Günümüzdə şirkətlər üçün işçilərinin qlobal təcrübəyə, xarici dil biliklərinə və sosial bacarıqlara sahib olması çox önəmlidir. Top universitetlərin olduğu bu siyahıda hər il olduğu kimi yenə Amerika və Birləşmiş Krallıq ən yaxşı təhsil qurumlarına sahibdir. Ümumi olaraq ilk 200-də aralarında Hollandiya və Almaniyanın da olduğu ölkələr, İlgiltərədən sonra Avropanın ən yaxşı təhsil qurumları yer almışdır. Digər tərəfdən isə təhsilə olan  yatırımları sayəsində yüksəlişdə olan Çinin Pekin və Tsinghua universitetləri vardır. Türkiyə universitetləri isə ilk 500-də Sabancı, Bilkent, Koç və Boğaziçi universitetləri olaraq yer almışdır. Siyahıdakı universitetlər isə bunlardır:

University of Oxford

Dünyanın ən qədim ikinci təhsil qurumu olan Oxford Universiteti, 1096-cı ilə qədər uzanan tarixi ilə İngiltərənin ən hörmətli və bilinən universitetlərindən biridir. Ümumilikdə 22.000 tələbəyə sahib məktəb, 140 fərqli ölkədən beynəlxalq tələbəyə ev sahibliyi edən, zəngin bakalavr və magistr təhsil proqramlarına hər il çox az sayda müraciət qəbul etməsi və seçici olması ilə diqqət çəkir. Oxford Universiteti magistr və doktorant dərəcələrinə beynəlxalq tələbələrə təklif etdiyi dünyanın ən prestijlililərindən biri olan Rhodes təqaüdünün mərkəzidir. Universitetin məşhur məzunları arasında, Benazir Butto, Bill Clinton kimi siyasətçilər, Stephen Hawking, Robert Boyle, Dorothy Hodgkin kimi elm adamları, Jhon Fowles, Oscar Wilde, J.R.R. Tolkien kimi yazıçılar ilə Hugh Grant və Kate Beckinsale kimi film ulduzları yer alır. Oxfordun sıralamadakı balı 94.3-dür.

University of Cambridge

İngiltərənin Silicon Fen olaraq bilinən yüksək texnologiya bölgəsinə sahib Cambridge şəhərində, 1209-cu ildə qurulan Cambridge Universiteti dövlət universitetidir. Şəhərin tarixi, arxitekturası və təbii gözəlliklərini əks etdirən binaları, kitabxanaları, araşdırma mərkəzləri və kampusları ilə 18.000 tələbəyə xidmət verən Cambridge Universiteti 31 ali və 150 akademik bölümə sahibdir. Xüsusilə kimya, genetika mühəndisliyi və maşınqayırma ilə İngilis dili və ədəbiyyatı, tarix və bioloji elmlər mövzularında xüsusi təcrübəyə malikdir. Yerin cazibə qüvvəsini kəşf edən fizikaçı Isaac Newton, qara dəlik, Bing bang və sonsuz kainat nəzəriyyələri ilə tanınan fizik Stephen Hawking, Lord Byron, Sylvia Plath, Tilda Swinton kimi yazar və kinemotoqroflara ev sahibliyi edib.

California Institute of Technology

1891-ci ildə Amerikanın Los Angeles şəhərində qurulan Kaliforniya Texnologiya İnstitutu elm və texnologiya sahələrində dünyanın ən prestijli universitetlərindən biridir. Çoxlu tələbəyə və personal heyətinə sahib Caltech, kimya mühəndisliyi, bioloji elmlər, astronomiya və fizika kimi sahələrdəki sıralamalarda güclü performansa sahibdir. Universitet NASA-nın araşdırma və inkişaf mərkəzi olan Jet Propulsion Laboratorynin idarə edilməsindən məsuldur.

Stanford University

Dünyanın ən yaxşı universitetlərinin siyahısında Caltech ilə birlikdə üçüncü sırada yer alan Stanford Universitetinin Times balı 93-dür. Silikon Vadisinin mərkəzində yer alan universitet, 1891-ci ildə qurulmuş və Amerikanın ən yaxşı universitetlərindən biridir. İncəsənət və bəşəri elmlər, mühəndislik və texnoloji yaşam elmləri və tibb kimi sahələrdə zəngin bakalavr və magistr proqram çeşidliliyinə sahib universitetin məşhur məzunları arasında; Tesla Motors və SpaceX-in qurucusu Elon Musk, Google-un qurucuları Larry Page və Sergey Brin vardır. 16.000-ə yaxın tələbəyə sahib Stanford Universiteti Google, Nike, Netflix, HP, İnstagram kimi şirkətlərlə əlaqələri və ortaq layihələri sayəsində tələbələrinə  məzuniyyətdən sonra iş imkanı yaradan universitetlər arasında ilk sıradadır.

Massachusetts Technology University

Xaricdə təhsil almaq istəyən beynəlxalq tələbələr üçün 1861-ci ildə qurulmuş Massachusetts Technology University ilk memarlıq dərslərinin öyrədildiyi, ilk qadın tələbənin məzun olduğu, ilk külək tunellərinin və ilk interaktiv mini komputerlərin icad edildiyi bir universitet olaraq Amerikada bir çox ilkə imza atmışdır. MIT bu günümüzdə laboratoriyalarında xərçəngin müalicəsi, enerji və sənaye kimi mövzularla bağlı araşdırmalar aparmaqdadır. Məşhur məzunları arasında Pranav Mistry, Kofi Annan, Benjamin Netanyahu, David Koch kimi adlar varkən, texnologiya və mühəndislik məzunları Google, Oracle, Apple və Microsoft kimi şirkətlərdə işə başlaya bilirlər.

Harvard University

Xaricdə oxumaq istəyən bir çox istedadlı və bacarıqlı tələbəni hər il  bir neçə sınaqdan keçirən Harvard Universiteti, Amerikanın Boston şəhərində 1636-cı ildə qurulmuş, dünyanın ən hörmətli təhsil qurumudur. Mühəndislik, dizayn, hüquq, ədəbiyyat və menecment fakültələrinin aralarında olduğu 11 fakültə, zəngin bakalavr və magistr proqramları ilə xidmət göstərən universitet, 45-dən çox Nobel və 48 Pulitzer mükafatı ilə ön sıralardadır. Harvard Universitetinin məşhur məzunları arasında; Barack Obama, Bill Gates, Mark Zuckerberg, Matt Damon və Natalie Portman kimi adlar yer alır. Universitetin Times balı 91.8-dir.

 

Princeton University

Princeton Universiteti 1746-cı ildə Amerikada qurulmuş pretijli araşdırma universitetidir. 40-dan çox Nobel mükafatına sahib universitet, günümüzdə 7000-dən çox bakalavr və magistr tələbəsinə ev sahibliyi edir və xüsusilə riyaziyyat, fəlsəfə, sosiologiya, fizika və psixologiya kimi sahələrdə doktorantura proqramları ilə diqqət  çəkir. Universitetin məşhur məzunları arasında Amazon CEO-su və qurucusu Jeff Bezof, Michelle Obama, riyaziyyatçı Alan Turing, yazıçı F.Scott Fitzgerald vardır.

Imperial College London

Tələbələrin ən çox üstünlük verdiyi ölkələrdən olan İngiltərədə 1907-ci ildə qurulan Imperial College London bu gün xüsusilə elm, mühəndislik və tibb kimi sahələrdə təhsil verən, yüksək səviyyəli təhsil qurumlarındandır. 15000 tələbəsi vardır və kimyagər və fizik Alexander Flemingin də aldığı 14 Nobel mükafatına sahibdir.

University of Chicago

Xüsusi araşdırma qurumu olan Chicago Universiteti 1890-cıildə John D. Rockefeller tərəfindən qurulmuş Amerikanın ən yüksək səviyyəli universitetlərindəndir. Universitet dünya miqyasında mükafatı olan elm adamları, akademiklər və araşdırmaçılar ilə diqqət çəkir. Məşhur məzunları arasında iqtisadçı Milton Friedman, yazıçı Susan Sontag, film ssenaristi Mike Nichols vardır.

ETH Zurich

İnveçrənin Zurich şəhərində, 1855-ci ildə qurulan ETH Zurich elm və texnologiya sahələrində dünyanın ən yaxşı universitetləri arasında yer alır. Xaricdə təhsil almaq istəyən beynəlxalq tələbələr riyaziyyat, ədəbiyyat, siyasi elmlər və fən elmləri sahələrində 16 akademik fakültə ilə xidmət edən universitet, bu gün Avropanın mərkəzində yenilik və elm mərkəzi olaraq yer alan, qlobal problemlərə həll yolu axtarmağa çalışan, dünyanın ən prestijli təhsil qurumlarındandır. İsveçrə Federal Texnologiya İnstitutu məzunları arasında; rentgen şüalarını ixtira edən Nobel Fizika mükafatının sahibi Wilhelm Conrad Rentgen, Nobel Kimya mükafatına layiq görülmüş Alfred Alfred Werner, Nobel Tibb mükafatı sahibi genetikaçı və mikrobiolog Werner Arber vardır. Modern fizikanın üzü Albert Einstein isə bu universitetdə akademik olaraq çalışmışdır. ETH Zurich-də bütün bakalavr proqramlarında Alman dilində təhsil və dünya səviyyəsində Roche, Novartis, Siemens, Shell kimi şirkətlərlə iş ortaqlıqları vardır.

 

Universitetlərlə bağlı ətraflı məlumat və müraciət üçün:

CELT Colleges 28 May

Tel: (+994 12) 441 36 65

Mob: (+994 70) 270 75 57

28-may@celt.az

www.celt.az

Ünvan: 104-122 Rəşid Behbudov küçəsi,

Bakı, Azərbaycan AZ1014

10 Şərh

  1. birde men gencede qaliram gelen il mektebimden cixib Bakiya gelsem attestat ucun sizin kursla beraber ordada mektebe getmeliyem yoxsa sizin kurs bes edir?
    birde konullu isler deyende ne kimi isler?

    • Salam. Biz attestat verə bilmərik. Bəli başqa məktəbə getməlisiniz. Biz sadəcə hazırlaşdırırıq

  2. cox sagolun olimpiada respublika uzre yoxsa beynelxalq?
    birde men bu il yox gelen ilden(8-ci sinifden)sizin kurszunuza gele bilerem SAT ve TOEFL ucun?

  3. cavablandirdiginiz ucun tesekkur edirem,men 7-ci sinife kecirem indi baslayim yoxsa hele tezdi,tezdise necenci sinifden
    baslaya bilerem yaxsi universtetlere hazirlasmaq ucun

    • tez əslində nə qədər tez başlasanız o qədər yaxşıdır. geniş profiliniz olmalıdır. Bütün məktəb qiymətləriniz əla olmalı. Əlavə könüllü işləriniz olmalı. ordan referanslar alıb saxlamalısıız. TƏBİİ 11-ci sinifdə artıq SÜPER TOEFL 115 kimi, 2300 kimi SAT SAT II nəticələr və mümkümsə olımpıyada birinci ikinci yerlər mütləqdir.

  4. Salam,
    1)M.I.T Universtetinin kompyuter/yazilim oxumaq ucun SAT imtahanindan ne qeder bal yigmaq lazimdir?
    2)STANFORD Universitetinde oxumaq ucun ne qeder bal lazimdir?
    3)HARWORD Universtetinde oxumaq ucun ne qeder bal yigmaq lazimdir?
    birde bu universtetlere qebul olmaq ucun SAT 2 imtahani teleb olunur?

    • Salam. Hamısına sadəcə sat yetmir. Əlavə bacarıqlar istedadlar lazımdır. ilk TOEFL çoooox yüksək olmalıdır. 110 və yxuarı sonra SAT I yiksək və II yiksək və ondan sonra bacarıq lazımdır. Bunlar illər öncə planlanmalı və bir ilin işi deyil

Sual Soruşun.

Cavab bildirimləri üçün E-Poçtunuzun doğru olduğundan əmin olun. E-Poçt yayınlanmayacaqdır. Qısa zamanda cavablanacaqdır.

Yayınla