İlkin mərhələdə insan silah düzəltməyi öyrəndi, bu ona daha rahat ovlamağa kömək etdi. Daha sonra o odu kəşf etdi və özü üçün qazan düzəltdi, bu da yaxşı idi. İndi artıq tutduqlarını bişirib daha dadlı yemək yeyə bilərdi. Bəs bu primitiv həyat niyə onları qane etmədi? Təhsil onların nəyinə lazım idi? Məgər doğrudan mı bunsuz yaşamaq olmurdu? Əvvəllər şəkil çəkmək ilə işə başlayan əcdadlarımız sonradan hesablamağa başladılar. İşi bir qədər də təkmiləşdirərək əlifba və say sistemi yaradıb daha sonra bu sistemi hamının öyrənməsi üçün təhsil müəssisələri, məktəblər yaratdılar. Məktəblər həmçinin tərbiyələndirmə işinə də baxırdılar. Hesablamaq, yazıb-yaratmaq üçün oxuyub-öyrənmək lazım idi.

Yazıb oxumağı öyrənən insanlar bundan sonra işlərinin daha da yolunda getdiyini gördülər. Oxumaq onları kamilləşdirir, nizama salırdı. Oxuyan insanların danışığı, davranışları da başqa cür olurdu. Getdikcə təhsilli insanların xalq arasında hörməti artırdı. Elmin insanı necə dəyişməsi, onu cilalaması hamıda ona qarşı rəğbət yaradırdı. Bundan sonra insanlar bu qiymətli xəzinənin ardınca qaçmağa, daima onu əldə etməyə çalışdılar. Uzaq məsafələri elm uğrunda aşan insanlar tibb, müəllimlik, astronomiya kimi ən müxəlif sahələrdə təhsil almaq üçün can atırdılar.

Ölkəmizdə təshil sisteminin ilk izləri 7ci əsrdən müşahidə olunur. Orta əsrlərdə Azərbaycanda Bakı, Marağa, Təbriz, Şamaxı, Ərdəbil, Gəncə kimi elm, təhsil mərkəzləri qonşu ölkələrdən olan tələbələri də bura cəlb edirdi. Həmin dövr üçün bu şəhərlərdə yerləşən mədrəsələr özlərinə kifayət qədər nüfuz qazanmışdılar. Təbrizdəki “Rəbi-Rəşidi” darülfünunu Yaxın və Orta Şərqin ən böyük təhsil ocağı sayılrdı. Bu müəssisələrdə təkcə yerli ustadlar deyil, Misir, Hindistan, Suriya kimi ölkələrdən gəlmiş alimlər də dərs deyirdilər. Zəngin kitabxanaları ilə ad qazanmış bu müəssisələrdə fəlsəfə, təbiət elmləri, məntiq, ilahiyyat kimi şöbələr mövcud idi. Burada tədris fars, ərəb və azərbaycan dillərində aparılırdı. Həmin təhsil müəssisələrinə isə din xadimləri rəhbərlik edirdilər.

Bu təhsil sistemindəki ən böyük əksiklik isə burada qadınlara təhsil verilməməsi idi. Bu problem bizə daha yaxın dövrlərdə öz həllini tapmış, qızların da təhsilinə diqqət ayrılmağa başlanılmışdır. Müsəlman qızlarına təhsil verilməsi isə görkəmli ziyalımız Hacı Zeynalabdin Tağıyevin adı ilə bağlıdır.

Bu gün Azərbaycanda orta, ali və peşə ixtisas təhsili almaq üçün kifayət qədər imkanlar var. Orta təhsil ibtidai, ümumi orta və tam orta olmaqla üç hissəyə ayrılır. Ümumi orta təhsil hər kəs üçün məcburidir. Ali təhsil sahəsində isə Bakalavriatura, Magistratura, Doktorantura kimi mərhələləri tamamlamaq olar. Bunlardan əlavə isə müxtəlif peşə ixtisas təhsili almaq üçün xüsusi məktəblər mövcuddur.

Xanım Xəlilova

CELT Narimanov

(012) 566 48 23

narimanov@celt.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla