İngiltərədə Təshil ilə bağlı sual və cavablar

İngiltərədə Təshil ilə bağlı sual və cavablar yazımız əminəm çox sualınıza rahat cavab tapacaqsınız. Böyük Britaniyada təhsil Azərbaycan tələbələlərinin ən çox getmək istədiyi ölkədir.

 

Salam King’s Collage oxumaq ucun SAT imtahanin sertlerini deye bilersiz.

Ingiltərə universitetləri üçün SAT lazım deyil ama Oxford və Cmabridge kimi universitetlərdə qəbul prosesində üstüklük qazanarsınız. Daha çox fənn üzrə olan SAT verin əgər bu tipli universitetə getməyi planlayırsınızsa.

Böyük Britaniyada təhsil üçün hansı imtahanları verməliyəm?Hal-hazırda 8-ci sinif şagirdiyəm və gələn ildən İB təhsil sisteminə keçəcəm.Yəniki,TQDK üzrə imtahan verməyəcəm yalnız Xarici Universitetlərə imtahan verəcəm.İB balı ilə xarici universitetlərə qəbul olmaq olar?Əgər olursa İB balından əlavə nə lazımdır?Əsasəndə iqtisadiyyat üzrə Cambridge universitetinə necə qəbul ola bilərəm? Qəbul qaydaları zəhmət olmasa deyərdiniz.

Azərbaycanda aldığımız İB balınızdan əlavə İELTS sertifikatı götürməlisiniz.Bu iki göstərici yüksək olsa, qəbul olmaq şansınız artacaq.

SALAM ,MEN BOYUK BRITANIYADA MUSIQI IXTISASI UZRE BAKALAVR TEHSIL ALMAQ ISTEYIREM…MUMKUNSE MOVCUD UNIVERSITETLERIN SIYAHISINI VE ODENIS CEDVELLERI BAREDE MELUMAT LAZIMDIR…VE SIZIN KURSLARLA BU ARZUMU NECE HEYATA KECIRE BILEREM??OXUDUGUNUZ UCUN COX SAGOLUN.

Salam, Bəli bu mümkündür amma qabliyyət imtahanı verəcəksiniz. IELTS sertifikatı lazım olacaq və attestat. Zəhmət olmasa bizim Baksovet ofisinə və ya Xətai ofisinə yaxınlaşın. Həmən hazırlaşmalısınız.

Salam, ingilterede teqaudle oxumaq mumkundur bakalavr pillesi ucun?

Salam. Təəssüf ki, hal-hazırda belə bir proqram yoxdur.

Ingilterede komputer elmleri ucun tehsil almaq isteyirem.Men ne etmeliem? Hara muraciet elmeliyem? Ve xahis edirem mene pulsuz, meslehetli univerisitetlerin siyahisini deye bilersinizmi? Ingiltere olmasa da olar…

Salam. İngiltərədə təhsil almaq üçün bizə müraciət edə bilərsiniz. Kompyuter elmləri üzrə ödənişsiz təhsil yoxdur. Xaricdə təhsil üzrə dövlət proqramına qoşula bilərsiniz. Təqaüd şansını əldə etmək üçün qiymətləriniz yüksək olmalı və İELTS 6.5 balına sahib olmalısınız.

Oxford, Cambridge kimi  universitetlere qebul olmaq ucun 4.5 ortalama ve ielts 7 ile qebul olma sansi ne qeder ola biler? Bu universitetlere girmek ne qeder cetindir? Veya london school of economic universiteti teqaud tapmaq mumkundur yukse gpa ve ielts ile?

Salam. Foundation götürdükdən sonra Britan təhsil sisteminə daha yaxşı öyrəşəcəksiniz və Bakalavr dövrü ərzində daha az əziyyət çəkəcəksiniz. İELTS nə qədər yüksək yığsanız belə, foundation mütləqdir Böyük Britaniyada.

salam men turkiyenin SKD (sakarya dovlet universiteti) inde is iqdisadiyyati ve sanaye elaqeleri uzre bakalavr tehsili aliram 4 cu sonuncu kursam.ingilsterede magstr tehsili almag istiyirem.ancaq vacibi teqayud pragrami dir ki menim ucun nece qazana bilerem men taqeyud hansi sertler lazimdi. melumat versez cox sevinerem.tesekkurler

Salam. Böyük Britaniyada hər universitetin özünün təqaüd proqramları var. Amma onlar daha çox təhsil haqqından 5 faizlik və ya müəyyən məbləğ endirim edirlər. Ən məşhur təqaüd proqramı isə bizim Təhsil Nazirliyin Dövlət Proqramıdır.

ingilterede yasam xerci? magistr ucun qebul sertleri? business economics kimi ixtisaslarin illiyi?

Salam. Böyük Britaniyada qəbul üçün İELTS 6.5 balı və müvafiq bakalavr diplomu lazımdır. Yaşam xərci 800-1100 funtdur.

Salam men geologiyani cox sevirem ama 3 cu qrupa hazirlasiram yeni fizika kimya bilmirem xaricde tehsil almaq istiyirem geologiya ucun fizika kimya lazimdi? lazimdisa ne qeder lazimdir? geologiya muhendisliyin novudur?

Salam. Bəli, Geologiya mühəndisliyi üçün fizika və kimyanı bilməlisiniz. Geologiya sahəsini bitirib Azərbaycanda neft şirkətlərin birində işləmək perspektiviniz var. Xaricdə oxumaq istəyirsinizsə, İELTS 6.5 sertifikatınız olmalıdır. Amma bu sahə yalnız Böyük Britaniyada mümkün olacaq İngiliscə. Çünki elə də populyar proqram deyil və Avropada hər ölkənin öz dilində tədris olunur bu proqram. Məsələn Polşada polyakca olacaq, Hollandiyada hollandca və s. Amma mühəndisliyin başqa sahələri üzrə proqramlar Avropada İngiliscə tədris olunanlar arasında Kompyuter Mühəndisliyi, İnşaat Mühəndisliyi, Kimya Mühəndisliyi daha geniş yayılıb.

salam mene sertli qebul haqqinda melumat vere bilersiz? Universtitet ielts olmadan sertli qebul ile daxil olmaq olur? O zaman Uk vizasi almaq olar? Ielts neticesini ne vaxta elde etmeliyem? sertli qebul alan zaman yayda hazirlasib imtahani vermek olar?

Salam. IELTS olmadan şərti qəbul ala bilərik.Problem yoxdur. Bizə lazımı sənədləri təqdim etsəniz qəbul ala bilərik. Amma vizayaya kimi gərək şərtsiz qəbul alasınız. Şərtli qəbul alıb yayda imtahan vermək olar. Foundationlara aid ofisimizdə çoxlu bukletlər var. Hər universitet haqqında ətraflı məlumat ala bilərsiniz.

Salam men boyuk biritaniyani en prestijli universitetlerinde oxumaq isteyirem bakalvri(foundationla birlikde).Hansi universitetlere qebul almaq asandir(foundationa sonra bakalvr) Kings college qebul almaq mumkundur? bu ne derecede chetindir? Kings college dan basqa hansi cox presijli ve reytinqi cox yuksek olan universitetlerde oxuya bilerem qebul almagi mumkun olan?

Salam, Bəli. Biz sizi LSE, Kİngs, CASS kimi ən yüksək universitetlərə sala bilərik. Bunun üçün sadəcə IELTS 5.5 və ya 6ş0 toplamaq lazımdır. 0211 492 68 53 nömrəsinə zəng edib əlavə dəstək ala bilərsiniz

Boyuk britaniyada ieltse ne qeder vaxtda hazirlassam elde ede bilerem b1 veya b2 seviyesinden ?

Salam. B2 səviyyəsindəsinizsə, zənnimzcə 3 ay kifayət edər əgər, intensiv hazırlaşsanız.

1 illik a level goturmeyin avantaji nedir? qiymetler neceden basliyir ? deadline ne vaxtdir? hansi daha asand veya daha cetindir?

Əgər Bakıda təşkil olunan A-leveli nəzərdə tutursunuzsa, onları məsləhət görmürük. A-level adətən iki illk və ya bir il yarım olur. İngiltərənin özündə belə 1 illik A-level yoxdur. Ondan savayı, Azərbaycanda A-leveli bitiriənlər bir-iki reytinqli universtitetləri çıxmaq şərtilə daha çox Britaniyanın orta və aşağı səviyyəli universitetlərinə proqress edirlər. Məlumatı dəqiqləşdirmək üçün A-levelin son illərdə proqress elətdirdiyi universitetlərin siyahısına baxa bilərsiniz.

Böyük Britaniyada A-levelin götürməyin üstünlüyü odur ki, siz İngilis dilli mühitdə olacaqsınız, İngilis dilinizi mükəmməlləşdirəcəksiniz. İki il ərzində baza fənlərinə daha yaxşı yiyələcəksiniz və Böyük Britaniyanın sayılıb seçilən və dünya tərəfindən tanınan A-level proqramlarına qoşulacaqsınız. Çətinlik dərəcəsinin az və ya çox olmasından asılı olmayaraq, əsas nəticəyə fikir verin, universitet perspektivini və qazandığınız biliklərə önəm verin. Yanvarda A-levelə başlayacaqsınızsa, indidən sənədlərinizi yığmanızı məsləhət görürük. Biz sizə A-levelə qoşulmaq üçün sənədləşmə, viza və yataqxana işlərində hər il dəstəkçi oluruq.

bu haqda melumat vererdiz.Sertler nedir qebul olmagin foundationdan ferqi nedir? ielts nece isteyir? ielts olmadan mumkundurmu? deadline ne vaxtdi ? bu programin ustunluyu nedir?

Salam. Foundationa qəbul olmaq üçün minimum İELTS 5.5 balınız olmalıdır. İELTS olmadan iki illik A-level proqramına gedə bilərsiniz, Foundation mütləq İELTS istəyir. Bu proqram sizə imkan verir ki, Böyük Britaniyada başlayacağınız bakalavr proqramının baza fənlərinə yiyələnəsiniz və ingilis dilini gücləndirəsiniz. Əgər yanvarda getmək istəyirsinizsə, indidən sənədlərinizi hazırlamalısınız. Gələn ilin sentyabrından gedəcəksinizsə, yanvar ayına kimi artıq sənədlərinizi təqdim etməlisiniz. CELT İçərişəhər ofisiə hər il bir neçə tələbəni foundation və A-level proqramı üzrə Böyük Britaniyaya yollayır. Əgər fikrinizdə foundation oxumaq varsa və ya konsultasiya etmək istəyirsinizsə, bizim İçərişəhər ofisimizə yaxınlaşa bilərsniz.

Salam Ukde MBA bir de Finance magistr proqramlarinda tehsil almaq ucun interview mutlew vacibdir? ya top universitetlerden hansinasa interview olmadan qebul olmaq mumkundur?

Salam. Əksər universitetlərin MBA-yinə daxil olmaq üçün İntervievvya ehtiyac yoxdur. Əsas lazım olan iş stajı, GMAT və İELTS balıdır.

Salam.mən hal-hazırda on birinci sinifdə oxuyuram.Dövlət sifarişi əsasında İngiltərənin Oksford universitetində tibb təhsili aımaq üçün nə etməliyəm?1998 ci il təvəllüdüyəm.Məktəbi qurtaran ildən birinci ili üçün istəyirəm.Bu mümkündür.Xahiş edirəm cavabı mənim nömrəmə mesajla yazasız.

Salam. Bunun üçün Böyük Britaniyada iki il öz hesabınıza hazırlıq kursu keçməlisiniz. Müvəffəq olduğunuz təqdirdə dövlətdən maliyyə dəstəyinə müraciət edə bilərsiniz. Dövlət hazırlıq kursunu maliyyələşdirmir.

Salam .bildiyime gore böyuk britaniyanin dövlət məktəblərinde təhsil pulsuzdur.bu ne derecede duzgundur? əgər elədirsə hemin mekteblere qebul imtahanladir? ümumiyyetle bu barede bildiklerinizi menimle bölüşmeyinizi xahiş edirem.

Böyük Britaniyada pulsuz dövlət məktəbi yoxdur. Sadəcə özəl məktəblərdən bir az ucuzdur.Həmin məktəblərə qəbul olmaq üçün məktəbdəki qiymətlərinizin tərcümə və təsdiqinə və İngilis dili biliyinə sahib olmalısınız.

Salam .Zehmet olmasa ingiltərədə dövlət hesabina orta mekteb tehsili haqda etrafli melumat yazardizda. ve ya bunun haqqında harda oxuya bilərəm əvvəlcədən təşəkkür.

Salam. Dövlət hesabına yalnız bakalavr və magistr təhsili almaq olar. Orta məktəbləri dövlət maliyyələşdirmir. Britaniyada orta məktəbdə təhsil almaq üçün illik 40000 manat büdcəniz olmalıdır. Bu qiymətə daxildir: təhsil, yaşayış və yemək.

Salam Bilmək istərdim ki 11ci sinifi qurtardiqdan sonra ielts -ə imtahan verib yuksek netice yigsam Boyuk britaniyanin universitetlerinde birbasa oxuya bilerem( yoxsa hokman foundation keçmeliyəm ) birde ielts baĺinin universitetlerin odenislerine aidiyati var? yeni demek istiyirem ki yuksek ielts bali neticesinde pulsuz ve ya guzeştli tehsil almaq mumkundurmu? ve son sual ielts imtahani vasitesi ile xaricde bakalavrdan ve ya magistrdan oxumagin ferqi var ? eger varsa hansi yaxsidi? birde zehmet olnasa diyerdizde kursunuzda tehsil haqqi ne qederdi?

Salam. 11-ci sinfi bitirdikdən sonra İELTS balınızdan asılı olmayaraq siz Böyük Britaniyada Bakalavr təhsili ala bilməzsiniz. Mütləq foundation keçməlisiniz. İELTS balı və attestatla siz Hollandiya, Kanada, Macarıstan və Pribaltika ölkələrində təhsil ala bilərsiniz. Yüksək İELTS balı sizə pulsuz və ya güzəştli təhsil verməyəcək. Bakalavr 3 illik, magistr istə bakalavr təhsilinizə daha dərindən yiyələnmək üçün 1 illik proqramdır. Magistr bir pillə ali təhsil dərəcəsidir. Kursun qiymətlərini öyrənmək üçün, zəhmət olmasa (012) 492 68 53 nömrəsinə zəng edərdiniz.

Salam.men qafqaz universitetinde dövlet ve belediyye idare olunmasinda 3. Kursda oxuyuram.magistr ingilterede teqaudle oxumaq isteyir.IELTS den minimum nece bal toplamaliyam?teqaud almaq uçun ne etmeliyem?

Salam. Böyük Britaniyada təhsil almaq üçün gərək 6.5-7.0 balınız olsun. Böyük Britaniyada təqaüdlə təhsil almağınız üçün Bakalavr qiymətləriniz yaxşı olmalıdır və müsabiqəyə öz ixitsasınıza uyğun hazırlaşmalısınız.

Salam.Menim ielts 6.5 balim var listening 7.5 readin 6.5 writing 6.5 speaking 6.0,Istediyiim Ukdeki universitetler master overall 7.0 bal isteyir. Hemin universitetlere 6.5 balan qebul olmaq mumkundur?

Salam. IELTS nəticəniz yaxşıdır. Əgər tələb 7.0-dırsa qəbul ala bilmərsiniz, amma magistr proqramlarının çoxu 6.5-lə qəbul edir. Hətta top universitetlərin MBA proqramlarına da qəbul ola bilərsiniz əgər iş təcrübəniz varsa.

Salam, mən BDU Hüquqda oxuyuram, Böyük Britaniyada Hüquq üzrə magistr təhsili almaq haqqında məlumat verə bilərsiz?

Salam. Böyük Britaniyada Hüquq üzrə magistr oxumaq üçün, ilk öncə yaxşı GPA-niz və İELTS 6.5-7.0-niz olmalıdır. Bundan əlavə, Britaniyada oxumaq üçün büdcəniz olmalıdır. Təhsil haqqı 15-25 min manat arasındadır və yaşayış xərci təqribən ilə 10 min manatdır. Hal-hazırda 4-cü kursda oxuyursunuzsa və dediyim şərtləri ödəyirsinizsə, bizə müraciət edib qəbul işinizə başlaya bilərik.

Salam. Men 3cu qrup uzre abituriyentem. B.Britaniyada tehsilin ne vaxt odenisli? ne vaxt odenissiz? olduqunu bilmek isteyirem. Bildirikmi fikrimde odenissize meyillidi.

alam. Hal-hazırda 11-ci sinifdə təhsil alırsınızsa, siz Böyük Britaniyada birbaşa Bakalavra başlaya bilməzsiniz. Bunun üçün siz əvvəlcə Böyük Britaniyada foundation (baza ili) keçməlisiniz. Böyük Britaniyada orta məktəb 12 illik olduğu üçün Azərbayncanın təhsil sisteminə uyğun gəlmir. Siz gərək ya Böyük Britaniyada ya da Azərbaycanda əlavə 1 il təhsil görməlisiniz ki, Böyük Britaniyada 3 illik bakalavra qoşulasınız. 11 illik təhsildən sonra Britaniyada Foudnation 1 il çəkir və illik təhsil haqqı 15-20 min manatdır. Ödənişsiz əsaslarla mümkü deyil, çünki Azərbaycanın Təhsil Nazirliyi foundationu maliyyələşdirmir. Yalnız bakalavr və ya magistr ixtisasına təqaüd ayırır. Maliyyə imkanlarınızı və ixtisasınızı bizə desəniz, sizin üçün müvafiq ölkədə müvafiq ixtisas məsləhət verə bilərik.

Salam! Men ingilterede tehsil almaq isteyirem hansı dereceni seçmeyimi meslehet görürsüz?

Salam, Əgər Azərbaycanda 11-ci sinifdə oxuyursunuzsa, foundation oxumağınız məsləhətdir. Çünki Böyük Britaniyada təhsil 12 illik olduğundan, attestatla birbaşa qəbul mümkün deyil. Əgər birinci kursda oxuyursunuz, 3 illik bakalavra başlaya bilərsiniz. Əgər sonuncu kursdasınızsa magistr təhsilinə başlaya bilərsiniz.

Salam men Azerbaycan Dovlet Aqrar Universitetinin 1ci kurs telebesiyem.Tehsilimi Boyuk Britaniyada davam etdirmek isteyirem

Salam. Ixtisasıza uyğun olaraq Böyük Britaniyada təhsilinizi davam etdirə bilərsiniz. Bunun üçün sizə İELTS 6.5 sertifikatı lazım olacaq.

salam men Ingilterede magistr tehsilimi neft-qaz uzre almaq isteyirem amma bakalavri kimya uzre bitirmisem.bilmek isteyirem bu mumkundurmu?hemcinin sizin kursda IELTS uzre 2aya hazirlasa bileremmi?qiiymetini bildirseniz minnetdar olaram.indiden tesekkerler

Salam. Kimya mühəndisliyini bitirmisinizsə bəlkə qəbul edərlər. Sənədlərinizi bizə verəndən sonra universitetllə dəqiqləşdirə bilərik. İxtisasın adından çox, keçdiyiniz dərslər önəmlidir. Neft və Qaz mühəndlisliyinə lazım olan kreditlər varsa, çox güman ki, qəbulda problem olmayacaq. İELTS kurslarının qiymətləri barədə bu linkdə baxa bilərsiniz: İELTS kursları. Sizin İngilis dili səviyyənizi bilmədiyimiz üçün bir şey deyə bilmərik. Amma upper-intermediate səviyyəniz varsa, iki aya mümkün ola bilər. Zəhmət olmasa (012) 492-68-53 nömrəsinə zəng edin, İELTS ilə və digər suallarınızla bağlı məlumat verə bilək.

Salam. Bilmək istərdim ki, dövlət hesabına öz ixtisasım üzrə İngiltərədə magistr təhsili ala bilərəm ? Hansı sənədlər lazımdır və prosses necə yerinə yetirilir?

Salam. Təəssüf ki, dövlət hesabına Beynəlxalq Münasibətlər ixtisası üzrə magistr təhsili ala bilmərsiniz. Çünki bu ixtisas prioritet deyil. Əgər İngiltərədə oxumaq üçün kifayət qədər maliyyə mənbəyiniz yoxdursa, sizə alternativ variantlar təklif edə bilərik.

Böyük Britanyaya tələbə vizası almaq üçün nələr ələb olunur?

Britaniyada tələbə vizası almaq üçün iki həftə kifayət edir. Öncə səfirlikdən görüş almaq lazımdır və lazımi sənədləri toplamaq lazımdır. Sənədlər tələblərər görə dəyişir

Salam. Mən Nigar Bayramova, İqtisad Universitetində qiyabi şöbədə 4-cü kursda təhsil alıram. İxtisasım Menecmentdir. İstəyirəm İngiltərədə 6 aylıq ixtisas artırma kursu keçim. Bu haqda zəhmət olmasa məni məlumatlandırasınız.

Salam, UK-də belə bir ixtisas artırma kursu yoxdur. Təşəkkürlər.

Mənim 7.5 İELTS nəticəm var. Orta balım 91-dən yuxaridir. Oksford Universitetinə qəbul ola bilərəmmi?

Salam, Əgər heç bir hissə 7.0-dan aşağı deyilsə, bəli müraciət edə bilərsiniz. Amma 2014-də başlayan dərslər üçün Oxforda qəbul bitib. 2015-ci ildə üçün Oktyabrda yaxınlaşın.

İT sahəsində İngiltərədə magistr proqramına qəbul üçün nə qədər IELTS tələb olunur?

İngiltərədə yaxşı universitetlərdə magistr təhsil almaq üçün 6.5 IELTS balı toplamaq lazımdır və heç bir hissə 6.0 baldan aşağı olmasın.

Mənim 6.5 IELTS nəticəm var. Və orta balım 72-dən yuxarıdı. Kanada və ya İngiltərədə Dövlət hesabına master oxuya bilərəm maliyyə üzrə?

Biz sizi Kanada və ya İngiltərədə Dövlət siyahısında olan Universitetlərə qəbul elətdirə bilərik. Lakin, 72 bal Dövlət Proqramında nə dərəcədə qeydə alınır onu dəqiq deyə bilmərik.

Mən burada iqtisadiyyat ixtisasında 2-ci kursda oxuyuram. 2-ci kursu bitirdikdən sonra xaricdə davam etdirmək istəyirəm. Əgər İELTS-dən başqa hər şeyi fevralda, sonra məsələn aprelin axırlaında İELTS-ı alıb yollasam qəbul olmaq şansım var? Qəbul olmaq istədiyim universitetlər Manchester və Glasgow-dur.

Bəli, qəbul ala bilərsiz

Hal- hazırda 11-ci sinifdə oxuyuram. Attestatla İngiltərədə hər hansı bir Universitetdə təhsil ala bilərəm?

İngiltərədə orta məktəb 12 illik olduğu üçün, siz orda 1 il foundation oxuyub sonra bakalavra qəbul ola bilərsiniz. Ya da ki, burada 1 il Universitet oxuyub sonra İngiltərədə oxuduğunuz ixtisas üzrə davam etdirə bilərsiniz. Lakin, əksər hallarda, burada verdiyiniz imtahanları orada da verməli olursuz. Qeyd edək ki, İngiltərədə bakalavr pilləsi 3 il təşkil edir.

İngitərədə magistrə qəbul olmaq üçün GPA nə qədər olmalıdır?

GPA balınız nə qədər yüksək olarsa, o qədər sizin xeyrinizədir. Amma orta nüfuzlu bir Universitetə qəbul olmaq üçün sizin GPA 75-85 arası olmalıdı

Mən hal-hazırda BDU-da 2-ci kursda oxuyuram. İxtisasım İqtisadiyyatdır. İngiltərədə Mançester kimi universitetlərdə bakalvra qəbul olmaq üçün təxmini nə qədər orta bal tələb olunur? Məndə 75.dir.

Əslində bu ballada girmək olar, bu baxır ixtisasa. Amma daha rahat qəbul üçün 80-dan yuxarı olsa yaxşı olar.

İngiltərədə necə magistr oxuya bilərəm?

İngiltərədə magistr elmi dərəcələri aşağıdakı kimidir: MA– humanitar elmlər üzrə magistr MSc – texniki elmlər üzrə magistr LLM – hüquq üzrə magistr MBA – iş administrasiyası üzrə magistr Magistr üçün tələb olunan sənədlər isə : IELTS nəticəsi, Bakalavrda bitirdiyiniz ixtisasın Magistrdə davam etdirmək istədiyini ixtisasa uyğun olması, GPA ( orta nisbi bal )

İngiltərədə bakalavr və ya magistr oxumaq üçün nə qədər IELTS toplamalıyam?

Standard IELTS balı ingiltərə üçün 6.5 baldır lakin yüksək reytinqli universitetlər 7.0 və ya yuxari, və dəqiq elmlər isə bir çox hallarda 6.0 ilə qəbul edirlər.

İngiltərə Universitetlərində pulsuz təhsil ala bilərəm?

Xeyr, İngiltərədə təhsil tamamilə ödənişlidir. İllik təhsil haqqı isə minimum 10.000 manat-dan başlayır

İngiltərədə təhsil almaqla nə əldə edə bilərəm?

İngiltərədə qatılacağınız bir təhsil proqramında mükəmməl təhsili və imkanlardan yararlanacaqsınız – İngilis məktəbləri, kollecləri və universitetləri şagird qəbulu üçün İngilis hökuməti və təhsil müəssisələri tərəfindən təyin olunan çox keyfiyyətli standartlarını qarşılamaq məcburiyyətindədir P.S: Dünyanın ən yaxşı 6 Universitetindən 4-ü İngiltərədədir

Salam,men Azerbaycan Diller Univerditetinin 2-ci kurs telebesiyem.Magistr tehsilimi Boyuk Britaniyada davam etdirmek uchun IELTSdan bashqa diger imtanlari vermeliyem?ve dovlet proqrami ile tehsil ala bileremmi ve nece?evvelceden teshekkur edirem.

Salam, IELTS 6.5 olamlıdır. Başqa imtahan yoxdur. Yazı işləri var onları da biz həll edirik. Dövlət proqramına müraciət etmək üçün gərək ixtisasınız proritet ola. Siyahıya Təhsil Nazirliyinin Xaricdə Təhsil proqramından baxa bilərsiniz.

salam men hal hazirda bu il 8ci sinfi bitirdim 9a kecirem. men gedib aile yaninda veya yurdda qalib 4 il high school oxuya bilerem mi londonda veya basqa bir boyuk britaniya seherinde? bunun ucun neler lazimdi yaza bilersiz? hara getmek nece qeydiyyat elemek ve s? bir de high school illik pullu veya pulsuzlar var? hansi senedler lazimdir

alam, Bəli gedə bilərsiniz. İngilis diliniiz varsa bu sentyabrdan gedə bilərsiniz. Sizin 16 yaşınız olmadığı üçün yalnız yurdda qala bilərsiniz. UK də ən ucuzu hər şey daxil 28 min funtdur. Əlaqə üçün 012 492 68 53. Anar müəllim. Qalanları biz həll edirik.

salam boyuk britaniyada bakalavr oxumaga gore gerek 1 il foundation kecmelisen de ya orda ya da burda.. bes eger 12ci sinfi amerikada flexle oxuyub bitirsek bir sonraki il ielts balım ve qiymetlerimde boyuk britaniyada tibbe vere bilerem?

Böyük Britaniyada Tibb oxumaq üçün iki il A-level götürməlisiniz. Eyni zamanda, MCAT imtahanını da verməlisiniz. Eyni zamanda tibb ixtisasına sənəd qəbulu digər ixtisaslara nisbətən çox tez bitir. Əgər Böyük Britaniyada tibb ixtisasına qəbul olmaq istəyirsinzsə, Böyük Britaniyada A-level (iki illik foundation) götürməyiniz məsləhətdir.

Salam. Men boyuk britaniyada birbaşa bakalavr tehsili ala bilmerem? mutleq burda bir il bakalvr oxumalıyam? basqa cur mumkun deyil? bes amerika nece? bir de mene dovletin maliyyelesdirdiyi sahelerin linkini ata bilersiz? ve men nece baxa bilerem fakultelerin qiymetlerine? telebe yataqxanalatının qiymetleri ne qederdir?

Salam. Böyük Britaniyada bakalavr təhsili üçün gərək bir il burada oxuyasınız və ya Böyük Britaniyada foundation götürəsiniz. Amerikada təhsil almaq üçün birbaşa attestatla gedə bilərsiniz, lakin SAT balınız olmalıdır. SAT yoxdursa, gərək foundation götürəsiniz.

salam.men ingilterede 2 ci tehsil almaq ucun hardan baslamaliam ilk once ne etmeliem?

Salam, Burda bakalavr bitirmisinizsə və təzədən bakalavr oxumaq istəyirsinizsə o zaman sizə bakalavr diplomu qiymətləriniz və IELTS 6.5 lazımdır. və ya magistr üçün də.

Salam , 6.0 ( reading 6.0 , listening 6.0 , speaking 7.0 , writing 5.5 ) IELTS ile Ingiltere ve ya Kanadada iqtisadiyyat yaxud maliye uzre magistr tehsili almaq mumkundur? Eger mumkundurse , hansi sayt vasitesile bu barede maraqlanmaq olar?

Salam, Kanada da artıq gecdir. Son müraciətlər keçib. Amma İngiltərə də oxuya bilərsiniz. Amma bu döblət proqramı üçün uyğun olmayacaq. Çünki IELTS yetərli deyil. Bizimlə əlaqə saxlayın.

Salam. Men halhazirda turkiyede tehsil aliram. 1ci kursam, amma ingilterede tehsil almag isteyirem. Bele birsey mumkundur mu? Ve ne etmeliyem? Sualimi cavablandirsaniz cox sevinerem. Onceden tesekkurler

Salam. Siz Türkiyədə birinci kursu bitirdikdən sonra təbii ki, təhsilinizi İngiltərədə davam etdirə bilərsiniz. Bunun üçün bizə attestatın ingiliscə tərcümə və təsdiqi, universitetdəki qiymətlərinizin çıxarışı (transcript) ingiliscə deyilsə, onun tərcümə və təsdiqi, passport və İELTS sertifikatı lazım olacaq (İELTS 6.0-6.5). Bu sənədlər hazırdırsa, təhsilini Böyük Britaniyada davam etdirməyinizdə problem yoxdur.

salam.men orta mektebi bitirmisem, hec bir ali tehsilim yoxdu amma ingilis dilinde cox da profisanal daniwa bilmesem de fikrimi izah ede biliremisdiyirem .isdiyirem ki Böyük Britaniyada her hansi kurslarin birində və yaxud da məktəbində danişığımı genişləndirim.Onu da nezerinize catdirim ki men 2006 ci ilde CELT kursunda tehsil almisam.Siz SELT kursu olaraq mene teklif ve tovsiyeleriniz ne olar

Salam. Müraciətiniz üçün təşəkkür edirik. Ilk öncə bir sual vermək istərdim ki, xaricdə ingilis dili kursunu bitirdikdən sonra xaricdə Universitet oxumaq istərdiniz ya sadəcə dil kursuna qatılmaq üçün Böyük Britaniyaya gedirsiniz?

salam ingilteredede tehsil almaq ucun ielts-den savayi iki il bakalavr tehsili mutleq lazimdi?

Böyük Britaniyada bakalavr təhsilinə başlamaq üçün Azərbaycanda bir illik təhsil bakalavr təhsili kifayətdir. İki il təhsil almağa ehtiyac yoxdur.

Salam.Mənim dil sertifikatım yoxdursa mən İngiltərədə A-Level proqramından keçə bilərəm? Birdə, Oxford universitetində Tibb(Cərrahlıq İxtisası) neçə il oxumaq lazımdır?

Salam. A-level proqramına qoşulmaq üçün İntermediate ingilis dili səvviyəniz olmalıdır. İELTS sertifikatınız yoxdursa, bizim İçərişəhər ofisimizdə A-level proqramı təklif edən təhsil müəssisəsinin imtahanına qoşula bilərsiniz. Oxford Universitetində tibb təhsili 6 ildir.

Salam.Mən sizin şirkət vasitəsilə sənədlərimi Oxford universitetinə göndərə bilərəm?Amma dil sertifikatım yoxdur, İngilis dilini orta bilirəm.Və dili universitetdə öyrənməyimi fikirləşirəmş.Orta məktəb göstəricilərim əladır və xüsusi növ Fərqlənmə şəhadətnaməm var.Olimpiada iştirakçısıyam(keçən sualıma ətraflı cavab yazdığınız üçün çox sağolun).

Salam. Oxforda daxil olmaq üçün, ilk öncə iki il A-level proqramına qoşulmalısınız. Müvəffəq olsanız, Oxford və Cambridge kimi universitetlərə qəbul ola bilərsiniz. Azərbaycanda təhsil 11 illikdir, Böyük Britaniya isə Oxforda daxil olmaq üçün 13 il təhsil almalısınız. Təhsil sistemlərimiz uyğunsuz olduğu üçün 2 il mütləq oxumalısınız. Fərqlənmə diplomunuz və Olimpiada iştirakçısı olmağınız sizi bu iki ildən azad edə bilməyəcək, amma güclü tələbə olduğunuzu nəzərə alıb,inanıram ki, sizin Böyük Britaniyada 2 illik A-level proqramı çərçivəsində daha yüksək nəticələr qazana biləcəksiniz.

Salam, Amerikada 1 il foundation oxuyub, Ingilterede hec bir imtahan vermeden bakalavr tehsili almaq mumkundur?

Salam, Əgər Amerikada bizim İNTO foundation proqramlarında oxusunuz bəli sonra UK mümkün olar amma UK-də oxuyacaqsınızsa buna nə ehtiyac var. UK-də foudnation daha rahat olar.

Salam, mən oxbridge’də (oxford/cambridge) nəzəri fizika oxumaq istəyirəm. Ancaq bilirəmki mənə A-level lazım olacaq.. Siz hansı şəhərlərdə A-level kursu təklif edə bilərsiniz? A-level qiymətləri orta məktəb attestatı ilə equivalent hesab olunur? Yəni tutaq ki, A-level nəticəm; A*A*A* oldu və mən oxbridge’dən əlavə Amerikada oxumaq istədim. Bu qiymətlərlə birlikdə SAT imtahanı verib Amerikaya gedə bilərəm? Birdə orta məktəb GPA çox aşağıdı məndə ona görə çox istəyirəm A-level proqramını. Kömək etsəz əla olar 🙂 Aşağı GPA problem yaratmazki?

Salam, A Level götürmək üçün attestat mütləq lazımdır. Bəli bizim cambridge də gözəl A Level proqramlarımız var. Bizim attestat yalnız GCSE sertifikatına bərabərdir. A Level attestat olmasa qəbul ola bilməzsiniz. Qİymətlər 18-22 min funt arası dəyişir seçdiyiniz şəhərdən asılı olaraq. 3 Star almaq əladır amma asan da deyil. Əgər üstəlik Amerikada oxumaq istərsinizsə o zaman SAT də verməlisniz. Həmin sizə kömək edəcək. Məktəbin nümayəndəsi Aprelin 13 bizim ofisdə görüş təşkil edəcəklər. Məsləhət görərdim gəlib iştirak edəsiniz. Attestat qoymətləriniz yaxşı olmalıdır amma yenə onların intervyusu önəmlidir.

Cambridge universitetinde MBA tehsili uchun GMAT ve ya GRE mecburidirmi?

Salam, Dünyanın əksər güclü MBA programlarında GMAT məcburidir. Çünki GMAT bilikləriniz olmasa MBA oxumaq həm mümkünsüz olacaq həm də mənasız. İlkin çətin görünür amma bu sizin özünüz üçün də əhmiyyətlidir.

Salam. Boyuk Britaniyanin orta seviyyeli universitetlerinde. en asagi qiymetle neçeye oxumaq olar? ve ya pulsuz oxumaq mumkundurmu?

Salam. Böyük Britaniyada ən aşağı təhsil haqqı 12 min manatdır. Pulsuz oxumaq Dövlət Proqramı ilə mümkündür. Büdcənizə uyğun deyilsə, daha aşağı təhsil haqqı olan başqa ölkələrin universitetlərini məsləhət görə bilərik.

Salam, Mene Magistr tehsilimi B.Britaniyada davam etdirmek isteyirem “Drug chemistry” sahesinde, bunun ucun dovlet programindan basqa teqaud programi meslehet ede bilersinin? Evvelceden tesekkuurler

Salam. Təəssüf ki, Dövlət Proqramından başqa təqaüdlü proqram tanımırıq. Əgər öz hesabınıza həm Böyük Britaniya, həm də digər ölkələrdə daha aşağı təhsil haqqı ilə tədris almaq istəyirsinizsə bizə müraciət edə bilərsiniz.

Salam . Azerbaycanda 1il universitet foundation sayılir.bes hemin foundationu Britaniyanin mehşur universitetleri taniyir?

Salam. Oxford, Cambridge və tibb proqramlarından başqa hamısına qəbul ola bilərsiniz.

Mən hal hazırda sənayenin təşkili və idarə olunması üzrə 2ci kursda bakalavr təhsili alıram. Londonun hər hansı universitetində magistr təhsili almağçün ielts minimum neçə olmalıdı? Və indermediate səviyyəsindən lazımi ilelts balı yığmağçün mənə neçə ay lazımdı? Universitet orta balı 70+ kifayətdi?

Salam. Böyük Britaniyada magistr oxumaq üçün minimum 6.5 İELTS balı olmalıdır. İntermediate səviyyəsini bitirmisinizsə, 6 aya yaxşı nəticə əldə etmək olar. Yaxşı universitetlərdə oxumaq üçün GPA 80+ olmalıdır.

Men oyrenmek isteyirdim ki Londonda Queen Mary universiteti ucun ne qeder ielts lazimdi? ieltsden basqa hansi imtahan lazimdi? universitet ortalama bali ne qeder olmalidi? Computer sciences master degree

Salam. Queen Mary universiteti üçün 6.5-7.0 balına ehtiyacınız olacaq. Orta balınız üçün 80+ olmalıdır.

Salam, mən 2 ci kursda oxuyuram və 2 il sonra, Böyük Britanyada magistr pilləsində təhsil almaq istəyirəm. Amma mənim 1 ci kursda 2 kəsirim olub və kəsiri vermişəm. Və E almışam. bu mənə xaricdə magistr pilləsi üzrə təhsil almağıma mane ola bilər? Əvvəlcədən təşəkkür!

Əgər magistr pulləsinə gedəcəksinizsa sonda topladığınız ortalama bal önəmlidir. Bu da o deməkdir ki, bakalavri bitirmək üçün kəsirləri düzəltməlisiniz. Bakalavra getmək üçün heç bir təsiri yoxdur.

Salam . Men university of london da tehsil almaq isteyirem. Eger qebul olsam dovlet hansı xercleri qarşılıyar ? Ödenişsiz oxumaq olar ? İndiden teşekkürler

Salam, Qəbul olmaq üçün şərtlərə cavab verməlisiniz. Əgər qəbul olsanız və ixtisasınız dövlət üçün proritetdirsə, bəli dövlət maliyyəsinə baş vura bilərsiniz. Dövlət bütün xərcləri qarşılayır amma təqaüdün şərtlərinə cavab verməlisiniz və müsahibədən keçməlisiniz.

irlandiyada sizin serfikatla foundation kecmek olar sonrasinda UKda bakalvr tehsili.hansi qurumlarda foundation kece bilerem fce neticesi ile (vizada problem olacaq?) ielts ile yox.Irladniyada kecirilen foundation ile italyan veya hollanidya universitetlerinin mumkunluyu necedir bes?

Bəli. İngiltərədən başqa heç bir yerdə belə bir problem yoxdur.

Salam böyük britaniyada hüquq tehsili almağı fikirleşirem.mene melumat vere bilersiz? Orada hüquq oxuduqdan sonra hansı işlerde işlemek mümkündür? Bakıda hüquqşunas işlemek mümkündür? Veya beynalxalq hüquq oxusam mümkün olacaq bakıda hüquq şunas kimi işlemek ? Özel ve dövletde harada çalışmaq mümkündür hüquq oxunulsa

Salam, İngiltərə hüquq Anglo sakson sistemidir. Azərbaycan hüququ daha çox Roman sisteminə uyğun gəlir. Amma fərq etməz dünayada hansı hüququ oxusanız Azərbaycanda işləmək üçün daxili imtahan verməlisiniz. Amma Azərbaycanda özəl təşkilatlarda belə bir tələb yoxdur. Hüququn bir neçə növü var. Məsələn kommersiya hüququ, cinayət hüququ. Nə seçməyinizdən asılıdır hansı sahədə işləməyiniz.

Salam. Londonda Yay mektebi ucun odenilen meblege ders kitab vesaitleri daxildirmi?

Summer Schoollar Londonda çoxdur. Bəzən qiymətə daxil olur, bəzən isə yox. Kursdan maraqlanmaq lazımdır. Hansı summer schoolla maraqlanırdınız?

Salam. Böyük Britaniyanın hansı şəhərlərində dil kurslarına qatıla bilərəm? Zəhmət olmasa cavablandırardınız. Təşəkkür edirəm.

Salam. Böyük Britaniyanın əksər böyük şəhərlərində dil kurslarına qatıla bilərsiniz. London, Liverpool, Oxford, Cambridge, Brighton, Bristol,Cardiff və s.

Salam. Böyük Britaniyanın hansı şəhərlərində qış və ya yay düşərgələrinə qoşula bilərəm?

Salam. Böyük Britaniyanın əksər böyük şəhərlərində qoşula bilərsiniz: London, Oxford, Bournemouth, Chester, Brighton və s.

113 Comments

  1. Salam. İngiltərədə ən yaxşı universitetlər magistr təhsili üçün hansılardı? Birdə dövlət hesabına olması üçün nə qədər bal lazımdı?

  2. Salam, hərvaxtınız xeyir . Mən sizdən xaricdə tibb təsili haqqında məlumat almaq istəyirdim. Mən hal-hazırda AzərbaycanTibbUniversitetində müalicə -profilaktika fakültəsində təhsil alıram. 2-ci kursa keçdim. Mən necə xaricdə təhsil ala bilərəm? İngiltərəni istərdim xüsusilə . Bir də İsveçrə . Xahiş edirəm mənə məlumat verin . Öncədən təşəkkürlər.

    • Transfer mümkün deyil. Sıfırdan başlamakısınız. İllk 30 min funt kimidir. Isveçrə kimi ölkələrdə öz dilindədir almanca bilməniz lazım. Almaniyada ingilizcə var ama 40 min avro.Ən ucuz tibbi tükiyədədir.onun üçün SAT və TOEFL lazım

  3. SALAM.EGER MENIM SAT I VE SAT II (4 FENNDEN FIZIKA,KIMYA,RIYAZIYYAT VE BIOLOGIYADAN),IELTS,TOEFL-IM OLARSA,TAM PULSUZ VE HEMCININ TEQAUD ALMAQ OLARMI? (4CU QRUPDAN TIBB VE YA 1CI QRUPDAN RIYAZIYYATDAN OLIMPIADA MUELLIMLIYI BAKALAVR TEHSILI). EVVELCEDEN TESEKKURLER.

    • Salam. UK də təqaüd yoxdur.və ora sat lazım deyil onsuz. ama onlar olarsa bəzi ünilər təqaüd verər amerikada ama 100 faiz verməz.

  4. Salam.İngiltərədə təhsil üçün İELTS balı və adi orta məktəb attestatı kifayətdirmi? Mən 10cu sinfi bitirmişəm Bakalavrı İngiltərədə oxumaq üçün yetərincə vaxtım varmı? Və yaşam və təhsil xərci haqqında məlumat verin,zəhmət olmsa

    • Salam. Bəli. Ofisimizə gətirin sənədləri. təhsil illik 15 min funt və yaşam 12 min funt.

  5. Salam.Men 10 cu sinifde oxuyuram.Polsada bakalavr tehsili almag isdeyirem.Hal hazirda a2 seviyyesindeyem.Polsada bakalavr tehsili ucun ne kimi imtahanlar lazimdir.Ve ielts i ne zaman bitire bilerem?

  6. Salam men ozum Huquqwunasam ve 2003cu ilde Azerbaycan Beynelxalq Universitetinin huquq fakultesini bakalavr pillesi uzre bitirmiwem. Ingiltere universitetlerinin birinde huquqwunasliq ixtisasi uzre magistr tehsili almaq isteyirem. Hansi ixtisaslardan, ne vaxt ve harada imtahan vermeliyem? Hansi odeniwler teleb olunur ve umumiyyetle prosedur necedir? Etrafli melumat vermeyinizi cox xahiw ederdim

  7. Salam.Men 10 cu sinif şagirdiyəm.İngilterede 11 ci sinifi bitirib ieltsle normal unilere qebul ola bilerem? Pullu olacaq yoxsa pulsuz pulludusa yasam xercleri daxil ne qeder olar ?minimum
    Tesekkurler

  8. Salam. MƏN 10 cu sinif sagirdiyem . Burda oxuyub ingilterede ielts bali ile unilerde oxumaq olar olarsa hansi uniler amma mumkun qeder az olsun illiki ve yaxud olmasin. Zehmet olmasa cavab yazarsizda

    • Salam.İelts imtahaninın balı ne qeder olmalıdır ki,Cambridge universitetinə daxil ola bilim? Bu arada men tercümeçilik oxumaq isteyirem.Teşekkürler.

    • Salam. Bu sadəcə IELTS bağlı bir şey deyil. Başqa bacarıqlarınız çox olmalıdır nəinki IELTS. IELTS 8.0 hər sahədə okeydır ama 9 olsa sizə bir faydası olmaz

  9. salam. memarliq ucun hansi uni.ler meslehetlidir? bide men burda memar ve insaat universitetine qebul olub. 1ci kursu burda oxuyub daha sonra ingilterede bakalavr tehsil ala bilerem? eger bele ede bileremse hansi imtahan vermeliyem

  10. Salam men 10 cu sinif sagirdiyem burda qebul olub magistrimi ingilterede davam eletdirsem xercim ne qeder cixacaq dövlet qarsilaya bilermi bu xerci (biznes idaretme isteyrem )

  11. Salam, Ingilis dili ve edebiyyati uzre bakalavrda GPA 95(honorary diploma), ielts 7 ile Boyuk Britaniyada Educational Managment ve ya Master of Education(Researching practice) uzre teqaudle magistr tehsili almaq mumkundur?

  12. Salam.Ingilis dili muellimliyini bitirib,her hansi ingilis dilli xarici olkede magistr tehsili almaq mumkundur,dovlet hesabina?ve ya şexsi hesaba?Yoxsa magistra hazirlaşan vaxt ixtisasi başqa yönde deyişdirmek lazimdir humanitardan deqiqe?

    • Salam. Dövlət hesabı uzun zamandır bağlıdır. Öz hesabınıza gedə bilərsiniz. Bunun üçün ofislərimizə yaxınlaşın.

  13. Salam Oxford Universitetinə hazırlaşmaq üçün nə lazımdır?neçə il hazırlamalıyıq və nəydən hazırlaşmalıyam.xaiş edirəm cavablandırasız. Təşəkkürlər

    • Oxforda qəbul çətin prosesdir, orta məktəb qiymətləriniz 5 olmalıdır, İmtahan nəticələrini yüksək olmalıdır. IELTS 7.5 və ya 8 olmalıdır. Motivation letter, referanslar güclü olmalıdır.

  14. Salam. Mən kollecdə xalçaçılıq oxuyuram amma Oxford Universitetində dizayner olaraq təhsilimi davam etdirmək istəyirəm. Bu mümkündür?

  15. Salam mən İncəsənət kollecində oxuyuram.Universiteti isə Oxford Universitetində oxumaq istəyirəm. Orda Dizayn fakültəsi var?

  16. Men 9cu sinifde oxuyuram proqramist olmaq isdiyirem.Bunun üçün londonda olan en yaxşı universitetler hansılardır?ve qebul olmaq üçün ne etmeliyem?

  17. Salam.sizin Ielts kurslari ne qeder muddetde olur? Qiymeti necedir? Orta seviyyeli ingilis dili biliyim var.oxfordda magistr ucun 6,5-7 bal almaq ucun ne qeder muddet kurs kecmeliyem.heftede nece defe. evvelceden tesekkur edirem.

  18. salam men 4cu kurs telebesiyem ixtisasim sosial isdir. bilmek isteyiremki bu ixtisas uzre Ingilterede teqaudle tehsil ala bilerem?

  19. Salam.Bakalavrı Riyaziyyat müəllimliyi olaraq bitirən tələbə ingiltərədə bu bölmə üzrə təhsil ala bilər təqaüdlə?və ya ixtisası dəyişib təhsil ala bilər?

  20. Salam.Men sizin ofisinize yaxinlasmaq isteyirem xaricde tehsillle bagli,etrafli oyrenmek ucun.Hansi filialiniza yaxinlasa bilerem?

    • Salam. İçəri Şəhər, 28 May, Nərimanov ofislərinə yaxınlaşa bilərsiniz. Türkiyə üçün sadəcə içəri şəhər.

  21. Salam.ingilterede tehsil almaq ucun ne vaxtdan hazırlasmaga baslamalıyam hsl hazırda 9 cu sinifem.zrhmet olmasa etraflı melımat vererdiz

    • Salam. UK də təhsil üçün indidən başlaya bilərsiniz. Çünki İELTS almaq zaman alacaq. Bir də attestat qiymətləriniz yaxşı olsun.

  22. Salam.Men bilmeki isterdimki eger Azerbaycanda hansisa bir ixtisas uzre tehsil aldiqda xaricde onu deyismek olurmu.Amma ixtisasla eyni sahe uzerinde qurulmus ixtisaslari nezerde tutram.Tesekkurler

    • Salam. Bəli mümkündür ama təbii hər uninin öz qərarıdır bu. Bəziləri qəbul etmir bəziləri edir. Əsas sizin dərslərlə onların dərslərinin uyuşmasıdır.

  23. Salam.men ingilterenin leichester city universtinde magistr tehsilimi devam ede bilerem?Ve yaxud tehsilimi devam ede bilerem?men hal hazirda 2 ci kursa kecirem.Geologiya-muhendisliyi tedris ingilis dilinde.Bilmek isterdimki ora qebul olmaq ucun sertler ve illik tehsil haqqi xercim ne edr olacax?Evve;lceden tesekkurler

    • Salam. Qəbul üçün İELTS 6.5 lazımdır. Bəli orda oxuya bilərsiniz. Ətraflı İçəri Şəhər ofisində Anar müəllimlə danışın

  24. Salam. Men 3il sonra Tibb Universitetini bitirirem. Tibb tehsilimi Ingilterede davam etdire bileremmi? Yeni rezidenturani? Eger mumkundurse şertler nelerdir?

  25. salam.men hazirda ADNSU’da tehsil aliram.geologiya-muhendisliyi tedris inglis dilinde.ve tehsilimi Boyuk Britaniyada devam etdiremk arzusundayam.onun ucun nece ustunluklerim olmalidi.Xerc,yasayis falan?eyer tehsili devam etdiremk olmursa,magistraturani hansi sertlerle oxuya bilerem Boyu Britaniyada?evvelceden tesekkurler

  26. Salam. mən xaricdə magistr təhsili almaq istəyirəm. ən ucuz yaşam xərcləri olan xarici ölkələr hansılardır.və nə qədərdir.təhsili yaxşı olan. Və birdə magistr təhsilini pulsuz verən ölkələr hansılardır.(bunların ikisi biryerdə olanları varmı?)zəhmət olmasa deyərdiz.əvvəlcədən sağ olun.

    • Salam. Bu tələbləri istəmək asandır. Onların hamısı var ama önəmli olan sizin nəyiniz var. İELTS, yüksək GPA və yaxşı təcrübə. İndi mən sizə bu ölkələri sayım ama yaxşı GPA olmayandan sonra onlara qəbul ola bilməyəcəksiniz ona görə sual verəndə öz profilinizi desəniz daha yaxşı və düzgün olar ki mən doğru yer deyim sizə. Almaniya və Norveç təhsil haqqı yoxdur. Macarıstanda təqaüd programı var. Çində də təqaüd var. Dediklərim yüksək olarsa bəli bunlara şansınız var. Əgər zəifdirsə xeyir.

  27. Ingilterede magistr tehsili almaq isteyirem pulsuz oxumaq ucun ne etmeliyem bu universitetler telebelere teqaud veririmi verirse ne qeder ?

    • Salam. UK də magistr üçün İELTS 6.5 və bakalavr diplomu lazımdır. Pulsuz təhsil yoxdur və ödəmə etməlisiniz .

    • Xeyir. Ukdə unilərin öz təqaüdü var ama onları udmaq çooox çətindir. UK də ümumi pulsuz oxumaq indi mümkün deyil. Macarıstanı sınayın. Reallığı qəbul edin. Pulsuz və hər kəsin arzuladığı ölkə yan yana olmur təssüf ki)))

  28. Salam, mən BDU Hüquqda ingilis bölməsində təhsil alıram. İngiltərədə təqaüdlə hansı universitetlərdə təhsil ala bilərəm və ödənişsiz təhsil alsam illik yaşam haqqım necə olar? Təşəkkürlər əvvəlcədən.

  29. SALAM MEN TIBB UNIVERSITETININ 2CI KURSUNU BITIRIB INGILTERENIN HER HANSI BIR UNIVERSITETINDE VE YA OKSFORDDA PULSUZ TEHSIL ALA BILEREM? ALA BILEREMSE BU HANSI SERTLER ALTINDADIR?ZEHMET OLMASACAVABLANDIRARDINIZ.

    • Salam. Biz bütün sualları cavablayırıq.Gün içində təbii. Öncəki yazıda dediyim kimi UK tibb çox zaman başqa ölkədə tibbə qəbul olmusunuzsa almır. Ama UK də tibb çooox çətin və bahalıdır. Tibb üçün heç bir təqaüd yoxdur. Əgər yenə israr edirsəniz mən sizə MCAT imtahanı, yüksək İELTS götürün və təbii ki TİBB qiymətləriniz super olmalıdır. O halda başvura bilərsiniz ama yenə qəbul edərlər əmin deyiləm. Ama pulsuz olma ehtimalı yoxdur. Buna büdcəniz yetmirsə ora getməyə məcbur deyilsiniz.İndi dövlət təqaüdü də yoxdur. O səbəbdən ya burda tibbi bitirib rezidenturaya gedəcəksiniz ya da tibbi buraxıb imtahanlara hazılaşıb ~Türkiyə, Macarıstan kimi ölkələrə gedəcəksiniz. Bunun üçün attestat və TOEFL yetərlidir. Bu ölkələrdə təqaüd alma şansınız var.

    • Azərbaycanlılar üçün ən uyğun və ucuz ölkə Türkiyədir. Onun üçün SAT və dil biliyi lazımdır. Ətraflı Fərid m zəng edin. 0503 5939

    • Salam. Oxforda və digər bütün universitetlərə İELTS məcburidir. Yoxsa Oxfordda yer olmazdı. Akademik İngilis dilini bilmədən oxumaq mümkün deyil onsuz.Ama öyrənmək də çətin deyil. Ama Oxford 8 bal istəyir çox ixtisası üçün. Ama tək 8 İELTS olsa qəbul olacaqsınız deyə bir şey yoxdur. Ora qəbul üçün 4-5 il öncədən planlı şəkildə hazırlaşmaq lazıdmır. Çox rəqabət var və rəqbətdə udmaq üçün çox fərqli bacarıqlara malik olmalısınız. Standard testlə çox rol oynamır. Hər 8 alan ora qəbul olsaydı orda yer olmazdır))). Əsas standard testləriniz olduqdan sonra müsahibə motivasiya niyə fərqlisiniz kimi suallara orda cavab vermənizdir.

  30. İngiltərədə psixologiya və rəssamlıq üzrə oxumaq istəyən tələbələr üçün şərtlərlə bağlı məlumat verə bilərsiniz?

    • Rəssamlıq qabliyyət sahəsinə girir. Yəni IELTS və GPA dan əlavə sizdən xüsusi bacarıq göstərisi istəyəcəklər. Məsələn sizə tapşırıq verəcəklər onu etməniz lazım olacaq və ya poftfolionuza baxacaqlar.

  31. Salam men orta mekteb vaxdi mektebden cixmisam 8 ci sinifden men indi 0 dan baslayib hazirlasib ingilterede trgaudlu yatili univeristetde oxumaq isdeyirem mektebden şehadetnamem ve atestatim yoxdur men men ingilterede tehsil almaq ucun ne etmeliyem hansi imtahanlari vermeliyem ve hansi senedler lazimdi sualimi cavablandirsaniz cox sevinerem onceden tesekkurler

    • GB da uni 3 ildir ama attestatla bir il foundation yəni hazırlıq keçib sonra 3 il bakalavr oxumalısınız. Oxford kimi unilər foundation qəbul etmir. Onlar üçün attestatı bitirdikdən sonra 2 il A Level oxumalısınız. Oxford və Cambridgedən başqa unilər üçün foundation 1 illik hazırlıq kifayət edir.

  32. Mən GB’da Oxford’da (və ya hansısa tanınmış universitet ola bilər) oxumaq istəyirəm.Kompüter elmləri.Mən magistratura yox universitet oxumaq istəyirəm.Ora hazırlaşmaq üçün nələri bilməliyəm.9-da oxuyuram qiymətlərim çox yaxşıdı.İndidən hazırlaşmaq istəyirəm.Pulsuz necə qəbul ola bilərəm?

    • Salam. Top universitetlərə getmək üçün attestat qiymətləriniz çox yaxşı olmalıdır. SAT I, SAT II və İELTS imtahanı verməlisiniz. Pulsuz alacağınız bala görə təqaüd imkanları var ama öncə balları yığmaq lazımdır.

    • Sizcə “Kompüter elmləri” və ya başqa bir ixtisası götürək , xaricdə oxumağı planlaşdırırıqsa Böyük Britaniya , ABŞ yoxsa Kanada yaxşı olar?

    • ABŞ və Kanada mütləq. Oxuduqdan sonra orda qalmaq üçün mütləq Kanada ama ABŞ da mümkündür.

    • Dediz ki, SAT I , SATII və İELTS imtahanları verməliyəm.Mən nə vaxt başlamalıyam və nə vaxt bitirəcəm.Əgər mən xaricdə oxuyacamsa bir dəfəlik ora imtahan verməliyəm.Yoxsa atestat və bu 3 imtahanın nəticələri bəs eləyir?

    • Universitetlərin bir başa imtahanı yoxdur. İlk SAT I və SAT II və TOEFL (ABŞ ve Kanada üçün) bunlardan sonra ikinci tur üçün müsahibə elan edirlər ondan sonra qərar çıxır.
      Həmən başlamalısınız. Çünki bunlara hazırlaşmaq bir günün işi deyil. və unutmayın ki ABŞ və Kanadanın top unilərinə Sentyabr başlanğıcı üçün qəbullar yanvarda bitir. Ona kimi hazır olmalısınız. Yəni 11-ci sinifin yanvarına kimi.
      Bizim ofislərdə hazırlaşa bilərsiniz. Qəbul üçün də dəstək verəcəklər.

  33. Salam. Mən ingilis dili müəllimliyində 4cü kursda oxuyuram. Magistra hazırlaşıram. Magistrın 1 ilini Azərbaycanda ikinci ilini İngiltərədə Dövlət Hesabına davam etdirə bilərəmmi? Bunun üçün İELTS dərəcəsi neçə olmalıdır? Orta göstəricim 91di.

    • Salam,

      Xeyir transfer mümkün deyil. Gərək bakalavrı bitirdikdən sonra gedəsiz xaricə. Dövlət proqramı hazırda yoxdur, əgər olarsa, bəli mümkün ola bilər

    • İngiltərədə magistr bir il olduğu üçün bu mümkün görünmür. Ama burda birinci ilinizi bitirin UK də bir ilə magsitr pilləsini bitirə bilərsiniz. Fərid müəllimin dediyi kimi dövlət təqaüdü hal hazırda aktiv deyil.

  34. Salam. Mən Bakı Mühəndislik Universiteti Riyaziyyat müəllimliyi məzunuyam. GPA- 82dir.Liverpool Universitetində ödənişsiz təhsil alma şansım varmı? birdə bizim universitetin diplomu orda tanınırmı?

    • Salam. Diplonunuz tanınır təbii ki. Ama UK də ödənişsiz təhsil yoxdur. Bəzi universitetlər təqaüd təklif edir ama rəqabət güclüdür və gərək çoxlu əlavə bacarığınız olsun. Ama eyni zamanda Almaniyada ödənişsiz təhsil ala bilərsiniz. Eyni zamanda Norveçdə.

  35. Salam iqtisadiyyatda 1 ci kurs telebesiyem nece ve mayda ieltsden umtahan verib 6.5 i kecsem uk de tehsilimi davam ede bilerem? Ve orada universitetlerin hal hazirda illikleri ne qederdir?

    • Salam. Əgər IELTS 6.5 alsanız bəli orda davam etdirə bilərsiniz problemsiz. Alan kimi ofislərimizə müraciət edin. Ya da indidən müraciət edin şərtli qəbulunuz alaq hazır qalsın. İlliklər dəyişir 8 min funtdan başlayır. Ama detallı Baksovet və ya 28 May ofisinə yaxınlaşın zəhmət olmasa.

  36. Salam mən İngiltərədə filiologiya üzrə bakalavr təhsili almaq istəyirəm.Mənə necə istiqamət verə bilərsiniz?
    Təşəkkür edirəm.

    • Salam, İngiltərdə 100 dən çox bizim əməkdaş etdiyimiz universitetlər var. Bizə attestat və digər sənədlərinizi gətirmək lazımdır. Dəyərləndirib sonra sizə həm universitetlər haqqında həm də təqaüd imkanları haqqında məlumat verəcəyik. Bütün sənədləriniz götürüb ofislərimizə yaxın laşın zəhmət olmasa.
      Ünvanlarımız: https://www.celt.az/contactus/
      Xaricdə təshil üçün İçəri Şəhər, 28 May, Nərimanov ofislərinə yaxınlaşa bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla