Bu gün Sizə ötən bloqumuzun ardı olaraq TOP 400 və TOP 500 universitetlərin regionlar üzrə bölgüsündən danışacağam. Deməli bir daha qeyd etmək istəyirəm ki, universitetlərin bölgüsü  və onların təhsil səviyyəsini özündə əks etdirən bu sıralama təhsilin hansı regionlarda daha yaxşı və daha yüksək səviyyədə olduğunun barış nümunəsidir. Bundan əvvəlki ilk bloqumuzda biz sizlərə dünyanın 20 ən yaxşı (TOP 20) universitetindən 300 ən yaxşı (TOP 300) universitetlərə kimi regionlar üzrə bölgüsünü təqdim etmişdik ki, bu sıralamadakı regionlar üzrə payın ən çox hissəsi məhz  Amerika ərazisinin, daha konkret desək ABŞ-ın üzərinə düşmüşdür. Bu o deməkdir ki, yəni TOP 300-ə kimi ən yaxşı universitetlərin çox hissəsi məhz Amerikadadır. Lakin indi sizlərə təqdim edəcəyim TOP 400 və TOP 500-lüklərdə olan dəyişkilkləri gördükdə düzü inanmadım. O mənada ki, bu sıralamalarda Amerikaya düşən pay əvvəlki sıralamalarda olduğu kimi deyildi

Gəlin TOP 400 və TOP 500-lüklərlə tanış olaq…

Bu bölgüdə də tablodan gördüyünüz kimi dünya universitetləri bu regionlara bolunub: 

–      Amerika, Avropa, Asiya/Okeaniya və Afrika

TOP 400 : – Ən yaxşı universitet yuxarıda qeyd etdiyim 4 ərazinin hamısını əhatə edir. Bunlardan 156 universitet Amerika ərazisinə, 164 universitet Avropa ərazisinə və 78 universitet isə Asiya/Okeaniya ərazisinə və 2 universitet Afirka ərazisinə düşür. TOP 400-lükdə də ən çox universitet əvvəlki sıralamalarda olduğu kimi Amerika ərazisinin payına yox, məhz Avropa ərazisinin payına düşür. Bundan başqa Afrika ərazisinə daha bir universitet əlavə olunur və 2 universitet Afrika ərazisinin payına düşür.

TOP 500 : – Ən yaxşı universitet yuxarıda qeyd etdiyim 4 ərazinin hamısını əhatə edir. Bunlardan 182 universitet Amerika ərazisinə, 200 universitet Avropa ərazisinə və 114 universitet isə Asiya/Okeaniya ərazisinə və 4 universitet Afirka ərazisinə düşür. TOP 500-lükdə də ən çox universitet əvvəlki sıralamalarda olduğuməhz Avropa ərazisinin payına düşür. Bundan başqa Afrika ərazisinə daha iki universitet əlavə olunur və 4 universitet Afrika ərazisinin payına düşür.

Ümumilikdə bu statistikaya nəzər yetirdikdə görərik ki, universitetlərin sıralamasında ilk və çox yerləri Amerika universitetləri tutma səbəbindən TOP 20, TOP 100, TOP 200 və TOP 300-lüklərdə ən çox paya sahibdir. Lakin TOP 400 və TOP 500-lüklərdə isə universitetlərin Avropa ərazisindən çoxluğu Amerikanın yox, məhz Avropanın xeyrinə dəyişdi ki, bu səbəbdən Avropaya düşən pay TOP 500-lüyün demək olar ki, yarısını əhatə etdi. Lakin Amerika ərazisinə düşən payların çox hissəsinin məhz yalnız ABŞ üzərinə düşməsi ümumilikdə dünyada ən çox yaxşı universitetlərə sahib ölkənin ABŞ olduğunu sübut etdi.

Bundan əlavə qeyd edim ki, TOP 500-lükdə Rusiyanın 2 universiteti və Türkiyənin 1 universiteti də yer almışdır. Hətda Rusiyanın 1 universiteti məhz TOP 100-lükdə qərar tutmuşdur. Lakin Türkiyənin qeyd etdiyim universiteti TOP 500-lükdə yer almışdır. Bu və digər araşdırmalar və təhlillər barədə növbəti bloqlarımızda…

Əgər siz Rusiyanın hansı universitetlərinin dünyanın ƏN YAXŞI 100 və ƏN YAXŞI 400 universiteti sırasında olmasını və Türkiyənin yeganə hansı universitetinin ƏN YAXŞI 500 universitet sırasında olduğunu bilmək istəyirsinizsə, o zaman bizi izləyin…

Rusiya ilə Türkiyə arasında təhsilin eyniləşdirilmədiyini, Türkiyədəki universitetlərin Rusiyadan daha yüksək səviyyədə olduğunu zənn edirdim. Lakin bu nəticələr mənim bu fikirimi darmadağın etdi…

Növbəti bloqlarda görüşənədək…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla