Bu bloqda çoxları üçün maraqlı olan İtaliyada təhsildən, əsasən də çoxları üçün sual altında olan bir məsələdən danışmaq istəyirəm. 12 illik təhsil olmadan İtaliyaya gedə bilərəmmi? Əksəriyyət xeyir deyir və bakalavr üçün ən az 12 ilin vacib olduğunu bildirir. Əslində cavab düzgün deyil və 11 illik təhsil ilə də İtaliyaya getmək mümkündür. Gəlin görək bu necə mümkündür. Əgər siz İtaliyada oxumaq üçün ilk öncə başqa bir ölkəyə müraciət edib və ya 1 ili Azərbaycanda keçirtmək və yerli universitetlərdən birinə ilkin qəbulu almaq istəmirsinizsə Foundation proqramını seçməniz məsləhət görülür.

Foundation proqramı nədir? İtaliyada foundation proqramı varmı?

Foundation təhsil proqramı olub 2 sahəyə bölünməkdədir. Humanitar və Elmi sahələr üzrə bölünən bu proqram ingilis dilində tədris edilir və 12-ci akademik ili təmin etməkdən ötrü ən faydalı proqramdır.

Proqramda təlim alan tələbələrdən ingilis dilini ən az B2 səviyyəsində tamamlamaları tələb olunur.

Kimlər müraciət edə bilər?

  • 11 illik məktəb təhsili olan tələbələr
  • 12 illik təhsili olsa belə dil biliyi zəif olan tələbələr
  • hətta 10 illik təhsili olan tələbələr də deyə bilərik (foundation müddətində daha çox dərs kreditləri götürmək şərti ilə)

Foundation proqramında seçimlər hansılardır:

  1. Foundatin Course in Humanities – 60 kredit

Bu proqramda modullar aşağıdakı kimi bölünür:

  • İtaliyan ədəbiyyatı- 12 kr
  • Müasir Avropa tarixi- 9 kr
  • Yunan və Roma arxeologiyası- 6 kr
  • İncəsənət tarixi- 6 kr
  • Fəsləfi düşüncələrə giriş- 3 kr
  • Digər 24 krediti isə İtaliyan dili və mədəniyyəti dərsindən alaraq ümumi 60 kreditə yiyələnə bilərsiniz.

Təhsil haqqı: 5000 Avro

2. Foundation Course in Sciences – 60 kredit

Bu proqram tələbələri Kənd Təsərrüfatı, Komputer elmləri, İqtisaddiyat, Mühəndislik, Riyaziyyat, Tibb, Təbiət Elmləri, Əcazçılıq və Fizika kimi sahələrə hazırlayır.

Bu proqrama modullar aşağıdakı kimi bölünür:

  • Riyaziyyat dili, modelləşdirmə və mühakimə- 12 kr
  • Fizika- 9 kr
  • Kimya- 6 kr
  • Biologiya- 6 kr
  • İqtisadiyyatın prinsipləri və idarə-etmə- 3 kr
  • Geri qalan 24 krediti isə yenə də İtaliyan dili və mədəniyyəti dərslərindən əldə edəcəksiniz.

Təhsil haqqı: 5000 Avro

 

 

Qəbul şərtləri

  • Attestat
  • B2 səviyyəsində ingilis dilini təsdiq edən sənəd
  • Passport
  • Motivasiya məktubu və s.

Son müraciət tarixi

* 2 May 2018

 

Baba Karimli

Student Recruitment Coordinator  

m. +994 50 787 57 66

t.   +994 12 408 43 20
e.  baba.karimli@celt.az
w.  www.celt.az

2 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla