Universitetlər iş tələblərinə, tərkibinə yeni dərəcələr əlavə edərək cavab verir.

Gələcəyin ixtisaslarından birində təhsil almaq istəyirsiniz? Universitetlər texnologiya və iş dünyasındakı inkişaflara 5 – 10 il əvvəlinə qədər mövcud olmayan sahələr meydana gətirərək cavab verir. Daha inkişaf etmiş digər təhsil sahələri isə işçi ehtiyacını qarşılamaq üçün bakalavr səviyyəsində çox seçilər hala gəldi. Bu yeni ortaya çıxan variantları göz qarşısında saxlayın:

1. Biomedikal mühəndislik:

İnsan bədənindəki orqanizmlər köhnəlir və pozulur və Biomedikal mühəndislər bunları bərpa etmək üçün elm və texnologiyadan istifadə edir: Biomedikal mühəndislər bədəndə xərçəng xəbərdarlığı verən kimyəvi siqnalları axtarır, tibbi cihazlar və protezler icad edir və inkişaf etdirir, yeni dərmanlar və peyvəndlər edir və əməliyyatlarda köməkçi olacaq robotlar icad edirlər. ABŞ İşçi Statistikaları Bürosu 100-də 72 nisbətində peşə böyümə faizi ilə Biomedikal Mühəndisliyi 2008 və 2018 illəri arasında ən sürətli böyüyən peşə olaraq göstərir.

Biomedikal mühəndislik akkreditasiya hissəsinə görə bakalavr təhsili səviyyəsində hazırda 64 proqramdan ibarətdir. University of Washington və Ohio State University yeni proqramlar açarkən Johns Hopkins University, Duke University, Georgia Institute of Technology, Massachusetts Institute of Technology və University of California-San Diego özünü bu sahədə qəbul etdirmiş proqramlar təqdim edir.

2. Kompüter oyunu dizaynı:

Dövrümüzdə oyun dizaynı tələbələri 2010-cu ildə 55.5 milyard dollardan 2015-ci ildə 82.4 milyard dollara çatması gözlənilən bir sektora qatılır. Becker College qonşusu Worcester Polytechnic Institute ilə birlikdə gələcəyin oyun dizaynerləri üçün ən məşhur bir ünvan vəziyyətindədirlər. Digərləri isə DePaul University, Michigan State University və Rochester Institute of Technologydir.

DePaulun Proqramlaşdırma və Rəqəmsal Media bölümü dekan köməkçisi Lucia Dettori “Bu vəziyyət xilasedici, əsgər və təşkilati işçiləri öyrətmə tərzimizi, alver şeklimizi və məhsulların bizə təqdim edilmə formasına da təsir edir,” deyir.

Bu hissənin məzunları oyun istehsalı, inkişaf etdirməsi, dizaynı, sənəti, proqramlaşdırması, kompüter qrafikləri və insan-kompüter qarşılıqlı əlaqəsi sahələrində çalışır. Eyni zamanda oyun studiyalarında və memarlıqda, tibbdə, hüquqda və interaktiv simulyasiyası istifadə edildiyi digər sektorlarda da işləyə bilirlər.

3. Ekoloji işlər / davamlılıq:

Enerji, su, yemək və iqlimin əsrin problemlərini meydana gətirdiyi dövrümüzdə ekoloji işlər sahəsindəki proqramlar gedərək yayılır. Məsələn, University of Wisconsin-Madisondakı tələbələr artıq ya ekoloji araşdırmalar ya da ətraf elmləri sahələrində təhsil alır.

Ekoloji işlər tələbələrin sağlamlıq, qida və kənd təsərrüfatı, enerji, bio-müxtəliflik, iqlim, tarix və mədəniyyət, torpaq istifadəsi və siyasət dərsləri arasından seçim etməsini tələb edən fənlərarası bir dərəcədir.

Yüksək təhsildə Davamlılığın İnkişaf etdirilməsi Dərnəyinə görə ekoloji işlərlə əlaqədar sahələrdən olan və bioloji sistemlərin müxtəlifliyini və məhsuldarlığını davam etdirməyə yönəlmiş davamlılıq sahəsində (aralarında Arizona State University, Pennsylvania State University, University of Kentucky və University of Oklahomanın da olduğu) 35-ə qədər ABŞ universiteti bakalavr dərəcəsi təklif edir.

Unity College kimi digər bəzi universitetlər davamlı əkinçilik və davamlı enerji kimi ixtisas dərəcələri verməkdədir.

4. Səhiyyə informasiyası / İnformasiya rəhbərliyi:

Sağlamlığı yaxşılaşdırmaq və ödənişləri idarə etmək üçün məlumatın alınmasına, idarə olunmasına və istifadə edilməsinə köməkçi olan işçilər üçün bu böyük bir ehtiyacdır. Səhiyyə İnformasiyası və İnformasiya Təhsili Akkreditasiya Komissiyasına görə University of Washington, Temple University, University of Illinois-Chicago və Weber State University də daxil hazırda 54 akkreditasiyalı bakalavr təhsili proqramı var. Amerikan Tibb İnformasiya Dərnəyi önümüzdəki 5 ilə 7 il içində bu sahədə 50 mindən çox işçiyə ehtiyac olacağını nəzərdə tutmaqdadır.

Ölkənin ən köhnə proqramlarından birinə ev sahibliyi edən College of St. Scholasticanın səhiyyə məlumatı rəhbərliyi hissəsindən bakalavr dərəcəsini qısa müddət əvvəl alan Heather Hodgsona görə bu bölüm “birbaşa xəstə münasibətlərinə öyrəncəli olmayanlar üçün” yaxşı bir karyera seçimidir. Hodgson Biomedikal ana dərslər olan anatomiya, fiziologiya, tibbi terminologiyanın yanında kompüter dərsləri, rəhbərlik informasiya sistemləri və sistem analizi və dizaynı dərslərini də almışdır. Mütəxəssislik dərsləri proqramın tamamlayan tərəflərdir.

5. Daxili təhlükəsizlik:

Dənizçilik Yüksək Təhsil Məktəbləri Daxili Müdafiə və Təhlükəsizlik Mərkəzi ortaq proqramları idarəçisi Stanley Supinski bu proqramın yaxın tarixdəki ən sürətli böyüyən təhsil prinsiplərindən biri olduğunu ifadə edir. 11 Sentyabrdan bu yana ortaya çıxan 300-ü aşan proqram arasında 75-ni bakalavr təhsili dərəcəsinə keçid proqramları meydana gətirir.

2002-ci ildə ölkədaxili təhlükəsizlik təhsilində önə keçmək üçün yaradılan mərkəz maraqlanan universitetlərlə tədris planı inkişaf etdirir və paylaşır. Bir çox məktəb tərəfindən təqdim edilən dərslər arasında kritik infrastruktur, məhkəmə cəza, təcili vəziyyət və fəlakət planlaması, kütləvi qırğın silahları və konstitusiya daxili təhlükəsizlik mövzuları iştirak edir. Mərkəzlə tərəfdaşlıq şəraitində çalışan universitetlər arasında Tulane University, Eastern Kentucky University, Texas A & M University, Florida International University, Monmouth University və ENDICOTT College iştirak edir.

Bu vaxt, Marian University daxili təhlükəsizlik sahəsində öz bakalavr dərəcəsini təklif edir, Virginia Commonwealth University daxili təhlükəsizlik və təcili vəziyyət hazırlığı sahələrində bir bakalavr dərəcəsi meydana gətirdi və Tulane University də yenə daxili təhlükəsizlik araşdırmaları mövzusunda bakalavr dərəcəsi təqdim edir.

6. İnformasiya təhlükəsizliyi / virtual təhlükəsizlik:

ABŞ Milli Təhlükəsizlik Təşkilatı köhnə informasiya təhlükəsizliyi texniki direktoru Dickie Corc virtual təhlükəsizlik və ya informasiya təhlükəsizliyi mövzularında iş tələbinin “son on ildə 10 qat artdığını” ifadə edir.

Milli Təhlükəsizlik Təşkilatı Daxili Təhlükəsizlik hissəsiylə birlikdə İnformasiya təhlükəsizliyinə Akademik Mükəmməliyyət Milli Mərkəzlərini dəstəkləyərək bu mərkəz vasitəsilə tələbələrə ölkənin informasiya infrastrukturundakı zəiflikləri təyin etmə və təmir etməyi öyrətmək üçün lazımlı standartları qarşılayan məktəbləri müəyyənləşdirir. Mississippi State University, University of Tulsa, Dartmouth College və Carnegie Mellon University bakalavr proqramı təqdim edən 166 təşkilatın arasında iştirak edən müvəffəqiyyət mərkəzləridir.

Informasiya təhlükəsizliyi tələbələri kompüter sistemlərini, şəbəkələri və fərdi kompüterləri viruslardan, kompüter piratlarından, terror hədələrindən və təşkilati casusluqlardan qorumaq üçün lazımlı olan texniki mövzuları öyrənər. Tələbələr fərqli müəssisə modellərini, gizlilik və təhlükəsizlik protokollarını öyrənmək üçün E-ticarət dərslərinin yanında kompüter cinayətləri və məhkəmə informasiya dərsləri də ala bilməkdədir. Tələbələr eyni zamanda müasir informasiya sistemlərini planlamağı, analiz etməyi, dizayn və tətbiqi də öyrənir.

7. Nanotexnologiya:

Bu yeni elm budağı bir metrin milyardda birindən başlayan mikroskopik dünyada maddələrdə ortaya çıxan fiziki, kimyəvi və bioloji xüsusiyyətlərdən bəhs edir. Nano vəsaitlər hal-hazırda qolf dəyənəklərinin, xizək vəsaitlərinin, avtomobil parçalarının və dental implantların gücləndirilməsinə köməkçi kimi istifadə edilməkdədir və gələcəyin bina və körpülərinin daha yüngül və möhkəm olmasına köməkçi olmaları gözlənilir.

Nanotexnologiya əsaslı dərmanlar toksik dərmanları birbaşa şişlərə göndərməyi vəd etməkdə və bu texnologiya daha enerji qənaətli yanacaq hüceyrələrinin, günəş panellərinin, batareyaların hazırlanmasında və ətraf təmizliyində əsas rol oynaya biləcək mövqedədir.

Bu sektorun 2015-ci ilə qədər qlobal miqyasda 2.4 trilyon dollarlıq bir böyüməyə çatması və 2020-ci ilə qədər də 2 milyon insana məşğulluq təmin etməsi gözlənilir. University at Albany-SUNY ölkənin ilk nanotexnologiya magistratura proqramını 2004-cü ildə başlatmış və 2010-ci ildə isə iki bakalavr dərəcəsi açmışdır.

Bu dərəcələr tələbələri magistraturaya, nano əsaslı sektorlara və ya əsas araşdırmalara; fiziki elmlər, vəsait elmi, fizika, biofizika, kimya və ya biokimya sahələrindəki işlərə hazırlamaqdadır. Oxşar ixtisaslar açan məktəblər arasında Drexel University, Louisiana Tech University və University of Central Florida iştirak etməkdədir.

8. Yeni media:

Universitetlər ənənəvi jurnalistika və ya ünsiyyət işlərini rəqəmsal media və dizayn hissələrindəki dərslərlə birləşdirərək yeni media adı altında müxtəlif hissələr təqdim edir. Məsələn: Alma Collegedakı yeni media təhsili ixtisası, MİT-in Müqayisəli Media Araşdırmaları Proqramı və University of Southern Kaliforniyadakı interaktiv əyləncə bakalavr proqramı. University of Southern Kaliforniyadakı tələbələrə, ictimai elmlər arxa planını film hazırlığı, yazıçılıq və rejissorluq kimi kino sənətləri mütəxəssisliyi ilə birləşdirir.

Yeni media sahəsində təhsil təklif edən digər məktəblər arasında Wellesley College, University of Minnesota və Syracuse University iştirak etməkdədir. Yeni media dərəcəsi ilə film hazırlığı, televiziya, oyun dizaynı, animasiya və proqramlaşdırma, qrafik dizaynı, eşitmə və vizual sənətlər, ictimai media, e-mətn və internet yayımı, marketinq, jurnalistika və media araşdırması qollarında karyera yaradıla bilər.

9. İctimai səhiyyə:

İstər böyük sellər üzündən olsun, istər antibiotik qarşısında artan dözümlülük və ya sağlamlıq reformundan indiki vaxtda ictimai səhiyyə mütəxəssislərinə olan ehtiyac çox böyükdür. Əvvəllər tələbələr bu sahədə işləmək üçün magistratura təhsilini gözləmələri lazım idi. Amma artıq elə deyil. Bir çox təhsil təşkilatı bakalavr, önlisans və ya daha təkmilləşmiş dərəcələr təqdim etməkdədir. Məsələn: University of Washington, East Tennessee State University, Tulane, San Diego State University, UC-Berkeley, University of Maryland, Johns Hopkins və University of South Florida.

Dörd illik bu proqram tələbələri hökumət strukturlarında, tibb müəssisələrində, qeyri-kommersiya birlik təşkilatlarında və sağlamlıq xidməti orqanlarında giriş səviyyəsindəki mövqelərə hazırlamaqdadır. Əgər dərslər özəl tibb sektoruna girmək mövzusunda ruhlandırırsa, bu dərəcə tibb məktəblərindəki qeydiyyat işçilərinin da marağını çəkə bilər.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla