Kanadada Təhsil ilə bağlı Sual və Cavablar

Kanadada Təhsil ilə bağlı Sual və Cavablar yazımızı təqdim edirik. Kanada hər kəsin getmək, oxumaq və yaşamaq istədiyi bir ölkədir. Kanadada təhsil alan tələbələr bitirdikdən sonra çox rahatlıqla yaşama və işləmə icazəsi alıb həyatlarını orda davam etdirə bilərlər. Eyni zamanda Kanada ingilis dilli ölkələr arasında ən ucuz təhsil haqqı sisteminə malikdir. Kanadaya xoş gəldiniz!

 

Salam.Men hal hazırda BDU da kompüter elmlerinde 3-cu kursda oxuyuram.magistrantruani Kanada da McGill Toronto üniversitetinde dovlet sifarisi ve odenisli ile oxumaq ucun ne etmeliyem ne senedler lazımdı bali ne qederdi?

Salam,Qəbul üçün yaxşı GPA (ortalama bakalavr qiyməti) olmalıdır. Normalda 100-dən 80 və ya yuxarı. Çünki Kanada magistrları çətindir və qəbul şərtləri də. Eyni zamanda IELTS ən azı 6.5 və müknüsə yuxarı. Dövlət təqaüdünə gəldikdə bu hələ bəlli deyil. BU olacaqmı olmayacaqmı bilinmir və məsləhətdir bu barədə təhsil nazirliyi ilə əlaqə saxlayın.

Salam kanadada toronto universitetinde huquq uzre bakalavr tehsili almaq isteyirem tehsil haqqi ne qederdir ve illik yasam xercleri teqriben hansi mebleg olacaq bu haqda melumat verseniz cox sevinerem

Salam. Kanadada bakalavr Toronto universitetində illik 25-35 min Kanada dollarıdır. İllik yaşayış yataqxanada 12 min dollardır. Qəbul üçün IELTS 6.5 lazımdır. Attestat qiymətləriniz yaxşı olmalıdır. Bizim Baksovet ofisinə baş vura bilərsiniz.

Tehsilimi kanadada qiymeti davam etdirmeyi cox isteyirem amma illik qiymeti 10 mini asmayan max 15 min olan hansi unide huquq tehsili ala bilerem? bunun haqda da melumat verseydiniz cox sevinerem

10-15 min dollar arası ancaq College-lərdə olar. İki orda oxuyarsınız ondan sonra iki il universitet oxuya bilərsiniz. 15-17 min dollarlıq universitetlər tapmaq olar amma çox yaxşı reytinqi olmayacaqdır.

Salam. Mende Ielts 6.5 var. Bakalavr üzre Kanadada computer science üzre demek olar bir çox universitete daxil oluram. Bilmek isteyirem ki, universitetlerin özlerimin verdiyi teqaüdlerden nece yararlana bilerem?

Salam, Bakalvr üçün heç bir universitet tam təqaüd vermir. Maksimum giriş təqaüdü ala bilərsiniz o da 2 min dolları keçmir.

Salam men torontoda oxumaq ucun sened qebulunun vaxtini oyrenmek istiyirem 11 sinif sagirdiyem.

Salam. Torontonun son qəbul tarixi fevral ayında olmalıdır. Fevralın 1-dən başlayır.

Salam men hal bakalavr tehsilimi Kanadanin Toronto universitetinde almaq isteyirem. Mathematics & Economics bolmesine baxdim, orada teleb olaraq “six grade 12 U or M courses” ile qarshilashdim. Tam olaraq ne oldugunu izah ede bilersiz zehmet olmasa?

Salam. Six grade 12 U or M Kanadanın təhsil sisteminə aiddir. Azərbaycandan Torontoya qəbul olmaq üçün attestat və İELTS lazımdır.

Salam.Toronto universitetinde tehsil odeniwleri ile bagli melumati nece elde ede bilerem?

Bir illik təhsil və yaşama xərcləri üçün təqribən 50 min dollar xərciniz çıxacaq.

Kanadada Təhsil ilə bağlı Sual və CavablarSalam attestatla kanadada əyani təhsil alib həmdə oxuya oxuya işləyə bilərəm . əgər olursa illik təhsil haqqı nə qədərdir və hansı şəhərlərdə oxuya bilərəm . çox sağ olun

Salam, Oxuya oxuya sadəcə yarım ştat işləyə bilərsiniz. Kandada illik təhsil haqqı 17 min dollardan başlayır. istənilən şəhərdə oxuya bilərsiniz. Amma orda işləməklə yaşayış və təhsil haqqınızı ödəyə bilməzsiniz. Aldğınız az maaş yetməz

Salam Men Baki Slavyan Universtetinde oxuyuram 2 ci kurs telebesiyem Ixtisasim Rus Dili uzredi Ve Magistiri Ingilis dili Uzre oxumaq isteyire, Magistir Tehsilimi Canadada Almaq Istiyirem Bilmey istiyerdim Bunun ucun hansi senedler lazimdi? Ve orda Tehsilin ne kimi Avantajlari var?

Salam. Kanadada təhsil üçün dillər üzrə oxuyacaqsınızsa İELTS 7.0-7.5 lazım olacaq. Yüksək GPA balı və büdcəniz olmalıdır.

kanadada aylig yasam xerci? magistr ucun qebul qaydalari? busines economics kiki fenler ucun magistre qebul sertleri?

Kanadada aylıq yaşayış xərci 1000-1500 dollar arasındadır. Magistr üçün İELTS 6.5 və GMAT lazım olur bəzi universitetlərə.

Salam, Men artiq University of Toronto ve McGill University e muraciet etmisem. Eger men butun lazimi senedlerimi yanvarin 15 e qeder gondersem texmini olaraq cavabi ne vaxta ala bnilerem?

Salam. Təqribən 1-2 aya cavab alarsınız.

salam… men kanadada civil engineering. bachelor tehsili almaq isdeyirem… bunun ucun ne wertler var… tejsil haqqi ve oxuma cetinliyi ve bir sira melumat vermeyinizi xaiw edirem…tewekkurler. ..

Salam. Kanadada bakalavr oxumaq üçün sizə İELTS 6.5, yaxşı attestat qiymətləri və büdcəniz olmalıdır. Təhsil haqqı 17 min dollardan başlayır. Kanadada təhsil çətindir, lakin gündəlik dərslərinizə diqqət etsəniz qiymətləriizdə problem olmaz.

men kanada universtlerinin birinde dovlet hesabina oxumaq istiyirem. tqdkyla olarmi??

Kanadada dövlət hesabına təhsil almaq üçün ilk öncə siz Kanada universitetlərindən birinə qəbul olmalısınız. Bunun üçün ilk öncə sizə İELTS balı və yaxşı attestat balı lazımdır. Ondan sonra dövlət proqramına müraciət edə bilərsiniz. Dövlət proqramına müraciət edəndə TQDK balı əlavə üstünlük ola bilər, amma vacib deyil.

men kanadada tehsil almaq istiyirem universtetde tqdkyla oxumaq olar ? cavablasaniz sevinerem

Salam. TQDK balı istənilinir, amma vacib deyil. TQDK balı olmasa da təqaüd verirlər. Əsas odur ki, attestat qiymətləriniz yaxşı olsun və əlavə uğurlarınız olsun.

salam,men Kanadada(University of Toronto) dovlet hesabina oxumaq isteyirem,11ci sinifde oxuyuram,bunun uchun mene tek IELTS ve TQDK ballarinin neticesi bes edermi?Bezi saytlarda yazilib ki,men SAT da vermeliyem

Salam. Torontoya qəbul üçün tək İELTS balı kifayətdir. TQDK və SAT balına ehtiyac yoxdur. Sizin İELTS balınız varsa, bizə təqdim edib, qəbul işinizin aparılmasında və dövlət proqramına müraciət işinin təşkilində kömək edə bilərik.

Salam mən turizm və otelçilik ixtisası üzrə Bakı Dövlət Universitetində bakalavr təhsili almışam. İndi isə xaricdə(hədəfim Kanadadır) bakalavr təhsili almaq istəyirəm, lakin kompüter elmləri ixtisası üzrə. Sizə sualım bu nə dərəcə real görünür? Mənə hansı məsləhətlər verə bilərsiniz və yaxud kömək edə bilərsiniz? Məlumat üçün deyim ki, universitetə qəbul balım 628 olub və IELTS 6.5 sertifikatım var. Əvvəlcədən təşəkkürlər.

Salam Zöhrab bəy, Təzədən bakalavr ixtisası götürməyinizdə problem yoxdur. İstənilən ölkədə oxuya bilərsiniz və yaxud elə öz ixtisasınız üzrə magistr təhsilinə yanvardan başlaya bilərsiniz vaxt itirmədən. Qəbul işinizi bizə həvalə edə bilərsiniz.

Toronto Universitetine qebul olmaq ucun esas shertler nedir? qebul imtahani nece aparilir?

Salam, İxtisasdan asılı olaraq dəyişə bilər amma normalda test imtahanı yoxdur. Çox hallarda attestat, IELTS və güclü inşalar.

salam. men sat uzre hazirlasiram turkiye ucun. amma artiq fikrimde kanadanin toronto universitetinde oxumaqdi. ora satla qebul ola bilerem? ve yaxud sadece ieltsle?

Salam. Torontoya qəbul olmaq üçün yaxşı məktəb qiymətləri və İELTS 6.5-niz olmalıdır. Torontonun qəbuluna artıq gecikmisiniz. Əgər gələn il Toronta təhsil almaq istəsəniz ən gec bizə dekabrda müraciət etməyiniz məsləhət görülür.

salam. men kanadanin edmonton şeherinde 1 illik dil kurslari maraqlandırır. kanadanın digər seherlerinde bele kurslar var ama mehz edmontonda tapa bilmirem. komek etseydiniz sevnerdim. tesekkurler.

Salam. Təəssüf ki, həmin şəhərdə fəaliyyət göstərən dil kursu ilə işləmirik.

salam men Qafqaz Univeristetinde tehsil aliram men Kanada universitetlerinin birinde tehsilimi davam etdirmek isteyirem. bilmek isteyerdim Kanadada odenisli tehsil minimum ne qederden baslayir ve bunun ucun basqa nelere ehtiyac var

Salam. Kanadada təhsilinizi ya bakalavr, ya da magistrdan başlaya bilərsiniz. Azərbaycandan xarici universitetlərə transfer demək olar ki, mümkün deyil. Kanadada təhsil haqqı 20-30 min dollardır. İELTS 6.5-7.0 balına və bəzən GMAT balına ehtiyac olur.

Salam, men Kanadada magistr tehsili almaq isteyirem. Zehmet olmasa bu suallarima etrafli cavab veresiniz: tehsil haqqi, imtahanlar ve vaxtlari, IELTS gerekmi, online ve s. alternativ formada tehsil almaq mumkundurmu? Onceden tesekkur edirem.

Kanadada magistr təhsili almaq üçün İELTS 6.5 sertifikatınız və yaxşı qiymətləriniz olmalıdır. Bəzi ixtisaslar GMAT tələb edir. Alternativ forma dedikdə nə nəzərdə tutursunuz? Başqa ölkələrdəmi? Hansı sahə maraqlı idi sizə?

Salam,kanada da tehsil haqqi ne qederdir?11i qutariram nevaxta kimi müraciet etmeliyem ?

Salam. Kanada Bakalavr üzrə təhsil haqqı 20-30 min Dollar arasındadır. Kanadaya qəbul üçün artıq gecikmisiniz. Fevralda qəbul bitib. Böyük Britaniyada Foundation götürməklə, gələn ildən Beynəlxalq Əlaqələr üzrə təhsil ala bilərsiniz.

foundation nedir ve toronto universitetinde oxumaq ucun foundation kecmek lazimdirmi?

Məktəbi təhsilindən sonra bəzən Azərbaycanın attestatı xaricdə bakalavr təhsili almaq üçün yetərli olmur. Azərbaycandakı məktəbi bitirdikdən sonra Kanada, ABŞ, Hollandiya, Avropanın özəl universitetlərində və Şərqi Avropa ölkələrində təhsil ala bilərsiniz. Digər ölkələrdə isə mütləq foundation keçməlisiniz. Buna görə Kanadada foundation keçməyə ehtiyac yoxdur. Əgər İELTS balınız 6.5-dən aşağı olsa və ya attestat qiymətləriniz yüksək olmasa, o zaman sadaladığım universitetlərdə mütləq foundation keçməli olacaqsınız. Birbaşa bakalavra qəbul olmaq üçün CELT Collegesin İçərişəhər ofisinə yaxınlaşa bilərsiniz.

salam men 11ci sinifde oxuyuram.bakalvr ucun toronto universitetinde tehsil almaq isteyirem. bu universitete muraciet etmek ucun mene hansi sened lazimdir? attestat, tqdk bali yoxsa ielts?

Salam. Torontoya müraciət etmək üçün transcript və İELTS lazımdır. Son qeydiyyat tarixi fevralın 15-idir. Əgər İELTS-niz hələ də yoxdursa, qeydiyyata gecikəcəksiniz.

kanada universitetlərindəki təhsilin ustunlukleri nedir ? bitirdikden sonra iş tapmaq çetin olmur?

Harada iş tapmağın çətinliyini soruşursunuz? Kanada yoxsa Azərbaycanda? Üstünlüyü ən son texnologiyalardan istifadə etməsi, tədrisin keyfiyyətli olması, bir neçə universitetinin reytinqlərdə qabaqda olması, Azərbaycandan birbaşa attestla götürməsi və s.

Salam men xaricde inglish dili tehsili almaq isteyirem.Iscec,kanada,hollandiya esas bu olkelerde inglish dilimi artirmaq isteyirem.qiymetleri barede melumat vere bilersinizmi

Salam, İngilis dili yalnız ingilis dilli ölkələrdə olur. Yəni sizin seçdiklərinizdən Kanada amma ora viza məsələsi çətindir. Azərbaycanlılar normalda İngiltərə və Amerikaya gedirlər. Qiymətlərə baxmaq üçün yuxarıda Xaricdə Təhsil menüsüsndən Xaricdə Dil Kurslarının altında ölkələri seçə bilərsiniz.

143 Comments

  1. Salam, hal hazırda magistratura oxuyuram və kanadada təhsil almaq istəyirəm. Magistr balım 4 üzərindən 3.83, bakalavr balım 100 üzərindən 70. İELTS alaraq ikinci magistr vəya graduate diploma proqramına qəbul olmaq ehtimalım nə qədər realdır? Əgər bu sahə üzrə xidmət verirsinizsə zəhmət olmasa xidmət tariflərinizi e-mail yolu ilə paylaşardınız. Təşəkkürlər.

  2. Salam,mən ingilis bölməsində oxuyuram GPA balı 90 dır,ielts olmadan kanada universitetlərinə qəbul ola bilərəm magistr üçün?

  3. Salam , mən hal hazırda 10`cu sinifdə oxuyuram . 11`ci sinifdən sonra Kanada`da təhsil almağ istəyirəm . Mən necə təhsil xərcini azalda bilərəm , və ya necə odənişsiz oxuya bilerem ?

  4. Salam. Iqtisadiyyat, biznes və yaxud maliyə ixtisaslarını kanadada bakalavr səviyyəsində pulsuz (dövlət hesabına) oxumaq olarmı və İELTS nə qədər tələb olunur? Birdə Bu ixtisaslar üzrə hansı universitetlərdə oxumağı məsləhət görərdiz?

  5. Salam.kanadada kollecdə oxumaq üçün şərtlər necədir.universiteti Ukraynada bitirmişəm.diplomu Azərbaycanda təsdiq elətdirməliyəmmi? təşəkkürlər

  6. Salam, men Azerbaycanda riyaziyyat muellimliyi uzre bakalavr oxumusam, ortalama 86, ve riyazi analiz uzre magistr oxumusam, ortalama 92, ferqlenme ile bitirmisem, kanadada mathematics education uzre PHD oxumaq isteyirem, 4 il is tecrubem de var, bunun ucun ne.teleb olunur, ielts minimum nece olmalidir

  7. Salam. Mən Kanadada təqaüdlə doktorantura təhsili almaq istəyirəm , Bunun üçün nə etməliyəm və yaxud hara müraciət etməliyəm?

    • Salam. Yüksək GPA Yüksək TOEFL. Çox yaxşı yazılmış proposal. Bunlar varsa ofisimizə gəlin.

  8. Salam mən Kanada da ən yaxşı universitetdə magistratura uzrəHüquq təhsili almaq istəyirəm,Ozum Tarix muəlliməliyini qurtarmisam,ortalamamda 85.25di.Mən necə edə bilərəm bununçün nələr edim hara baş vurum.Nəyi oxumaliyam nələr etməliyəm.Zəhmət olmasa mənə məlumat verərdiniz.Cox xahis edirəm.

  9. Salam mən Kanadada diş həkimi olmaq istəyirəm və VIII sinifdə oxuyuram Kanadada diş həkimi və yaxudda digər həkimlərin minumum və maksimum məvacibi nə qədərdir?Mən ora necə Viza ala bilərəm?Neçə bal ilə universitetə qəbul olunmalıyam və s. Həkimlik və digər qəbul haqqında olan suallara cavab versəniz çox sevinərəm

    • Salam. Qəbul üçün gərək orda orta məkətbi bitirəsiniz. Buranın orta mətkəbi ilə orda tibb oxumaq mümkün deyil.

  10. salam 9cu sinifden cixib kollece daxil olmusam bundan elave muellimler instutunda bir illik ixtisas deyisme kursuda kecmisem . 9cu sinif sehadetnamesi ile veya kollec diplomu təqdim etmekle kanada da kollec veya universtet oxuya bileremmi

  11. Salam mən Kanadanın Toronto universitetində oxumaq istəyirəm.İELTS imtahanları nəticəsi minimum neçə olmalıdır və çətindir?

  12. Salam, Ielts bali yuksek(meselen 7.5 – 8.5) olarsa Kanadada veya Amerikada pulsuz universitet oxumaq mumkundur mu ? Mumkundurse Ielts balindan basqa pulsuz oxumaq sansi elde etmek ucun sansimizi ne artira biler ?

  13. Salam men magistr tehsili aliram.ingilis dilinde ….ve ikili diplom proqramini oxuyram portuqaliyada oxumaq sansim ola biler olsun..sualim odurki yeniden magistr tehsilimi kanadada oxuya bilerem ?ya basqa olkede

  14. Salam mən riyaziyyat informatika müəlliməliyində oxuyuram təhsilimi kanadada davam etdirmək istəyirəm mənim ixtisasıma uyğun olaraq nə etməliyəm??

  15. Salam mən 3 kursam. İqtisatda oxuyuram fakultem Biznes və Menecmentdir. Magistraturanı Kanadada oxumaq istiyirəm. Təhsil haqqı nə qədərdi. Qəbul nə vaxt olur. İELTS neçə lazımdı ortalama lazımdırmı? Lazımdısa azı nə qədər olmalıdı.

  16. Salam.men Hal hazirda 11ci sinifde oxuyuram.Kandada bakalavr ve magistr tehsili almaq ucun hansi senedler teleb olunur.lakin pulsuz tehsil.2ci qrup biznesin idare olunmasi ve ya beynalxalq elaqeler

  17. Salam. Mən Bakı Mühəndislik Universitetində Sənayenin təşkili və idarəsi (Tİ) 3/5 ci kursda təhsil alıram. Kanadada ödenişsiz şəkildə təhsillə maraqlanmaq istəyirdim . Bununçün hansı proseslərdən keçməliyəm və gələn tədris ili üçün müraciət etsəm. Təhsili nə vaxt bitirəcəm. Çünki artık 3/5 kursu bitirmiş olacam. Təşəkkürlər

  18. Salam.Mən kanadada təhsil almaq istəyirəm ancağ 3 cü qrupa hazırlaşıram. Ancağ Kanadada ki, uni lərin təhsil haqqı çox bahadır ən ucuz uni hansıdır?

  19. Salam. Hal hazirda Aviasiyada bakalavr oxuyuram. Kanadada kollecde oxumaq isteyirem. Centennial college Aviation Cybersecurity bolumunde. Saytlarinda 1 illik (2 smester) tehsil olacagini yaziblar. Ful time. Bele olan halda part time islemeyim mumkun olur orda? Kanadada kollec tehsili barede sizin kurs destekleyir yoxsa sadece melumat ucun var? Eger bele bir proqraminiz varsa filialinizi deyin yaxinlasim ora. Birde Centennial kollecinde tehsil haqqi ile elaqedar pdf fayliniz varsa onuda qeyd edersiz) Cavablandirsaz sevinerem. Onceden tesekkurler.

  20. Salam.Men universitetin bakalavr pillesini 2016 ci ilde bitirmisem ve Kanada da yeniden bakalavr oxumagi planlasdiriram Attestat ortalamam 5 uzerinden 4.5 -dir ve IELTS neticem 7.0 dir. Bu meyyarla Kanadada bakalavr tehsili almaq sansim ne qederdir? tesekkurler…

  21. Salam Kanadada Neft qaz sektoru üzrə magistr təhsil almaq istəyirəm bunun üçün hansı Universitetləri məsləhət görürsüz və nələr lazımdı ora qebul olmaq üçün

  22. Salam.Mən Bakı Dövlət Universitetinin Dünya İqtisadiyyatı ixtisasında oxuyuram.Kanadada ixtisasım üzrə magistr təhsili almaq istəyirəm. Hansı sənədlərin lazım olması,orada qalmaq üçün nə qədər pul lazım olması,təhsil haqqı və s. haqqında məlumat verərdiniz zəhmət olmasa.

  23. Salam, Mən bakalavr təhsilini ingilis dili müəllimlik fakültəsini bitirmişəm. Magistr proqramını ingilis dili üzrə oxumaq istəyirəm. Kanadada Təqaüd qazanmaq üçün nə etmək lazmdır?

  24. Salam.men Amerikada kollec oxumaq isteyirem(idareetme)ielts ve yaxud toefl,texmini tehsil haqqi ve yasam.ucun ne qeder pul lazimdir suallarina cavab vermeyinizi xahis edirem.onceden tesekkurler

    • Salam. Kollec hardasa 13 min dollardan başlayır. yaşam illik 14 min kimi ama təbii şəhərə baxır.

  25. Salam, men Canada’da oxumaq istoyirem Brandon University orda deyesen 5,000-7,000$ bu duzdurmi? Ve ora vermekcun men TOEFL yoxsa IELTS vermeliyem?

  26. salam men 10 ci sinifde oxuyuram kanada tehsil almaq isteyirem yaxwi madi imkanim yoxdu.Kanada universetleri 11 ci sinif bitirdikden sonra qebul edirmi ve qebul olmak ucun neler etmek lazimdir

    • Salam. Maddi imkanınız yoxdursa Kanadaya getməyin. Ora ödənişlidir. macarıstan təqaüdünə baş vurun. Qəbul üçün Attestat və İELTS lazımdır.

  27. Salam. Men master degree uzre Italiyada tehsil aliram. Kanadada phd tehsil almag isteyirem. Gebul gaydalari , odeniw ve viza ile bagli melumat vererdiz zehmet olmasa

  28. Hazrda 11ci sinifəm 4cü qrup psixologiya fakültəsinə hazırlaşıram. Kanadada pulsuz təhsil almaq yaşamağa yerlə təmin olunmaq üçün max nə qədər bal yığmalıyam və bu fakültə olan hansı universitetlər var?

  29. Salam.Men Kanada da Alberta yada Toronto universitetinde Fizika ixtisasi uzre master tehsili almaq isdeyirem.2019 cu il mezun olacam senedlerimi gondermek ucun deadline vaxtini ve teleb etdikleri senedler nelerdi bilmek isdeyirdim

    • Salam. Magistr üçün əsas yüksək GPA və İELTS 6.5 lazımdır. Ətraflı məlumat üçün İçəri şəhər ofisinə zəng edin zəhmət olmasa.

  30. Salam orta mektebde 5-ci sinifde oxuyuram. Ingilis dili ve kampyuter üzre ferdi hazirlaşiram. Men Toronto universitetinde oxumaq üçün ne etmeliyem. Xahiş edirem mene meslehet vererdiniz.

    • Salam. Kanada və ya ingilis dilli ölkələrdə dövlət və ya özəl olmasının heç bir fərqi yoxdur. Kim deyibsə onu Kanadadan xəbəri yoxdur. Kanada vətəndaşları belə ödəniş etdiyi halda başqalarına necə pulsuz ola bilər. İngilis dilli ölkələrdə hər şey ödənişlidir.

  31. Salam men AzMiU nun Mexanika mwhendisliyi ixtisasini bitirmisem 2016 ci ilde .GPA balim 77.55 IELTS neticem 7.0 -dir.Kanada universitetlerinde pulsuz tehsil almaq sansim varmi bunun ucun ne etmeliyem? yoxdursa eger bu netice ile avropanin hansi olkesinde pulsuz tehsil ala bilerem ? onceden tesekkurler

    • Salam. Qəbul ola bilərsiniz ama GPA bir az azdır ama təqaüd yoxdur təbii ki. Ora ödənişli ölkədir. Onun yerinə başqa avropa ölkələrinə baxın.

  32. Salam. Mən Kanadada bakalavr təhsili ilə maraqlanıram. Dövlət sifarişi istisna orada pulsuz oxumaq mümkündürmü?(yüksək nailiyyətlər, yüksək ielts balı olduğu zaman). Olmasa da təhsil haqqı təqaüdlə birlikdə minimum neçə dollara düşə bilər?

    • Salam. Təqaüd heç bir halda yoxdur. bütün ödənişləri özünüz etməlisiniz. Təhsil 17 min dolardan başlayır.

  33. salam kanadada odenlsli universitet balina elede ehemmiyet vermien ilets 6.5 qebul eden normal yaxsi sevieli universitet yoxdur? siz dedinizki bm fakultesi cetin olacag magistr ucun bes oxwar fakutle secmek mumkun olurda beli? birdeki daha etrafli hara muraciet ede bilerem?

    • Var təbii ki. Sadəcə demək istədim ki Toronto UBC kimi unilər sizi qəbul etməyəcək. BM top unilərdə problem olur. Bizim İçəri Şəhər və ya 28 May ofisinə gedə bilərsiniz. Kanada üçün kömək etsinlər.

  34. Salam.Men bdu nin bm fakultesinde tehsil aliram(ingilis sektor) ielts 6.5 ile torontoya qebul ola bilerem? universitet orta bali cox onemlidir? 70 olsa qebul elemiecekler?

    • Salam. BM çox ağır bir ixtisasdır. Təssüf ki dünyada elə ixtisas yoxdur. O ixtisas nə iqtisad yönlüdür nə humanitar yönlü. ~Torontonun rotman fakültəsi hələ belə qəbul etməyəcək. Ən böyük problem sizin əsas ixtisalarınızda olacaq. çünki yetərincə iqtisadi dərsləriniz olmayacaq qəbul üçün. Daha standard uni axtarın zəhmət olmasa. Hələ ki GPA də aşağıdır.

  35. Salam.Kanadada Bakalavr və magistr təhsili maraqlanıram. Təhsil haqqı Qəbul şərtləri ÜÖMG və tədrisin necə olduğunu

    • Salam. Qəbul üçün İELTS 6.5 lazımdır. Bakalavr üçün təhsil haqqı 17 min dollardan başlayır. Master 20 min dollardan. ÜOMG nə deməkdir? Tədris 4 ildir. master 2 ildir.

  36. Salam men bu il 11 ci sinifde oxuyacam kurikulum uzre qebulu kanadaya vermek isteyirem ne etmeliyem yehsil haqqi ne qeder olar?

    • Salam. Yaxşı attestat qiymətləri və İELTS 6.5 lazımdır. Toronto unisində təhsil haqqı 25 min Kanada dollarıdır ama başqa yerlədə 17 min olanı da var.

  37. Salam.Mən hal-hazırda kollecdə oxuyuram.Kanadada isə rəssamlıq təhsili almaq istəyirəm.Rəssamlıq üçün ən yaxşı univversitet hansıdır və illik haqqı nə qədərdir?Və İELTS balı nə qədər olmalıdır?

    • Salam. Rəssamlıq üçün həm qabliyyət həm belə imtahan verməlisiniz. Öncə İELTS 6.5 olmalıdı. Toronto uniləri daha yaxşıdır. Ontario unulərinə baxın. İllik 20 min kanada dollarından başlayır.

  38. Salam.Mən qəbul imtahanında 642 bal toplamışam,attestat qiymətlərimin də hamısı beşdir.Belə halda xaricdə tam təqaüdlə oxuya bilirəm?

    • Salam. Təssüf ki xeyir. TQDK sadəcə Türkiyənin bəzi uniləri qəbul edir. Turkiyə burslarına baş vura bilərsiniz ama YÖS olmasa keçmək hardasa mümkün deyil.

    • Bəli. Çox aşağı qiymətlə heç zaman unilər sizi qəbul etməyəcək. 4 və yuxarı yaxşı qiymət sayılır.

    • Salam. Orta məktəb üçün orta səviyyədə ingilis dili lazımdır və məktəb qiymətləri. Ama universitet üçün yaxşı attestat qiymətləri, İELTS 6.5 lazımdır. İndidən hazırlaşın

  39. Salam, hal hazırda Azərbaycan Tibb Universitetində təhsil alıram. rezidenturanı Kanada da oxumaq mümkündür mü? və əgər mümkündürsə hansı şərtlər var?

    • Bakı tibb ilə ən uyğun ölkələr Türkiyə və Almaniyadır. Türkiyədə TUS və Almaniyada xüsusi imtahan verməlisiniz. Kanada və ABŞ həddən artıq rəqabətlidir və qəbul USMLE imtahanlarında keçməlisiniz və o imtahanlar Bakıda yoxdur. Rusiya və Türkiyədə verə bilərsiniz ama təbii ki çox yaxşı hazırlaşmaq lazımdır.

  40. Salam, mən Qərb Universitetində Tərcümə fakültəsində oxuyuram. Təhsilimi Kanadanın Regina universitetində “Media Studies” fakültəsində davam etdirmək istəyirəm. İelts sertifikatımın vaxtı keçib yenidən imtahan verməliyəm amma keçmiş nəticəm 7.0 idi. Mən bu fakültəyə qəbul haqda köməyi hardan ala bilərəm?

  41. Salam.Hal hazırda kollecde 3 cü kurs telebesiyem.9 cu sinifdən daxil olmuşam.9 cu sinif şehedetnamemde hamisi 5 dir .kollecde ise qiymetlerim normaldir.IELTS-imtahani vermeye hazirlasiram.Kanadada orta seviyyede hara qebul ola bilerem ve illik odeniş ne qederdir.?

  42. Salam. Men ADU -da ingilis dili uzre oxuyuram . Hele 1-ci kursam. Men sizin kurs vasitesile dili tekminlesdirib.4-cu kursda sizin komeyinizle Kanadada oxuya bilerem? Hemcinin men ingilis dili muellimliyi oxuyuram ama Magistri tercumeciliy uzre oxumax isdirem

    • Salam. Bəli oxuya bilərsiniz. Ofisimizə gəlin sınaqdan keçirək sizi sonra sizin üçün plan hazırlayaq.

  43. Salam. Kanadanın Manitoba Universitetində hüquq fakültəsində magistratura oxumaq üçün hansı sənədlər lazımdır və xərclər nə qədərdir?

    • Salam. Master hüquq asan sahə deyil. İlk bakalavr uyğun olmalıdır və yüksək ortalama qiymət. Və IELTS 7 və yuxarı çünki hüquq yüksək dil qabliyyəti tələb edən sahədir ona görə dil biliyinizi çox istəyəcəklər. Xərclər 20 min dollar və yuxarıdır. Canada dolları

  44. Salam mən ADİU universtenin ekologiya ixtisasında təhsil alıram.Kanada da ekologiya üzrə magistra qebul olmaq isteyirəm .ve bilmek isterdimki bunun ücün odenissiz hansi universtetler var?ve yaxud odenissiz yoxdursa en asagi ne qeder xercle oxuya bilerem

    • Salam. Kanadada bütün unilər ödənişlidir. Öz hesabınıza oxumalısınız. İllik 17 min dollardan başlayır.

  45. Salam . Kanadanın Toronto şeherine dil kurslarıvız var?2heftelik lazımdı. Pre-intermidate seviyesindeyem.İngilis dili üçün.Qiymetleri yazarsızda zehmet olmasa.Birdeki qiymete neyin daxil olduğunu

  46. Salam.Men SOCAR-da isleyirem.Men neft qaz muhendisliyini Kanada da oxumaq isteyirem.
    Mene nece meslehet vere bilersiz?

  47. Salam. Burda universitetə qəbul olub 1 ci kursu bitirəndən sonra Kanadada Universiteti davam mümkündür? Komputer mühəndisliyinə hazırlaşıram.

  48. Salam.Mən coğrafiya müəllimliyi ixtisası üzrə bakalavr təhsili alıram.Təhsilimi Kanadada turizm və otelçilik ixtisası üzrə magistr dərəcəsində davam etdirmək istəyirəm.İelts ya Toefl sertifikatı hansı lazımdır?Təqaüd və ya mübadilə proqramları ilə getmək mümkündür?əvvəlcədən təşəkkürlər.

    • Beli. Vaxtınız ne qeder çox olsa o qeder yaxşıdır.Daha tez bitirerseniz atterstat qiymetleriniz üzerinde işlemeye daha çox vaxtınız olar.

    • Salam. Kanadada bakalvr üçün size Attestat ve IELTS lazımdır. IELTS üçün tebii yaxşı ingilis dilini bilmelisiniz. Normalda sıfır ingilis dili ile iki önceden başlamaq lazımdır ama yene ofslerimize gedib test verseniz daha deqiq cavab alarsınız.

  49. salam men iqtisad unisinde oxuyuram bir qrup yoldasim dediki Kanada unileri bizim diplomu tanimir. bu duzdu? duz deyilse magistr tehsilini kanadada hansi unide oxumagi meslehet gorersiz qeyd edimki Iqtisadiyyat uzre oxumagi isteyirem. meslehet gorduyunuz yeri qiymetinde yazardiz

    • Salam. Nece yani tanımır? tebii Az bakalavrı bütün dünyada tanınır ama ola biler ki sadece bakalavr top uni üçün yeterli olmasın. meselen harvard. Kanada Azerbaycanın hem attestatını hem derecelerini taniyir. Maliyye problemi yoxdursa sözsüz Toronto ve UBC. Ama qebullar bura asan deyil. Olmasa Waterloo meslehet görerdim. Baksovet ofisimiz size yaxındır. Anar müellim size daha etraflı melumat vere biler.

    • Salam. Mən Kanadanın Toronto şəhərində turizmlik üzrə bakalvr oxumaq istəyirəm. Kanadada ele universitet ve ya kollec var və illik nə qədərdir? Hansı yerləri məsləhət görərsiniz? Mən 10 sinif şagirdiyəm yeni məlumat alıram.

    • Salam. Turizim üçün kollec var. Qəbul üçün attestat və IELTS 6.0 sıfır lazımdır. Təhsil haqqı illik 10 min dollardan başlayır

  50. Salam mən GDU-nun filologiya fakültəsində təhsil alıram. Buranı bitirdikdən sonra Kanadanın Toronto şəhərində ödənişsiz magistr təhsili almaq istəyirəm. Bunun üçün nə lazımdır?

    • Magistr 23 min liradır ama endirim ala bilərsiniz. Bunun üçün Baksovet ofimize yaxınlaşın. Fərid müəllim kömək etsin

  51. Salam.Mən 2017 məzunuyam amma universitet oxumuram.Təhslimi Kanadanın Toronto ve ya Ottava universitetlerinden birinde oxumaq isdeyirem.Yalnız,bu universitetletlərdə Rəssamlıq fakültəsi var ya yox onu öyrənmək,isdəyirəm və bu universitetlete sened olaraq ielts falan lazımdır?

    • Salam. Rəssamlıq var təbii ki ama qəbul üçün IELTS və qabliyyət imtahanı mütləqdir.

    • Salam. Kanadada dövlət orta məktəbləri 13 min dollardan başlayır. Orda oxumaq üçün sənədlərinizi verməlisiniz. İngilis diliniz çox zəif olsa bir il hazırlıq keçəcəksiniz.

    • Salam, Amerikada tibb üçün ilk öncə pre-med programı oxumaq lazımdır ya da kimya vəya biologiya dərəcəsi. Sonra 5 illik tibb üçün baş vura bilərsiniz. İngilis dili təbii olaraq və MCAT imtahanı. Ama ilk öncə bakalavr bitirmək lazımdır.

  52. Salam men xarixde ingilis dilimi ireletmek isdesem hansi olkeler meslehet gorsiz ve menenen teleb olunan mebleqi texmini deye bilersiz?

    • Salam. İngilis dili üçün ABŞ və Britaniya ən yaxşı seçimdir. Qİymətlər hər şeyə görə dəyişir. Zəhmət olmasa ofisimizə keçib istəklərinizə görə hesablatdıra bilərsiniz. xidmətimiz ödənişsizdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla