İnsanın beyni elə bir güclü qurğudur ki, insan bu qurğunun nələrə qadir olduğunu bilsə o bildikləri ilə  dünyamızı tamamilə dəyişə bilər. Əlbətdəki, Uca Yaradan biz insanları yaradılışların ən mükəmməli olduğunu müqəddəs kitablarda dəfələrlə vurğulayıb. Bizlərin çoxu Allahın bizə bəxş etdiyi bu gözəl və mocüzəvi qurğudan nəinki istifadə etmək, hətda onun yaşamaq üçün ürəydən belə vacib olduğunu bəzən dərk etmirik. Bu haqda növbəti bloqlarda…

Mən bu gün Sizlərə Azərbaycan xalqının fəxri və mənə elə gəlir ki, bütün elmlə, təhsillə məşğul olan insanların və ümumilikdə hər kəsin özünə örnəy bildiyi bir şəxs haqqında danışaçağam.

Bildiyimiz kimi Lütfi Zadə qeyri-səlis məntiq nəzəriyyəsinin banisidir. Qeyri-səlis məntiq nəzəriyyəsi nədir? Ümumilikdə sadə dildə bunu necə anlamalı və sairə suallara cavab verməyə çalışacağam.


Qeyri-səlis məntiq nəzəriyyəsi – riyaziyyatın bir bölməsi olub klassik məntiq və çoxluq anlayışlarını ümumiləşdirir. Qeyri-səlis məntiq anlayışı 1965-ci ildə irəli sürülmüşüdür və onun banisi Azərbaycanlı Lütfəli Rəhim oğlu Əsgərzadədir (Lütfi Zadə).

Məntiq elmdir. Yəqin bilirsiniz ki, bütün elmlər məntiq elmindən yaranıb. Yəni bu elm idrakla bağlıdır. Aristotelin  belə bir fəlsəfi deyimi var: “Bir adamın dediyi ya doğrudur, ya yalan”. Göründüyü kimi, Aristotel yalan və doğru kimi kateqoriyalar arasinda qalan aralıq dərəcələrini qəbul etməyib. Amma ilk dəfə dünyada Lütfi Zadə Allahdan başqa hər şeyin dərəcəsinin olduğunu sübut etdi. Yəni dünyada qəti olaraq tam ağ və qəti olaraq tam qara deyilən şey yoxdur. Bu iki məhfum arasında minlərlə çalar dəyişikliyi – aralıq nüanslar var. Aristotelin kəskinliyini Zadə yumşaltdı. Başqa sözlə desək, həqiqətdə mövcud olan aralıq kateqoriyaları aşkarladı. Nəzəriyyənin mahiyyəti tolerantlığındadır. Bu nəzəriyyə arada qalaraq aşkardakı səhnədə görünməyən çalarların hüquqlarını tanıtdı və bərpa etdi. Konfiliktərin həll olunması, həqiqətin aşkarlanması, hesablamaların dəqiqliyi aralıq fazalara əhəmiyyət verilmədən aparıla bilməz. Aparılmış olarsa onlarda kifayət qədər qüsurlar mövcud olacaqdır. Nəzəriyyəni ilk olaraq yaponlar öz iqtisadiyyatlarına tətbiq etdilər. Hazırda Yaponiyada istehsal olunan texniki avadanlıqların böyuk əksəriyyətinin üzərində qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanaraq hazırlandığı bildirilir. Yaponlardan sonra  amerikanlar həmin nəzəriyyəni öz ölkələrinə tətbiq etdilər. Amerikanın hava hücumundan qorunmasının yenidənqurulması məsələsi gündəmə gələndə Kasko adında bir alim bu nəzəriyyəni tətbiq etməyi təklif etdi. Trilyon dollarla vəsait sərfi ilə görülməli işi bu nəzəriyyə həll elədi. Nəzəriyyə Çinə ildə yüz milyardlarla dollar gəlir gətirir.

Bu məlumatları bildik. Məni bir- neçə sual maraqlandırır. Niyə Lütfi Zadə Azərbaycanda yaşayaraq bu nəzəriyyəni, elmi işlərini apara bilmədi? Niyə məhz Azərbaycanımıza milyon dollarla xeyir gətirə biləcək bu nəzəriyyədən daha çox məhz Amerika yararlandı? Aydındır ki, 1965-ci ildə Azərbaycan SSSRİ -ə daxil idi. Bəlkə Azərbaycan o zaman müstəqil olsaydı, Lütfi Zadə bu nəzəriyyəni Azərbaycanımızda elmin, texnikanın inkişafına yönləndirərdi və biz dövlət olaraq dünyada neft istehsalı ilə bərabər innovativ intellektual kəşflərin, elmi biliklərin beşiyi olardıq. Təəsüfləndiyimiz məqamlar olsada, qürurverici məqamlar çoxdur. Çünki, Lütfi Zadə Azərbaycanlıdır və biz onunla fəxr edirik. Bizim Azərbaycan milləti dünyada ən ağıllı millətlərdən biridir. İnşAllah yaxın gələcəkdə bizlər gənclərimiz sırasında  Lütfi Zadə kimi alimlərimizi çox görəcəyik. Buna xaricdə təhsil almaq və digər imkanlar böyük şans yaradır.

Gənclərimizə səslənib demək istəyirəm ki, biz Sizinlə fəxr etmək istəyirik. Gələcəyimiz Sizin əlinizdədir. Oxuyun və savadlı olun! Biz Sizlərə bu işdə dəstək olmağa hər zaman hazırıq!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla