ELTE (Eötvös Lorand) Universiteti

380 illik qədim tarixə malik ELTE universiteti Macarıstanın paytaxtı Budapeşt şəhərində yerləşir.

Başda nəzəriyyə və fəlsəfə təhsili verən katolik universiteti olsa da, bu gün müxtəlif ixtisaslarda bakalavr və magistratura pilləsində təhsil təklif edir. Bunlardan əlavə burada doktorantura təhsili almaq şansı da var. Əsası Slovakiyada qoyulan universitet daha sonradan Avstriya və Macarıstan kraliçası Mariya Terezanın dəstəyi ilə Macarıstana köçürülmüşdür. 19-cu əsrdə artıq universitet tam təkmil təhsil müəəsisəsinə çevrilmişdi. 2010-cu ildə “araşdırmaçı universitet” statusunu alan ELTE, Avropa unieversitetlər birliyinin üzvüdür.

Hazırda burada 28.000 tələbə təhsil alır. Bu tələbələrin 2000-dən artığı 80 fərqli ölkədən olan beynəlxalq tələbələrdir. Akademik heyəti isə 1800 nəfərdən ibarətdir. Universitetin diplomu dünya çapında tanınır. Beynəlxalq tələbələrin adaptasiya prosesini asanlaşdırmaq üçün burada tələbələrin öz arasında və universitet nümayəndələri ilə birlikdə yaratdıqları tələbə birlikləri var. Universitet daxilində Rus mərkəzi, Fransız mərkəzi, Braziliya mərkəzi kimi mərkəzlər bu ölkələrdən olan tələbələri birləşdirməklə yanaşı, Macarısatanla adı çəkilən ölkələrin əlaqələrini gücləndirməyə kömək edir.

ELTE universitetində qısa müddətli dil kursları da mövcuddur. Bu sayədə tələbələr asudə vaxtlarından səmərəli şəkildə istifadə edirlər. Universitetinin özündə hazırlıq ilinin (foundation) olması bura müraciət edən, lakin yaşı 16-dan aşağı olan vəya ingilis dili biliyi ilə yanaşı digər akademik göstəriciləri kifayət qədər yüksək olmayan tələbələr üçün çox yaxşı fürsət kimi qiymətləndirilə bilər.

ELTE’də iqtisadiyyat, kompüter elmləri, beynəlxalq biznes, beynəlxalq münasibətlər, mexanika mühəndisliyi, sosiologiya, psixologiya, fransız, portuqal, italyan, ispan, polyak, rus, ingilis dilləri, Roma fəlsəfəsi, amerikaşünaslıq, astronomiya, kimya, kartoqrafiya, kibernetika, təbiət elmləri, film sənayesi, geologiya, insan resursları, məntiq və nəzəriyyə, riyaziyyat, fizika, semiotika ixtisasları üzrə təhsili almaq olar.

Bu universitetdə bakalavr pilləsində təhsil almaq üçün məktəb ortalaması, magistratura pilləsində təhsil almaq üçün isə bakalavr ortalaması tələb edilir. Həmçinin IELTS imtahanından da minimal 6 bal toplamaq lazımdır. İllik təhsil haqqı isə ixtisasa görə dəyişsə də, orta hesabla 4000 avrodan başlayır.

Universitet haqqında daha ətraflı məlumatı isə ofisimizdən əldə edə bilərsiniz.

Xanım Xəlilova

CELT Xətai

xanim@celt.az

012 496 45 76

050 588 15 18

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Previous
Next