İngilis dili öyrənməyə məkan axtarırsınızsa bu zaman onun sadəcə evinizə yaxın olmasını deyil, həm də sizə təklif etdiyi təhsili diqqətlə araşdırmalısınız. Burada isə diqqət etməli olduğunuz bir neçə əsas nüans var.

Ana dilimiz olmadığına görə ətrafımızda İngilis dilini elə də çox eşitmirik. Bu aspektdən öyrənənlər dərs müddətini maksimum səmərəli keçirməyə məcburdurlar. Çalışmaq lazımdır ki, kurs sizin üçün mümkün qədər uzun müddət İngilis dili mühiti təmin edə bilsin. İngilis dilində dərs saatının çox olması həm dinləməyə, həm də danışığa əhəmiyyətli dərəcədə təsir edir. Dərsdə İngilis dili mühitinin təmin edilməsindən əlavə dərs metodikası da çox önəmlidir. Dərsdə ənənəvi tərcümə metodundan birmənalı şəkildə qaçmaq lazımdır. Tərcümə sistemi işə düşdüyü anda tələbənin yeni dilə öyrəşməsi çətinləşir. Dərslər “İngilisdən- İngilisə” prinsipi əsasında keçirilməlidir. Ən başlanğıc səviyyədə belə müəllim çox zəruri olmadığı halda ana dilindən istifadə etməməlidir.

Müəllimin savadı nə qədər çox olsa da güclü metodikası, müəyyən sistemi olmadığı halda dərsin effektivliyi sual altında qalır. Bunu aradan qaldırmaq üçün peşəkar müəllim heyəti ilə çalışmaqla yanaşı müəllimlərin özlərinin də xüsusi proqramlarının olması vacibdir. Müəllimlərin teacher’s book adlandırılan vəsaitinin olması işləri bir xeyli asanlaşdırır.

Başqa bir üsul isə dərsi dərsdə öyrənmək üsuludur. Dil öyrənməyin əsas şərti həmin dildə söz bazasının olmasıdır. Yeni söz öyrənməyin ən yaxşı yolu isə istifadə etməklə sözü öz lüğət bazamıza daxil etməkdir. Bunu hər hansı bir sözdən bir neçə fərqli situasiyada istifadə etməklə təmin etmək olar. Belə şəraiti yaratmaq üçün dərs zamanı tələbə müəllimdən daha çox danışmalıdır. Müəllim bir qədər səbrli olmalı, tələbələrə özlərini ifadə etmək üçün şans verməlidir. Dərs ciddilikdən daha çox motivasiya edici olmalıdır. Bunun əksi qəbul edilməzdir. Motivasiya üçün isə müəllim dərsdə maksimum aktiv olmalı, həmçinin bütün səriştəsini ortaya qoymalıdır ki, tələbələrin inamını qazansın. Və çalışmalıdır ki hər tələbəyə fərdi yanaşsın. Onlara, onlara uyğun olan dərs metodunu seçməli, onların ehtiyaclarına görə davranmalı, zəif nöqtələrini tapıb onun üzərində işləməlidir.

CELT Colleges olaraq biz fikirləşirik ki, sadalananlardan biri yerində olmadığı halda dərsin effektivliyi arzuolunan səviyyədə olmur.

Xanım Xəlilova

xanim@celt.az

012-566-48-23

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla