq imtahan nəticəniz (toefl, fce və s) varsa bu halda siz birinci kursdan təhsilinizə başlaya bilərsiniz. Yox əgər sertifikatınız yoxdursa o zaman universitet sizə 2 seçim şansı verir: ya siz universitetin daxili imtahanına girərək ingilis dilindən imtahan verirsiniz əgər imtahanı keçsəniz birinci kursdan başlayırsınız yox imtahandan keçməsəniz siz bir illik universitet nəzdində hazırlıq oxuduqdan sonra ikinci il təhsilinizin birinci kursuna başlaya bilərsiniz.

Boğaziçi Universitetində təhsil haqqı nə qədərdir? Boğaziçi universiteti dövlət universiteti olduğu üçün burada təhsil haqqı yoxdur, lakin tələbələr yanlış anlamasın təhsil haqqı yoxdursa bu o demək deyilki heçnə ödəməyəcəksiniz. Universitetin adminstrativ xərcləri üçün sizdən ödəniş tələb edir. Bu ödəniş isə 1500-2500 TL arası dəyişir. Sizin universitetin saytında gördüyünüz bu rəqəm sizin təhsil üçün ödəyəcəyiniz məbləğ deyil bu binanın və universitetin təmiri üçün nəzərdə tutulan cüzi bir ödənişdir.

Boğaziçi Universitetinin qəbul tarixləri nə zamandır? Boğaziçi Universiteti hər il iyun-iyul aylarında qeydiyyatı açıq elan edir. Bu qeydiyyat müddəti çox qısa (7-8 gün) olur. Bu haqqda universitet əvvəlcədən məlumat verir.

Ətraflı məlumat üçün bizə müraciət edə bilərsiniz: (012) 492 68 53 (050) 503 59 39

Elektron poçt: turkiye@celt.az

 

Boğaziçi Universiteti tanıtım filmini izləyərək universitet haqqında fikir sahibi ola bilərsiniz.

https://www.youtube.com/watch?v=2JKrlgCN3P0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla