Litvada Təhsil

  • Rəsmi adı : Lithuania 
  • Hökumət növü : Parlament respublikası
  • Yerləsdiyi məkan : Şimali Avropa
  • Sərhəd ölkə :  Latviya, Belorusiya, Polşa, Rusiya(Kalininqrad)
  • Dil : Litva dili
  • Paytaxt : Vilnyüs, Kaunas, Klaypeda,Jonava
  • Böyük şəhərlər : Vilnyüs,
  • Əhali : 3. 203 000 (2011)
  • Ümumi sahəsi : 65 200 kv km
  • İqlim : hərdən yağıntı ,cox sərt olmayan qış, mülayim yay
  • Yerli vaxt : GMT + 2 saat
  • Avropa İttifaqının üzvü 2004-cü ildən
  • Dinlər : katolik, protestant,lyuteran
  • Pul vahidi : Lit ( LTL)

Pribaltika ölkələrinin daha bir üzvü  -Litva Respublikası Baltik dənizinin şərq sahilində yerləşir. Ölkənin əhalisini əsasən  litvalılar ( 84%) , qalan hissəsini isə pollyaklar, ruslar,belaruslar və başqa xalqların nümayəndələri təşkil edir. Litva,  çox gözəl təbiəti,təmiz havası, çoxsaylı tarixi abidələri, füsünkar meşələri,əla çimərlikləri ilə fəxr edə bilər. Ölkənın ən başlıca resurslarından  kəhrəba  daşını qeyd etmək olar. Təbiət  dövlət tərəfindən qorunur. Bir çox yerlərdə qoruqlar salınır. Litva turizmə çox geniş yer ayıırır.   Öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Litva birmənalı şəkildə qərb yönlü xarici siyasət kursu bəyan edir və bütün səylərini bu siyasətin gerçəkləşdirilməsinə yönəldir. Bu istiqamət sözsüz ki,  təhsil sisteminə böyük təkan verir.

Latviyada olduğu kimi Litvada da orta və ali təhsilə dövlət tərəfindən böyük qayğı göstərilir. Boloniya sisteminə qoşulduqdan sonra , Avropada olduğu kimi orta təhsil müddəti12 illik qəbul olundu. Buranın ali təhsil səviyyəsi tam Avropa standartlarına uyğundur. . Dövlət universitetlərində təhsil litva dilində təcrid olunur və tamamilə pulsuzdur. Bundan əlavə dövlət və özəl ali məktəblər ödənişli  ingilis dilli proqramları da təklif edirlər.

Litva ali təhsil sistemi üç  mərhələyə bölünərək- Bakalavr (3-4 il),  Magistr( 1-2 il)  və  Doktorluq(3-4 il) üzrə təhsilin bütün sahələrində tətbiq olunur.

Qeydiyyat tələbləri:

Diqqət :   Müəyyən bir universitet seçimindən asılı olaraq, adətən ərizə forması, orta məktəb nəticələri, həmçinin ingilis dili biliklərindən TOEFL və ya IELTS balı tələb olunur. Başqa bir halda isə tələbə olmaq istəyənlər seçdikləri ixtisas üzrə Latviyada 1 illik baza  (foundation) kurslarında təhsil ala bilərlər. Sonradan onlar birbaşa universitetin 1-ci kursuna daxil olurlar. Bu barədə sizə CELT  şirkəti yaxından  köməklik edə bilər

Keyfiyyət təminatı:

Litva  Respublikasının Təhsil Nazirliyi, bütün universitetlərlə sıx əməkdaşlıq edərək təhsil standartlarına nəzarət edir. Qeyd edək ki, Azərbaycan ilə Litva arasında yüksək səviyyəli dialoq və əməkdaşlıq əlaqələri mövcuddur. Bu həmçinin təhsil sahəsinə də aiddir.

Azərbaycanlı  məzunların  maraq dairəsi daha çox  Bakalavr və Magistr dərəcəsi olduğundan, biz bu sayımızda əsasən bu təhsil növunu  təhlil edəcəyik.

12 thoughts on “Litvada Təhsil”

  1. Salam. Litvada odenissiz ve hetta teqaudlu bakalavr tehsili almaq mumkundur? Sertleri nedir? Men Burada 1il Foundation + 1il derece tehsili almisam ingilisce. IELTSsiz teqaud ve qebul mumkundur?

  2. Subhan Manafzadə

    Elgün bəy salam,

    Sualım bu olacaqdır ki, Litvada hansı universitet və akademiyaların təhsil proqramını qazanmaq üçün CELT kolleci köməklik göstərir?

    Daha dəqiq olaraq deyim ki, Litva Musiqi və Teatr Akademiyasının Teatr və Film rejisorluğu fakültəsini qazanmaq üçün.

    Siz bu barədə necə köməklik göstərə bilirsiz?

    Təşəkkürlər

    1. Salam. Litvada qabliyyət tipli proqramlarda oxumaq istəyirsinizsə ən önəmli imtahan qabliyyət imtahanıdır. Bunu da çox zaman orda verirsiniz ama bəzi unilər icazə verir. Biz müraciət prosesinizi həyata keçirə bilərik ama qabliyyətdən özünüz keçməlisiniz təbii ki. Müraciət üçün Həmidə xanımla əlaqə saxlayın. 012 441 3665.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next