Əgər bir xarici dili mükəmməl şəkildə öyrənib cəmiyyətə yararlı bir fərd olmaq istəyirsinizsə, xaricdə təhsil almaq düşünməyə dəyər. Xaricdə təhsil alaraq həm oxuduğunuz ölkənin rəsmi dilində səlislik qazanacaqsınız, həm də oranın bir parçası olaraq, fərdi və mədəni təcrübənizi daha da artıracaqsınız. Yaşınızdan aslı olmayaraq xaricdə təhsil almağın heç zaman nə gec, nə da tez olmadığını unutmamalısınız.

Xaricdə təhsil almaq istədiyinizi dərk etdiyiniz an ağlınızdan keçən ilk sual böyük ehtimalla hansı ölkədəki hansı universiteti seçməli olduğunuzdur. Amma hansı ölkənin sizin standardlarınıza uyğun olduğunu qərarlaşdırmaq üçün ilk öncə təhsil üçün ayıracağınız büdcəni, yaşam xərclərini, oxumaq istədiyiniz ixtisası, potensialınızı nəzərə almalısınız.

Danmaq olmaz ki, Almaniyada təhsilin sizin ən yaxşı qərarlarınızdan olması üçün çoxlu səbəblər vardır. Almaniyada 380-ə yaxın universitet və ali məktəblər mövcuddur ki, özünün uzunmüddətli ənənəsi və yüksək akademik səviyyəsi ilə çox yaxşı nüfuza malikdir. Almaniya təhsil səviyyəsinin yüksəkliyinə görə üçüncü ən yaxşı təhsil mərkəzi hesab edilir. Alman universitetləri texniki cəhətdən çox yaxşı təşkil olunmuş laboratoriyalarla yanaşı, həmçinin zəngin kitabxanalara malikdirlər. Almaniyada bakalavr təhsili 3 il , magistr təhsili isə 2 ildir.

Həmçinin başqa Avropa ölkələri ilə müqayisədə Almaniya kifayət qədər təhlükəsizdir. Şəhər daxilində və ya şəhərkənarı ərazilərdə həm gecə həm gündüz siz azad şəkildə gəzə bilərsiniz.

Almaniyada təhsil ala biləcəyiniz ixtisaslar hüquq,tibb, mühəndislik, iqtisadiyyat, maliyyə, menecment və s.dir. Hüquq və tibb təhsili yalsız alman dilində olduğu halda digər fakültələri ingilis dilində oxuya bilərsiniz.

Xərclər

Almaniyada əldə edəcəyiniz keyfiyyətli təhsil digər ölkələrlə müqayisədə çox sərfəlidir. Burada dövlət sektoruna aid olan əksər universitetlərdə bir çox ixtisaslar üzrə təhsil ödənişsizdir. Siz aylıq xərciniz üçün təqribən 650-750 Avro hesablamalısınız ki, buraya qidalanma, qalma və sığorta xərcləri də daxildir. Bakalavr təhsili üçün təqaüd almadığınız halda belə Almaniyada təhsil almağa dəyər. Çünki siz digər ölkələrlə müqayisədə çox az xərclə yüksək təhsil ala bilərsiniz. Alman dövlət universitetlərinin əksəriyyətində təhsil haqqı tələb edilmədiyi halda özəllərdə təhsil haqqı təqribən 12 min avrodur.

Tələblər

Prinsipcə alman universitetləri bakalavr təhsili üçün aşağıdakı şərtlərdən ən azı birini tələb edir:

1. Orta Təhsil Haqqında Attestatınız olduğu halda siz Azərbaycanda universitetə qəbul olmadan Almaniyada Təhsil ala bilərsiniz. Bunu üçün siz müvafiq imtahanla adətən ödənişli olan StudienKollegə qəbul olub ixtisasınıza uyğun bir illik hazırlıq kursu keçirsiniz. Studienkolleglər iki semestr olmaqla adətən bir il davam edir. İki semestr ərzində əldə olunan nailiyyətlər qənaətbəxş olmadığı halda, qaydaya əsasən həmin semestr təkrarlanır.

Studienkolleglərin müxtəlif qəbul prosedurları və müraciət tarixləri vardır. Bunun üçün ya birbaşa olaraq Studienkolleglərə, ya da seçiminizə uyğun Studienkolleglərin rəsmi səhifələrinə keçid etməyiniz vacibdir.

Bu bir illik kursu müvəffəqiyyətlə bitirdikdən sonra Almaniyada bakalavr təhsili almaq üçün sənəd verə bilərsiniz.

2. Və yaxud  siz Azərbaycanda 1 il universitet təhsili alıb daha sonra Alman bakalavrına sənəd verə bilərsiniz.

Almaniyada magistr təhsili üçün universitet qiymətləriniz yaxşı olmalı və ingilis dilindən sertifikatınız olmalıdır.Bunun üçün sizdən GPA 80dən yuxarı və İELTS minimum 6.5 olması gözlənilir. Bu halda siz dövlət universitetlərində təhsil ala bilərsiniz. Getmək istədiyiniz sahə Bakalavr pilləsinin sahəsi ilə eynilik təşkil etməlidir.

Almaniyaya tələbə vizası almaq üçün mütləq Alman bankında hesab açmalı və 8 min avro köçürməlisiniz.Almaniyada hər universitetin öz müraciət tarixi və öz deadline-ı var. Müraciətlər yay və qış semestri olmaqla iki yerə bölünür. Yay semestri sentyabr- oktyabr, qış semestri  isə fevral- mart aylarında olur. 

Daha ətraflı məlumat üçün Celt Colleges Narimanov filialı ilə əlaqə saxlaya bilərsiniz.

Nərgiz Ağaverdiyeva

Əlaqə: nargiz@celt.az

Telefon: +994(50) 787 57 66

CELT Colleges Narimanov

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla