“ Ümid edirəm ki, bu məqalə  ingilis dilini öyrənmək üçün səbəbləri və zəruri motivasiyanı verəcəkdir” “Bir çox fərqli vəziyyətlərdə sizə kömək ola biləcək bir güc və ya  minlərlə bağlı qapını aça biləcək bir açar olduğunu düşünün. İngilis dili sehrli açarınız ola bilər”  Dil bir millət üçün milli mənliyin, milli  duyğu və düşüncələrin,bütün maddi və mənəvi dəyərlərin ixtira və yaradıcılığın ortaq xəzinəsidir.  Bu bir həqiqətdir  ki, dil mədəniyyətdir,mədəniyyət isə  dildir.Biz bu gün sürətlə dəyişən və inkişaf edən dünyamızda başqa millətlərlə əlaqə qurmağa çalışmalıyıq. Bir sözlə, dünya ölkələri ilə mədəni, siyasi, iqtisadi əlaqələrin qurulması üçün bizlərdə yüz milyonlarla insanın istifadə etdiyi dilə müraciət etmək ehtiyacı yaranır ki , bu da ingilis dilidir. Bu məqaləmizdə dövrümüzdə ingilis dilinin əhəmiyyətindən və ingilis dilinin bizə verdiyi üstünlüklərindən danışacağıq.İngilis dilinin beynəlxalq arenada mövqeyi elə bir şəkildədir ki, biz ingilis dilindən kənarda heç bir şey edə bilmirik. Bu, özünü istənilən baxımdan göstərir. İstər rəsmi görüşlərdə, istər elmi görüş və tədbirlərdə. 
İnkişafın ilkin göstəricilərdən biri dildir.Müəyyən  bir fikir mübadiləsi zamanı dilimizə görə kənarda qala bilərik.Dil bir vasitədir, dünyaya çıxmaq  üçün, dünyada özünü tanıtmaq üçün,elmi biliklərini artırmaq üçün,dünyada olan hadisələri şərh etmək üçün bir vasitədir. Hal-hazırda ingilis dili demək olar ki, bütün dillərdən öndədir. Bu gün beynəlxalq danışıq dili ingilis dili nəzərdə tutulduğu üçün məhz bu baxımdan ingilis dilini bilmədən sən o dar mühitdən və çərçivədən kənara çıxa bilmirsən.Bu günün reallıqlarından biri də budur ki, elm həddindən artıq sürətlə   inkişaf edir. Sanki bir anlıq adama elə gəlir ki, bu inkişafla getmək, o axara düşmək mümkünsüzdür. Lakin insan şüuru, bacarığı qarşısında mümkünsüzlük yoxdur. Sadəcə bu yola, axara düşməyin yollarını axtarıb tapmaq lazımdır. Əsas yollardan biri isə dildir. Və bu günün tələbi ilə məhs həmin dil ingilis dilidir. Bu gün istər elmi, istər bədii ədəbiyyatla bağlı həddindən artıq yeni kitablar  nəşr olunur. Həmin kitabların dili, əsasən ingilis dilindədir. Bu gün istənilən bir sahə ilə bağlı yenilik əldə etmək onunla bağlı olan elmi ədəbiyyatı oxumağın üçün sənin əlavə bir dil biliyin olmalıdır. Əgər sən bu dil biliyinə yiyələnməsən həmin məlumat və bilgilər gəlib sənin dilinə çatana və tərcümə olunana qədər sən geridə qalacaqsan, sən ilklərdən olmuyacaqsan. İngilis dili biliyinə yiyələnmək dilindən, dinindən, etnik mənsubiyyətindən aslı olmayaraq insana bir çox fürsətlər yaradır. Dünyada  təxminən 400 min insan ingilis dilində danışır, çünki bu onların doğma dilidir, 600 milyona yaxın insan isə ingilis dilini öyrənir. İngilis dili elm və texnologiya, siyasət və diplomatiya, biznes və ticarət, idman və musiqi dilidir. Dünyaya çatdırılması istənilən musiqilər ingiliscə səsləndirilir və ya kitablar ingiliscə çap olunur.  İngilis dili universal və beynəlxalq dil olmaqla yanaşı eyni zamanda əsas və işgüzar dildir. Dünyanın bir çox yerində iri müəssisələr işçilərindən ingilis dilində danışmağı tələb edir. Dünya qloballaşdıqca  böyük müəssisələri daha çox bu ünsiyyət vasitəsini istəməsi və ehtiyac duyması təbiidir. Hal-hazırda bir çox  təhsil müəssisələri və dil kurslarında ingilis dili tədris olunur. Əlbəttə ki, bu gün kifayət qədər sayda insan xarici dilləri bilməyə ehtiyac hiss etmədiklərini söyləyir. Digər insanlar ikinci və ya üçüncü xarici dil öyrənir, bilik və bacarıqlarını artırırlar. Dil təkcə özünü formalaşdırma deyil, həm də düşüncələrin formalaşdırılması vasitəsidir.Fərqli dillərdə bir fikir ifadə etmək ehtiyacı zehni qabiliyyətlərin inkişafı üçün əla fürsətlər təmin edir, çünki fərqli dillərdə fərqli dil qaynaqlarından istifadə etməyə məcbur oluruq.  Xarici dil öyrənərkən, digər mədəniyyətlərin nümayəndələrinin dünyanı fərqli gördüyünü və bu nöqteyi-nəzərin maraqlı olduğunu müşahidə edirik. Yeni bir dili mənimsəməklə, daha vərdişli şeyləri qavramaq, başqa mədəniyyətlərin nümayəndələrinin nitqinə xas olan mənaları daha dərindən anlamaq üçün inanılmaz bir qabiliyyət əldə edirik.  Dünyadakı fərdi mənzərəmiz daha mürəkkəb, daha təsəvvürlü olur, digər insanlarla müqayisədə daha sürətli düşünürük. İstənilən vəziyyəti müstəqil və etibarlı şəkildə təhlil etmək və tez bir zamanda müstəqil qərar vermək bacarığı biznesdə və həyatda uğurlu strategiyaların əsasını təşkil edir və ingilis dilini bilmək bu mövzuda çox geniş imkanlar verir.Dünyada 1 milyarddan çox insanın danışdığı bir dil sizə təsəvvür belə edə bilməyəcəyiniz sahələrdə yeni qapılar açmaq  gücünə malikdir. Əgər siz xaricdə təhsil almaq, yeni dostlar tapmaq,sərbəst ünsiyyət qurmaq və ən əsası bir ölkənin mədəniyyətini,ədəbiyyatını öyrənmək  eləcə də öz vətəninizi, dövlətinizi, millətinizi dünyaya tanıtmaq istəyirsinizsə sizin ingilis dili biliyinə yiyələnməyiniz vacibdir.

Proqramlar haqqında əlavə məlumat və qeydiyyat üçün:
CELT Colleges Memar Əcəmi
Tel: (+994 12) 408 63 74
Mob: (+994 70) 222 86 84
www.celt.az
ajami@celt.az
Ünvan: Asif Məhərrəmov 42 küçəsi,
Bakı, Azərbaycan AZ1102

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla