Turizm sahəsi elə bir sahədir ki, artıq dünyada proritet sahəyə çevrilib. Hal-hazırda dünya ölkələri turizm sahəsinə xeyli yatırımlar qoyurlar. Həm gəlirli sahədir,həm də maraqlı. Bu baxımdan da Azərbaycanda bir neçə ildir ki, turizm sahəsinə xüsusi diqqət ayrılır. Müxtəlif turizm obyektlərinin istifadəyə verilməsi, qış turizmi üçün şəraitin yaradılması və s. Bütün bunların nəticəsdir ki, Azərbaycana da turist axını ildən-ilə çoxalmaqdadır. Azərbaycanda bir çox istirahət zonaları vardır. Bunlardan biri də Nabran istirahət zonasıdır.

Nabranda istirahət

Burada hər il çoxlu insanlar istirahət edir. Havaların istiləşməsi ilə insanlar müxtəlif istirahət zonalarına üz tutur. Əsas üz tutduqları məkanlardan biri də Nabran istirahət mərkəzidir. Buraya həm yerli, həm də xarici vətəndaşlar üz tutur. Bundan başqa universitet tələbələri, şagirdlər qrup şəklində burada istirahət edirlər. Vətəndaşların buranı seçməsində bir sıra səbəblər vardır:

  • Dəniz sahilində yerləşməsi
  • Sıx meşəliyin olması
  • Rahat şərait
  • İnsanlara yüksək xidmət göstərilməsi
  • Müxtəlif sivilizasiyalara məxsus insanlarla söhbət etmək imkanı
  • Təmiz hava

Təbii ki, bu siyahıya başqa vasitələri də əlavə etmək olar. Beləliklə, Nabranda istirahət etmək sizə nələri bəxş edə biləcəyini özünüz görə bilərsiniz. əsasən yaya fəsli zamanı istirahət gedirlər. Bu zaman bir çox istirahət zonasında sıxlıq olur,lakin əgər siz istirahət üçün Nabranı seçsəniz bu problemləri yaşamayacaqsız. Sahəsinin geniş olması kifayət qədər insanın rahat şəkildə istirahət edə bilər. Əsrarəngiz təbiətə malik olan Nabrana xaricdən gələn qonaqlarda istirahətlərin razılıqlarını bildirirlər. Bu səbədən hər il xeyli sayda xarici vətəndaş Nabranda istirahət etmək üçün Azərbaycana gəlmişdir.

Türkiyədə istirahət

Dünyanın turizm ölkələri sərasında Türkiyədə əsas yerlərdən tutur. Artıq illərdir ki, bu ölkə turizm sahəsində ən öncül yerlər sırasındadır. Xüsusilə, Antalya isitirahət mərkəzi dünyada tanınır. Burada bütün xidmətlərlə yanaşı, insanları ilk öncə düşündürən qiymətlər də ucuzdur. Bu səbəbdən bura istirahət üçün gələnlər ildən-ilə dəfələrlə çoxalır. Keçən ilin statistik məlumatına görə bura 10 milyondan çox turist gəlmişdir. Beləliklə, buraya gələn turistlərin gəldiyi ölkələr sırası belədir:

1)    Almaniya 2) Rusiya  3) Hollandiya 4) İngiltərə

Antaliyaya gələn turistlərin sayı hər il 2 milyon artır. Məsələn, illərin statistikasına baxdıqda görərik ki, hər il 2 milyon və yaxud da bundan çox turist Antaliyaya gəlmişdir.Bu ölkələr turist sayına görə ilk yerlərdən tutsalar da Türkiyə ilə qonu olan ölkələrdən dən buraya turist axını xeyli saydadır.Məsələn, Azərbaycandan,Gürcüstandan,Ukraynadan,ümumilikdə keçmiş SSR respublikalarından buraya axın vardır.Bütün bunlar Türkiyəni dünya turizminin ən nüfuzlular sırasına saldı. Türkiyənin istirahət zonası təkcə Antaliya deyil, bundan başqa Bodrumda son illərdə turizm sektorunda öz rolunu genişləndirməkdir. Hal-hazırda Türkiyənin ən güclü ikinci turizm zonasıdır.Yuxarıda qeyd etdiyim kimi Türkiyədə səyahət etmək turistlərin də ürəyincədir. Çünki şəraitin professional olması, qiymətlərin ucuzluğu, məkanın normal mövqedə yerləşməsi turistlərə başqa zövq verir. Məsələn, 500 manata 1 həftəlik istirahət etmək mükündür. Bu da bir çox turist üçün əlverişlidir.

Nabranda yoxsa Türkiyədə istirahət?

Bu həm zövq məsələsidir,həm də digər məsələ. Ola bilər ki, bir vətəndaş Nabranı seçsin, digər bir şəxs isə Türkiyəni. Amma burada yaşlı və cavan nəsl olaraq iki qrupa bölmək olar. Yaşlı nəsl daha çox Nabranı, cavan nəsl isə Türkiyəni seçir. Bir qrup insanlar üçün Türkiyəyə istirahət zonası kimi deyil, həm də Türkiyəni  görmək   arzusu ilə də gedirlər. Həm Nabranın, həm də Türkiyənin istirahət zonalarının özünəməxsus spesifik xüsusiyyətləri vardır. Statistikaya baxsaq təbii ki, Nabrana gərələn turistlərdən, Antaliyaya gələn turistlər arasında ciddi fərq vardır. Əslində harda istirahət edirsinizsə edin, əsas odur ki, yaxşı istirahət edin.

Əgər sizdə istirahət etmək istəyirsinizsə, öz seçiminiz edərək istirahət edə bilərsiniz. Bundan başqa artıq bir neçə ildir CELT Colleges tədris mərkəzində ingilis dilini daha yaxşı öyrənmək üçün həyata keçirdiyi Nabran yay düşərgəsində də iştirak edə bilərsiniz. Yay düşərgəsi zamanı həm ingilis dilini öyrənəcəksiniz, həm də isitrahət edəcəksiniz.

CELT 28 May

Rəşid Behbudov küç. 56

Azərbaycan Xarici Dillər Universitetinin yanı

Tel: 012 441 3665, 012 4180867

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla